XOCALI İDMAN KLUBU YARIŞDAN ÇENPİONLUQLA QAYITDI
Dərc olunub:
9-10-2024, 11:25
Belə bir deyim var. İdman insanın əhval- ruhiyyəsini yüksəldir. Gəlin qəbul edəyin ki, idmançılarımız layiqincə yer tutub, bayrağımızı xarici ölkələrdə dalğalandıraraq himnimizi səsləndirən də hər birimizin sevinci birə min artır. Belə ki "RADİOFM. az" "Xocalı İdman Klubu" nu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında bu gün gecə saatlarında qarşıladı. İdmançılarımızı qarşılamaq onlara qarşı hörmət və izzət əlamətlərindən biridir və əsasəndə sözün əsl mənasında təşəkkür hissini idmançılarımıza əməlimizlə hiss elətdirməkdi.
2024 cü ilin oktyabrın 04 və 07 tarixndə İstanbulda təşkil olunan "NIGHT OF WARRIORS" peşakarlar arasında olan, yarışda Xocalı İdman Klubunun 8 idmançısı iştirak edirdi. Bu idmançılardan 6-sı rəqibləri üzərində əzimkar mübarizə apararaq 1- ci yerə sahib olub.
Aslanlı Şükür
Nəsirov Həsən
Məmmədov Nahid
Nəsirov Cümşüd
Cavadov Həsən
Mirzəyev Şahsuvar
İki idmançımız isə 2- ci yerə sahib olub.
Bəbişov Aydın
Abbaszadə Sunay
İkinci yer birinci yerə qalxmaq üçün çırpınan, çalışan və mübarizə aparan, çətin maneələri aşan idmançı deməkdir.
"İdmançılarımız həqiqətən sonadək əzimkar mübarizə apardılar.
Xocalı İdman Klubuna hər zaman dəstək olan"GOLD RESEDENS" şirkətinin rəhbəri Hüsüynov Elnur bəyə və " KHOJALY GLOBAL PROMOTİON" şirkətin Vitse Prezidenti Zülfüqarlı Nemət bəyə dərin təşəkkürümüzü bildiririk."
Bu sözləri Xocalı İdman Klubunun baş məşqçisi Əli Cəfərov söylədi.
Qeyd edim ki, Xocalı İdman Klubunun rəhbəri beşqat dünya çempionu I vitse-prezidenti Ehram Məcidovdur. Baş məşqçisi isə Əli Cəfərovdu.
Qələmə aldı: Piyalə Bayramqızı