RÖYA AYXAN 25 İLLİK


Röya Ayxanın 25 illik səhnə yubileyi möhtəşəm konsertlə qeyd olundu.
Xalq artisti Röya Ayxanın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş solo konsertinin ilk günü yəni, bu gün Heydər Əliyev Sarayında böyük uğurla baş tutdu.
"Pop kraliça" konsertdə iki yeni mahnı təqdim edib. Onlardan biri qardaşı İsmayıl Nəcəfovun "Günahkar Kimdir", digəri isə Murad Arifin "Göz yaşları" mahnıları gecəyə xüsusi rəng qatıb.
Konsert "Gizli sevgi" mahnısı ilə açılıb. Röya səhnəyə xüsusi brendlərdən hazırlanmış, qaşlarla bəzədilmiş qara libasda çıxaraq tamaşaçıların alqışını qazanıb.
Konsertə maraq böyük olub – biletlər satışa çıxarıldıqdan cəmi üç gün sonra tam satılıb. Röya Ayxan yubiley konsertlərini sabah da Heydər Əliyev Sarayında davam etdirəcək.
Röya 25 illik hesabatını verdi - FOTOLAR

[center]


Piyalə Bayramqızı

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər