"BAKI BEYNƏLXALQ 9-CU KİTAB SƏRGİSİ" 2-ci HİSSƏ


Tədbirdə qonaqlarımızın sayı saat hesabı artırdı. Doğrudan da kitab oxumaq insanın dil nitqinə aşırı dərəcədə köməklik edir. Düşünürəm ki, mütaliə etmək hər birmizi üçün vacib amillərdəndi. Uşaqlara sevdiyi qəhrəmanlarının kitabı almaq əvəzinə istəyərdim ki, bizim qəhrəmanlarımız haqqında olan kitablardan alaraq, onları da həm kitab oxmağa alışdırmış olarıq. Həm də qəhrəmanımızı daha yaxından tanıtmış olarıq.
Türkiyədə magistratura təhsili alan azərbaycanlı Pərviz Əhmədov şəhid analrına xüsusi hörməti var. O hər dəfə Azərbaycana gəldikcə ən azı qaldığı bir- iki gün ərzində anasıyla birlikdə oğlanlarıyla birgə adı çəkilən hərbiçi analarını ziyarət etmədən Türkiyəyə geri qayıtmır. O anaları da burda görmək mümkün oldu. Çünki Pərvizin xüxusi qonaqlarından idi. Növbəti müsahibim Şəhid Zaur İsmayılzadənin anası Sevil ana oldu.
"Mən Şəhid İsmayılzadə Zaurun anasıyam. Özüm də Vətən Müharibəsinin veteranı Hüseynova Seviləm. Bu gün ki, gündə məni bura dəvət edən Pərviz oğluma öz təşəkkürlüyümü bildirirəm. Mən həqiqətən də burda hər addımladıqca ürəyim qürur duyur ki, belə bir gözəl sərgidə mən də iştirak edirəm. Burda "Tarix Yazan Oğullar" haqqında kitablar yazıblar. Əvvəldən Azərbaycan Tarixinin haqqında bütün hər cür açıqlamalar veriblər. Mən buna görə bunu yazan yazıçılara öz təşəkkürlüyümü bildirirəm. Və arzu edirəm ki, bu daimi olsun. Və Qarabağ Müharibəsində şəhid olan və iştirak edən bütün oğlanlarımız haqqında da kitablar nəşr edilsin. Və tarixdə 200 -il qələbə çalınmayan türk ordusunun qələbəsindən yazılsın. Buna görə də sizə də öz təşəkkürlüyümü bildirirəm. Çoxsağoiun."

"Qarabağ Müharibəsinin qazisi İradə Həmzəyeva. Bu "EKSPO MƏRKƏZİ" nə kitab sərgisinə dəvət almışıq. Çox gözəl keçir. Burda qazilərimiz haqqında gözəl fikirlər yazılıb. Onlara qazilər haqqqında yazılan kitaba görə təşəkkür edirəm. Allah qazilərimizə can salığı versin. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm."
Onu da qeyd edim ki, İradə xanıma İstanbul Ticaret Olağan Başkan Vekili bakanı olan Mehmed Develioğlu şəxsən özü bir neçə kitab hədiyyə eledi.

Növbəti müsahibim Qarabağ qazisi, veteranımız olan Gülpəri Əhmədovadı. Bəli, bu sərgidə əməyi olan, Ərzurum kordinatı olan Pərvizlə təbii
ki, nə qədər qürur duyduğunu dilə gətirsədə bilirəm ki, Gülpəri bunu az hesab edir.

"Bu gün mən burda Bakı Beynəlxalq Kitab sergisinə gəlmişəm. Tarix Yazan Çocuklar stendindəyəm. Hər şey çox ürəyimizcədi. Burda bizim Azərbaycanın dahi şəxsiyyətlərin, bizim tarix yazan qəhrəmanları haqqında və öz qəhrəmanları haqqında kitablar yazıblar. Çöx duyğulandığım bir məqam da var ki, bizim Qarabağ Müharibəsi qəhrəmanlarımızı türk dilində nəşr ediblər ki, uşaqlar rahat şəkildə oxusunlar, anlasınlar deyə. Çox gözəl bir duyğudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstədiyim kitabları burda görmək mümükündür. Hətta istədiyim kitablardan bizə hədiyyədə də elədilər. Bu sərgidə əməyi keçən hər kəsə dərin təşəkkürlüyümü bildirirəm."
Qonaqlar arasında şairə Nigar xanımı da gördük. Odur ki, üz tutduq Nigar Həsənzadəyə.
"Mən Nigar Həsənzadə, şairəyəm. "Söz" və "İgidlərin Sözü" lahiyyələrin rəhbəri və yaradıcısı. Möhtəşəm tədbirdi. Çox mənalı. Bizim ölkəmizdə artıq ənənəvi bir tədbirə çevrilib . Bütün ən tanınmış, ən sevilən şairlər, yazıçılar burda ildə bir kərə bir-birləri ilə görüşürlər. Oxucularıyla görüşürlər. Yəni bunun mənası çox dərindir. Çox şadıq ki, belə bir tədbir keçirilir və təşkilatçılara əlbətdə ki, dərin təşəkkürlüyümüzü bildiririk."

Burda bir şəxlə tanış olmağıma şəxsən şad oldum. Bizə yaxınlaşaraq qazilərimizin əlini sıxaraq onlara öz minnətdarlığını bildirirdi. Və yaxınlaşandakı şəhid şəklini gördüm. İstər- istəməz mənə həm qürur hissi yaşaddırdı, həm də sözün açığı kədərlənmədim desəm yalan olar. Odur ki, qardaşımızla həm söhbət olduq. Yəni özü də bilmədi ki biz kimik, onun danışıqlarını yazacayıq, yazmayacayıq. Odur ki bixəbər danışır biz isə dinləyirik.
Sözünə şəhid qardaşıyam cümləsiylə başladı."Bir şəhid qardaşı olaraq bugün ki, bu kitabxananın rəhbərliyinə öz təşəkkürlüyümü bildirirəm." Kitaxana dediyi yer qarşısında dudrduğumuz Azərbaycanın hər bir şəhidi haqqında kitablar nəşr edən Respublika Xatirə Kitab redaksiyası stentini deyir.
Başına gələn bir hadisəni bizə nəql edir. "Mən iki qızı yoldan svetofordan keçirtmişdim. Mənə canlı svetofor adı vermişdilər. Mən də canlı svetofor adında bir qrup yaratmışdım. 76 uşağın 52- si Qarabağ Müharəbəsində iştirak edib. Allah qazilərimizi qorusun. Allah sizləri qorusun."


Həmin kitab stentinin kitablarına baxdıq, həqiqətəndə yanlız şəhidlərimiz haqqında olan kitablar idi. Buna görə də mən də öz təşəkkürlüyümü bildirirəm Mədəniyyət Nazirliyinə və Xatirə Kitab Redaksiyasına.
"Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitab Redaksiyası. Bu kitabın məqsədi bütün şəhid olmuş, itgin düşmüşləri araşdırır. Əlifba sırasına uyğun cilidləşdirmə aparılır və nəşr olunur. Buna da Mədəniyyət Nazirliyi dəsdək olur. Ümumi kitablardan başqa hər bir şəhid haqqında kitab yazılacaq."

Düzdü bəzi Şəhidlərimiz haqıında görmək mümkün idi. Bəziləri haqqındada dərc olunacağını dedilər.
Mən isə öz növbəmdə vəzifə borcu şüarından istifadə edərək təsadüfü şəkillər kolleksiyası toplayıram. Odur ki, ilk qazilərimizin kitablarla maraq dairəsini izləməklə kifayətlənmirəm. Onların yaşadığı həmin maraqlı anlarını əbədiləşdirməyə çalışırdım.



Sərgini gəzərkən Bəhram Bağırzadəni gördük. Onun qazilərimizə olan diqqəti gözümdən yayınmadı. Həqiqətəndə isti münasibət bəslədi. Stetdən ayrılaraq qazilərimizə özü yaxınlaşıb əllərini sıxaraq, hamısının alnından öpürdü.

Bu münasibət biz sizlərə borcluyuq cümləsini dilə gətirmək kimi birşey idi. Qazilərimizi sevgisini hiss elətdirmək çox gözəl duyğudu. Qazilərimizə və o cümlədən də mənə kitab hədiyyə elədi. Hər birimiz ayrı- ayrılıqda şəkil çəkdirməyimizə baxmayaraq sonda birgə xatirə şəkilidə çəkdirdik.

QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI
ARDI VAR.........

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər