Şövkət Ələkbərova


Azərbaycan musiqilərini dinləyən biri kimi deyərdim ki, "gəl bir birimizi aldatmayaq" adlı musiqimz də dilimdə əzbər olub. Milli musiqilərə çox üstünlük verirəm. Bu musiqini dinlədikcə araşdırma apardım. Görəsən kimin səsində daha gözəl ifa edilib. Səslər o qədər gözəldi idi ki, musiqini dinlədikcə insan çox duyğulanır. Azərbaycan xalqı Şövkət xanımın ifasından sonra, daha çox Gülyanaq xanımın ifasını bəyəniblər, məndə həmçinin. Bu ifa Kamançada Fəridə xanım da ifa edib. Kamançada bu ifanı bir başqa hislərlə yaşadım. Bilmirəm niyə mənə "Xocalını" xatırlatdı. "Xocalı" bizim silinməyən qanlı yaddaşımızdır. Kamança da ifa etdiyinə görə Kamança ifaçısı Fəridə xanıma təşəkkür edirəm. Araşdırma zamanı Səbinə Ərəblinin, Rəvanə Əmiraslanlının,Eldəniz Məmmədov, Eldar Ələkbərovun da ifalarında dinlədim. Bəlkə də azərbaycanlıların canından, qanından gəlir musiqi anlayışı. Musiqini səsi. Hər biri gözəl ifa edib.

[center]

"RADİOFM.az" bu gün sözü gedən musiqinin ilk ifaçısı olan Şövkət Ələkbərovadan yazır.
Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdir. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır.

1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır. "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olmuşdur. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir. Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatıları-ndan götürülüb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954

İştirak etdiyi filmlər
Doğma xalqıma (film, 1954) (tammetrajlı bədii film)
Payız konserti (film, 1962) (qısametrajlı bədii film)
Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
Səs (film, 1988) (qısametrajlı sənədli film)

Mahnı ifa etdiyi filmlər

Görüş (film, 1955) (tammetrajlı bədii film)
Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film)
Qızmar günəş altında (film, 1957) (tammetrajlı bədii film)
Kölgələr sürünür (film, 1958) (tammetrajlı bədii film)
Ögey ana (film, 1958) (tammetrajlı bədii film)
Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film)
Aygün (film, 1960) (tammetrajlı bədii film)
Koroğlu (film, 1960) (tammetrajlı bədii film)
İyirmialtılar (film, 1966) (tammetrajlı bədii film)
Mücrü (film, 1973) (qısametrajlı bədii film)
İfasından istifadə olunan filmlər

Şəki (film, 1977) (qısametrajlı sənədli film)
Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)

Şövkət Ələkbərova Ailə Həyatı
Çox ağır ailə həyatı keçirən Şövkət Ələkbərova iki dəfə ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşını çox tez itirən sənətkarın ilk evliliyindən Natella adlı qızı dünyaya gəlib.

İkinci dəfə rejissor Lətif Səfərovla evlilik həyatı quran Ş. Ələkbərovanın Bəşir adlı oğlu dünyaya gəlmişdir. Bir neçə il sonra Lətif Səfərov intahar etmişdir.

Şövət Ələkbərova 70 yaşında 1993-cü ildə dünyasını dəyişmişdir. Onun məzarı Bakıda Fəxri Xiyabanda yerləşir.

Repertuarı
Axşam (Qaş qaralır)
Ayrılıq
Aldatmayaq bir-birimizi
Ay Qız
Ağlaya-ağlaya
Bir könül sındırmışam
Bakı
Dərələr
Gəl səhərim
Gedək üzü küləyə
Oxu gözəl
Neylərəm (İmaməddin Nəsimi / Süleyman Ələsgərov)
Sən mənim, mən sənin
Sənsən ürəyim
Səslərəm səni
Kəsmə şikəstə
Küsüb məndən
Lay-lay
İnanmıram
Təkcə ümid qalsın
Tez gəl
Töhfə
Mirzə-hüseyn segahı
Məhəbbət
Ola bilməz
Vağzalı çalınır.
Fizuli Kantatası
Yavaş-yavaş
Hardasan
və başqa mahnılar…

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər