KİKBOKSİNG ÜZRƏ YOLDAŞLIQ GÖRÜŞÜ
Dərc olunub:
15-12-2024, 11:46
Radiofm.az 15.12.2024 tarixində Bakı şəhəri Mehdabat qəsəbəsində şəhidimiz Sənan Kərimov adına həsr olunmuş növbəti yarışımız keçirildi. Bu yarışda altı idman clubu iştikar edirdi. Xocalı İdman Clubu, Ağcəbədi İdman Clubu, Adalet İdman Clubu, Spartak İdman Clubu, All Fight Clubu, Moderin İdman Clubu və Fıghter İdman Clubu.
Yarışlar çox zaman şəhidlərimizə adına həsr olunur. Bu da həm qürur verici bir hissdir. Həmdə şəhidləri unutmadığımızı bir daha insanlara çatdırılır. Deyərdim ki, doğrudanda gözəl təşəbbüsdü.
Kiçik yarışlar böyük yarışların addımlarıdır.
Bu gün ringə çıxanlar təbiiki sabah səngərdə olacaq igidlərdi.
Hər biri körpə yaşlarından idmana meyl etmələri, bədənlərini dəmirə bənzətmələri özlərini gələcəyə hazırlamaqlarını göstərir.
Yarışda Azərbaycanın himni səsləndi və şəhidimiz haqqında vidioçarx təqdim olundu.
Yarışa şəhidimizin ailəsidə də dəvət olunmuşdu. Onlar da, öz çıxışların da həm təşıkkür etdilər həmdə gənclərimizə uğurlar arzuladılar.
Yarışda iştirak edən qonaqlara bir- bir söz verildi. Onlar da, yarışa gələn şəhidimizin ailəsinə təşəkkür etdilər və yarışa qatılan bütün idmançıları daima məkanından asılı olmayaraq Azərbaycanın bayrağını dalğalandırmağı arzuladılar.
Bu yarışa Xocalı İdman Clubu ev sahibliyi edirdi. Yarışda iştirak edən şəhidimizin ailəsinə və qonaqlarımıza ev sahibi tərəfindən yarışda iştirak etdiklərinə görə diplom təqdim edildi.
Yarışın sonunda isə idmançılarımıza diplom və medal təqdim olundu.
Bizdə öz növbəmizdə Radiofm.az ailəsi adından hər zaman sizlərə uğurlar arzulayırıq.
QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI