11 illik orta təhsil səviyyəsi üzrə yüksək nəticə əldə edən məktəblilərin adları açıqlanıb.


Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 13-ü qız, biri oğlandır.

Onlar aşağıdakılardır:



1. Hüseynova Pakizə Namil qızı (Gəncə şəhəri, 16 saylı şəhər orta məktəbi)



2. Yusibov Elşən Səfa oğlu (Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbi)



3. Qasımova Fatimə Elxan qızı (Bakı şəhəri, Suraxanı rayonu, 146 saylı orta məktəb)



4. Rəhimova Səidə Ruhib qızı (Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbi)



5. Əliyeva Amalya Tural qızı (Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü lisey)



6. Rüstəmli Fidan Ayət qızı (Bakı şəhəri, Xətai rayonu, 257 saylı orta məktəb)



7. Novruzova Şəbnəm Ramin qızı (Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəb)



8. Rzabəyli Aydan Famil qızı (Bakı şəhəri, Binəqədi rayonu, 144 saylı orta məktəb)



9. Məmmədli Fatimə Faiq qızı (Bakı şəhəri, Suraxanı rayonu, 118 saylı orta məktəb)



10. Ağazadə Nərmin Teymur qızı (Bakı şəhəri, Binəqədi rayonu, 299 saylı orta məktəb)



11. Teymurlu Fatimə Elmir qızı (Şəki şəhəri, 5 saylı şəhər orta məktəbi)



12. İlyasova Zərifə Elmaz qızı (Şəki şəhəri, 18 saylı şəhər orta məktəbi)



13. Hüseynzadə Aylin İlqar qızı (Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey)



14. Xancanova Lalə Elvin qızı (Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbi)


Xəbər saytlarının əməkdaşları imtahanda 300 bal toplayan bir neçə məktəblilər ilə danışıb.

Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nərmin Ağazadə dördüncü ixtisas qrupuna hazırlaşır.

“Doqquzuncu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən 11-ci sinifdə imtahana hazırlaşmağa başladım. Hələ ki ixtisasımı seçməmişəm, qəbul imtahanından sonra qərar verəcəyəm. Hədəfim 700 bal toplamaqdır”, - deyə Nərmin Ağazadə qeyd edib.

Nərmin Ağazadə


Onlardan biri Bakı şəhəri, Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəylidir.

O, həkim olmaq istədiyini qeyd edib:

“IV ixtisas qrupuna hazırlaşıram. Həkim olmaq uşaqlıq arzumdur. Babam da həkimdir. Ona baxıb, özümə nümunə götürmüşəm. Nəticəni gözləmirdim. Düzdür, keçən ilə nisbətən builki suallar mənə daha asan gəldi. Bəzi açıq tipli tapşırıqlara görə maksimum bal yığa bilməyəcəyimi düşündüm. Lakin arxayın idim”.

Aydan Rzabəyli hədəfinin 700 bal toplamaq olduğunu bildirib:

“Əlimdən gəldiyi qədər oxuyuram ki, nəticəni əldə edim. Bakıda təhsil almağı düşünmürəm, xaricdə oxumaq istəyirəm. Yaşıdlarıma məsləhət görərdim ki, zəif olduqları mövzuları yenidən oxusunlar. Özləri üçün uyğun metod yaratsınlar”.

Qəbələ rayonu, Həmzəli kənd orta məktəbinin şagirdi Elşən Yusibov isə deyib ki, maksimum nəticə üçün gecə-gündüz çalışır:


“IV ixtisas qrupuna hazırlaşıram. Bu nəticə üçün çox çalışdım. Səhər məktəbə, günorta kursa gedirəm. İmtahan nəticələrim yaxşı olduğundan kursa ödəniş etmirəm. Kursda da birinci pillədəyəm. Tibb universitetinə hazırlaşıram. Ürək həkimi olmaq istəyirəm”.

Elşən Yusibov 700 bal toplamağı uşaqlıqdan xəyal etdiyini söyləyib:

“Buraxılışdan, əslində, yüksək nəticə gözləyirdim. Özümə əmin idim. 700 bal toplamaq arzumdur. Bunun üçün çalışacağam. Hələ ki Bakıda təhsil almağı düşünürəm. Daha sonra xaricdəki təhsil təcrübəsini sınaya bilərəm”.

Buraxılış imtahanında maksimum nəticə göstərənlərdən biri də Bakı şəhəri, Suraxanı rayonu, 146 saylı orta məktəbin şagirdi Fatimə Qasımovadır.


Fatimə Qasımova mühəndis olacağını bildirib:

“I ixtisas qrupu üzrə hazırlaşıram. Uşaqlıqdan fizika, kimya, riyaziyyata marağım olub. Sırf bu fənlərə hər zaman üstünlük vermişəm. Uğurumun təməli uşaq yaşlarımdan ciddi və məsuliyyətli olmağımdır. Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzrə təhsil almağı düşünürəm”.

O, hədəfinin 700 bal olduğunu vurğulayıb:

“Buraxılışda maksimum nəticəni gözləmirdim. Hətta çətin olacağını düşünürdüm. Açığı, 290 baldan yuxarı gözləyirdim. İmtahanda gördüm ki, suallar asandır. Ötən gün cavabı yoxlayanda gördüm, qapalı tipli test tapşırıqlarının hamısını düz yazmışam. Açıqdan ehtiyat etdim. Düşündüm, yarı bal da verərlər. Lakin maksimum nəticəni gördüm. Çox sevindim.

Hədəfim 700 baldır. Yəni bununla iş bitmir, 400 balı da toplamalıyam. Tam nəticə istəyirəm. Qəbul imtahanlarına fokuslanmışam. Əvvəl Bakı Ali Neft Məktəbində təhsilimi alacağam. Sonra xaricdə təhsilə yönəlməyə düşünürəm.

Yaşıdlarıma tövsiyəm odur ki, dərsi sevə-sevə oxusunlar. Gələcək üçün məsuliyyət hiss etsinlər. Bezmədən, çətinliklərə baxmayaraq davam etmək lazımdır”.

Yüksək nəticə əldə edən şagirdlərdən biri Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Şəbnəm Novruzovadır


İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentlərdən biri də Bakı şəhəri 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədlidir.


"Radiofm.az" xəbər verir ki, yüksək nəticə əldə edən şagirdlərdən biri Gəncə şəhər M. Ş.Vazeh 16 nömrəli tam orta məktəbin şagirdi Hüseynova Pakizədir.


PİYALƏ BAYRAMQIZI

Jonathon
Jonathon от 25 октября 2026 19:35
References: Payid pokies australia online pokies pay id
Paige
Paige от 26 октября 2026 13:39
References: Payid pokies welcome bonus jackpot pokies payid
Vincent
Vincent от 26 октября 2026 15:46
References: Payid casino online pokies free spins payid pokies australia
Janelle
Janelle от 27 октября 2026 02:59
References: Neosurf online casino australia https://dreevoo.com/
Carlos
Carlos от 27 октября 2026 08:07
References: MiFinity casino live chat Australia https://codimd.syssec.org/mZa59oTdRxSng13EN6krcg
Laurene
Laurene от 27 октября 2026 08:59
References: Neosurf casino jackpots australia australian online casino neosurf deposit
Orlando
Orlando от 28 октября 2026 02:39
References: Osko pokies online banking https://app.wedonthavetime.org/
Vanessa
Vanessa от 28 октября 2026 15:04
References: Osko pokies fast cash osko casino deposit limits
Cinda
Cinda от 28 октября 2026 16:54
References: How to play pokies with payid instant withdrawal pay id pokies
Katherin
Katherin от 28 октября 2026 19:34
References: Bpay supported pokies bpay pokies real money
Kerri
Kerri от 28 октября 2026 19:36
References: Top payid pokies australia aussie pokies payid
Angelia
Angelia от 30 октября 2026 12:41
References: Wire transfer casino sites australia wire transfer casino payout time Australia
Elida
Elida от 30 октября 2026 12:56
References: Wire transfer casino pokies Australia http://www.qazaqpen-club.kz/
Siobhan
Siobhan от 31 октября 2026 03:56
Die Mitarbeiter können Ihnen in der Regel schnell weiterhelfen und sind meist auf verschiedenen Kontaktwegen erreichbar. Eine lange Wartezeit, wie etwa bei Einzahlungen mit der klassischen Banküberweisung, entfällt. Hier müssen Sie Ihre Legitimationsdaten Ihres Online-Bankings eintragen (Bankleitzahl/IBAN und PIN). Abwickeln können Sie die Zahlung ganz einfach mit Ihren Bank-Details und einer TAN. So müssen Sie keine klassische Registrierung beim Zahlungsdienst erledigen. Zusätzlich verraten wir Ihnen, wie Sie die Zahlungen abwickeln und worauf Sie unbedingt achten sollten. References: https://spalovacetuku.sk
Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər