Azərbaycan güləşçisi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib


Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

"Radiofm.az" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib.

Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər