XOCALI QAN YADDAŞIMIZ- Dürdanə Ağayeva


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.
Xocalı deyəndə mən hər zaman Dürdanə Ağayevanı xatırlayıram. Dürdanə xanım Radiofmin "Mənə Qalan Xatirələr" verlişinin qonağı olanda yaşadığı bütün faciələri ağrı - acıyla danışmşdı. Nə qədər xoşuma gəlməsə də insanın yarasına toxunmağı məhs Xocalıda yaşananlara şahid olanın dilindən eşitmək və insanlara çatdırmaq bizim borcumuzdur. Biz azərbaycanlılar harasa gedəndə əliboş getməyə utanırıq. Mütləq nəsə alıb aparmalıyıq. Dürdanə xanınmda verlişə gələndə öz kitabını hədiyyə etmişdir. Mən o kitabın hər səhifəsini həm nifrətlə, həm ağlayaraq oxumuşam. Bir qızın başına bu qədər oyun açarlarmı? Dürdanə xanımın müsahibədən sonra dediklərini heç unudanmıram. "Mən elə bilirdim ki döyüləndə adam ölür, ölmürmüş. Döyülməklə adam ölsəydi mən indi burda olmazdım."
Dürdanə Ağayeva, Milli Qəhrəman. Allahverdi Bağırovun cəsarəti ilə əsirlikdən xilas olub. Bağırovun mübarizəsi ilə onlar bir gecədə geri qaytarılıblar. 4 mart 1992-ci ildə əsirlikdən azad edildikdən sonra həyatında çox dərin psixoloji çətinliklərlə üzləşib. Lakin o, bütün bu çətinliklərə baxmayaraq, həyatına davam edə bilib.
Dürdanə xanım, Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün fəal olaraq çalışıb və "Erməni Zindanında 8 Gün" adlı kitabını yazıb. O, Xocalının azad edilməsini ən böyük arzusunu hesab edib. Lakin amansız xəstəlik bir çox arzusunu ürəyində qoydu. O öz yurdunda yaşamaq arzusu ilə yaşayırdı. Bir yandanda ən azı ən böyük arzusu olan Xocalınln azd olunması xəbərini aldmağı və ömrünün son günlərinin birində gedib Vətənini görməyi Allah nəsib edib. Bəlkədə Vətəninə gedərək yaşadığı ağri- acılı günlər yenidən xatırlayıb deyə daha yaşamağa ürəyi dözməyib. Dürdanə Ağayeva, uzun illər xərçənglə mübarizə apardıqdan sonra 4 avqust 2024-cü ildə dünyasını dəyişdi. Onun xatirəsi Xocalı və Azərbaycanın tarixinə sonsuza qədər həkk olunub.

Amerikada fəaliyyət göstərən nüfuzlu “Jewish Journal” nəşri Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın “Salamat qalma tarixçəsi və tanışlığın şəfa qüvvəsi” sərlövhəli məqaləsini dərc edib.

Müəllif Holokost, Bosniyada, Kambocada, Ruandada və digər ölkələrdə törədilən soyqırımılardan tez-tez bəhs olunmasına baxmayaraq müasir dövrdə törədilmiş insanlığa qarşı cinayətlərdən biri kimi Xocalı soyqırımının diqqətdən kənarda qaldığını vurğulayaraq özünün Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələrdən və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrdən söhbət açır.

D.Ağayeva yazır ki, o, erməni hərbçiləri tərəfindən əsir götürülüb və əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qalıb. Hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirib, çünki Azərbaycan qadını kimi onun şəxsiyyətinin təməli vəhşicəsinə məhv edilmişdi.

D.Ağayeva qeyd edir ki, erməni qoşunları Xocalıda bəşəriyyətin son dövrlər ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən onun cəmi 20 yaşı vardı. O yazır ki, gözləri qabağında iki yaşlı azərbaycanlı uşağın öz valideynləri ilə birlikdə necə gülləbaran edildiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüyünün şahidi olub. Təbii ki, Ermənistan Xocalıda bu dərəcədə qəddar hadisələr törətdiyini inkar edəcək və təbii ki bu kütləvi qırğınları törədənlərdən heç biri bu vəhşiliklərə görə məsuliyyəti öz üzərinə götürmək istəməyəcək.

D.Ağayeva daha sonra yazır ki, müsəlman qadını kimi onun erməni əsirliyində olarkən məruz qaldığı işgəncə, zorakılıq və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürək ağrısını ifadə etmək çətindir. Lakin o, başına gələn əhvalatları yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini sonradan anladığını söyləyir.
Dürdanə xanımın "Mənə Qalan Xatirələr" verlişindən çıxışının linkidir. Keçid edib dinləyə bilərsiz.
Qələmə aldı: PİYALƏ BAYRAM
https://youtu.be/tHkMWRHLTLc?si=2OGxpBKdazd2sAt5

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər