ƏSiİRLİKDƏ OLAN AKŞİN VƏ HÜSEYİN AZADLIQDA.


Bir gün öncə əsirlərimizin biri Axundov Hüseyn ömürlük həbs cəzasını eşidəndə qəlbimin dayandığını sandım. O Ananın yerinə özümü qoydum. Təsəvvürü belə ürküdücü , qorxunc oldu. Şəhid olmaq əsirlikdən daha rahatdı deyərdim. Amma nədənsə qəlbimdə bir rahatlıq var idi. Düşünürdüm ki, ola bilməz ki,Cənab Prezidentimiz buna göz yumsun. Onun hardasa , nələrsə etdiyini şərt deyilki detalıyla hamısını bilək , əsas ortalığa çıxartdığı işin nəticəsini biləndə bizə kifayət edir. Ramin Səfərovda da hərə bir söz deyirdi. Kimisi deyirdi ömürlük qapısı bağlandı, kimisi deyirdi duxu çatmaz ordan gətirməyə, kimisi nələr, nələr deyirdi. Hərə ağzında bir zümzümə edir elə bilirlər ki, avazla Quran oxuyurlar.

Ancaq prezidentimiz Ramin Səfərovun Azərbaycana gətirilməsini gizli sirr kimi saxladı. Çünki o, bir ölkə başçısıdır və Ramin Səfərovu gətirən hansısa nəqliyyata sui-qəsd edilməsi təhlükəsizliyini öncədən düşünərək addım atmışdır. Bütün bunların öhdəsindən gələn prizident necə ola bilərki Akşin Bəbirovun ömurlük həbs olunmasına goz yuma bilər.
Hər kəs təbiki fərqli düşüncəyə malikdir. Bu düşüncə məni çox düşündürürdü , fikirlər məni uzaqlara aparırdı. Əsirlikdə olan oğullarımızın hansı birini əsirlikdə saxladı deyə , öz - özumə düşünməyə başladım. Kino lenti kimi gözümün önündən hamısı bir - bir keçdi. Sanki o anı yenidən canlandırırmıs kimi qulaqlarımda cingildədi.
Bu gün erməni əsirliyindən azad olunaraq Vətənə gətirilən əsir və girovlar bunlardır:

Abdinov Yəhya Vüqar oğlu, 30.12.1999, hərbi qulluqçu

2. Baxşəliyev Emin Zahir oğlu, 22.01.1988, hərbi qulluqçu

3. Əhmədzadə Mobil İlqar oğlu, 22.04.1999, hərbi qulluqçu

4. Ələkbərov Ömər Teymur oğlu, 11.01.1985, hərbi qulluqçu

5. Əliyev Şərif Elsevər oğlu, 20.12.1995, hərbi qulluqçu

6. Əliyev Anar Hidayət oğlu, 28.06.1992, hərbi qulluqçu

7. Əlizadə Nurlan Mehman oğlu, 02.01.1992, hərbi qulluqçu

8. Həmidov Nahid Yaşar oğlu, 05.01.1991, hərbi qulluqçu

9. Kərimov Bayram Yaşar oğlu, 03.02.1992, hərbi qulluqçu

10. Musayev Amin Alim oğlu, 04.07.1994, hərbi qulluqçu

11. Vəliyev Vəliəhəd Şakir oğlu, 05.03.1998, hərbi qulluqçu

12. Yolçuyev Nurəddin Bəxtiyar oğlu, 14.10.1998, hərbi qulluqçu

13. Quliyev Şahbaz Cəlal oğlu, 09.05.1968, mülki şəxs

14. Əsgərov Dilqəm Qardaşxan oğlu, 30.09.1960, mulki şəxs
Duzdür siyasətə baş qosmaq həddimə deyil. Lakin siyasətin nəticəsində nələrsə edəcəyini bilirdim. Çünki əmin idim. Buna güvən deyilir. Sanki ömürlük həbs cəsasının ardınca Prezidentin belə bir addım atması qarşı tərəfə "səsini kəs! Mən hələ ölməmişəm ki, mənim əsgərimə sən ömürlük cəza kəsirsən, mən hələ ölməmişəm ki, əsgərimin anasını gözü yaşlı qoyursan" dedi:
Bəli, Prezident çıxışında demişdi ki, səbr etmək lazımdı, sən demə ədalət var imiş. Sadəcə səbr eləmək lazımdır. Ədalət deyəndə bunu nəzərdə tutub deyirmiş, yəqin ki o analara televiziya vasitəsi ilə subliminal mesaj göndərirdi. Hər bir cümləsini məntiqlə düşünsək anlamaq mümkündü. "Nəyi, necə və harda eləmək lazımdı onu mən bilirəm. Azərbaycan xalqı mənə inanır və məndə bu inama arxalanaraq bütün lazımı tədbirləri görürəm".

Əminəm! Hörmətli Prezidentimiz! Yenədə sizin siyasətinizə inanaraq deyirəm ki, bizim Ukraniya da olan igid balamız olan Qasımlı Misiridə Azerbaycana tezliklə gətirəcəksiniz. Sizə və siyasətinizə güvənərək qəlbindəki inamı gücləndirirəm . Bir ölkənin prezidenti olmaq asan deyil bunu özünüzdə etiraf elediniz. Bütün məsuliyyət sizə düşür. Bu Məsuliyyətin də öhdəsindən gələcəyinizə inanıram. Bir ailənin məsuliyyəti nə qədər çətin və ağır olduğunu bildiyimiz halda siz bir ölkənin və necə- neçə ailənin məsuliyyatini daşıyırsınız. Bütün bu çətinliklərə dünya üzərindən siz, ölkə üzərindən biz xalq olaraq sizə dəstək olub öhdəsindən gələcəyik. Biz sizə inanırıq. Nələrin öhdəsindən gəlmədinizki......

O tutduğunuz yumruq hər zaman erməni dığlarının üstündə olsun. Onlar bilsinlərki siz kimsiniz!!!

"Radiofm.az" rəhbərliyi öncəliklə Prezidenti bu gözəl addıma görə təbrik edir. O anaların əlllərindən öpür .Akşin Bəbirov və Hüseyn Axundovun analarına Allah sizə nə yaxşı ki, güc verdi, evladlarınızın əsrliyini, işgəncələrini bildiyiniz halda dözdünüz. Allahdan səbr dilədiniz və ümüdünüzü heç bir zaman itirmədiniz. Prezidentə olan inamınızı itirmədiniz. Siz anaları təbrik edir, gözünüz aydın olsun deyir. Allah heç bir anaya bala acısı, bala dərdi yaşatmasın. Amin.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər