SUMQAYIT MUSİQİ KOLLECİNDƏ ZƏFƏR BAYRAMI


"RADİOFM.az" AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASININ NƏZNİNDƏ SUMQAYIT MUSİQİ KOLLECİNİN 8 NOYABR ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ "QARABAĞNAMƏ" BƏDİİ KOMPOZİSİYASI TƏDBİRİNDƏ İŞTİRAK EDİB.

Harda Vətən, Şəhid, qazi varsa təbii ki, də "RADİOFM.az" orda var. Bu gün də gördüklərimi, hiss elədiklərimi və müsahibə aldıqlarımı yazmağı özümə borc bildim.
İlk öncə deyərdim ki, tədbir doğrudan da möhtəşəm, yüksək səviyyədə keçdi. Hiss olunurdu ki, bu tədbirə tədbir naminə deyil, canla- başla, səmimi qəlblə, ürəklə hazırlaşılmışdı, istər müəllim kollektivi, istərsə də kollecin tələbələri. Baxmayaraq ki, aktyorluqla əlaqələri yoxdu. Tamaşanı elə usdalıqla oynadılar ki, sanki elə bil "Gənc Tamaşaçılar" teatrının aktyorları idi. Tədbirdə Şəhid ailələri, qazilərimiz, İcra Hakimiyyətin nümayəndələri, Sumqayıt Asan Xidmətin rəisi, Ağsaqqallar Şurasının sədri, Sumqayıt Paralimpiyada drektor müavini, Abşeron Xızı Mədəniyyət İdarəsinin rəisi Fərid bəy, Zəngəzur Regeonal Mədəniyyət İdarəsinin rəisi Rəşad bəy, Abşeron Xızı Gənclər və İdman rəisi, Sumqayıt Musiqi məktəblərinin drektorları, Sumqayıt Tarixi Muzeyinin rəisi və kollektivi, DTX- nın əməkdaşı, "ADY" QSC Həkim Sanitar Xidməti Yol Sanitar Karantin Müfəttişinin rəis müavini Süleyman E.M, RADİOFM.az rəhbəri Piyalə Bayramqızı, Davamlı Turuzim İnkişafı İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanın da İctimai Şuranın sədr müavini Nərminə Qəribova, şəhərdən gələn qonaqlar və o,cümlədən Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə kollektivi iştirak edirdilər.
İlk öncə onu deyim ki, tədbir boyunca səslənən musiqilər gənc bəstəkar pianoçu "Lalə Əhmədova" nın bəstələri idi.
Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə xanımın tədbirlə bağlı keçirdiyi hissləri, təəssüratları bizimlə bölüşməyi xaiş elədim.

"-Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva. Bu tədbir hər birimiz üçün, hər bir Azərbaycan vətəndaşı üçün çox önəmli və çox həyacanlı bir gündü . Zəfər bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik edirəm. Bəli, biz bu tədbir öncəsi atıcılıq üzrə bir yarış keçirtdik. Yarışda hərbidən, idmandan uzaq olan musiqi müəllimlərimiz və tələbələrimiz bu yarışmada çıxış elədilər. Hər iki əsrin Vətən Müharibəsində iştirak edən Rəşad Nəzərov başçılıq elədi. Qalibləri əlbətdəki biz bilirdik. Üç nəfər müəllimlər arasında qalib oldu.

Amma bu gün bizim tədbirimiz günündə Sumqayıt şəhəri atıcılıq üzrə yarış keçirildi. Bilmədiyimiz o dediyiniz diplomlar o yarışmada bizim musiqi kollecimizin birinciliyi qazandığı məlumatı oldu ki, biz çox həyacanlandıq. Əlbətdə ki, istəyərdik biz birinci olaq. Amma sadəcə bu bir istək idi. Bu real olanda biz təbii ki, həyacanlandıq. Bütün kollecimizin sevinci oldu. Bu tədbir zamanı bir Fəxri Fərman da oldu ki, bu da Rəşad m. təqdim olundu.

Çox böyük məsuliyyət, bir təşkilatçılığın çətin və böyük bir işi Rəşad m.üzərinə düşmüşdü. Bu Fəxri Fərmandan tək mənim xəbərim var idi, Rəşad m. bundan xəbəri yox idi. Oda belə bir sevincli an oldu. Mən arzu edirəm ki, ümumiyyətlə həmişə belə sevincli günlərimiz zəfər olsun.Əlbətdə ki qəmli günlər olur. Amma ki, o günlər olmasa biz belə əziz günlərin, sevincli günlərin, dəyərini də bilmərik. Mən sizə də təşəkkür edirəm ki, gəldiniz. Ümidvaram tədbiri bəyəndiniz."


DIRIJOR: Respublikanın Əməkdar Müəllimi Firəngiz Xəlilovanın tədbirlə bağlı təəssüratları və hissləri:

"Mən ümumiyyətlə Vətənimə çox bağlı insanam. Yəni Vətənə aid olan şeir, musiqi, hər hansı bir əsəri soyuqqanlılıqla nə dinləyə bilmirəm, nə ifa edə bilmirəm. Bugün səhnədə "Qarabağnamə" adlı kompazisiya da mənim də əməyim var təbii ki... özünüz də hiss elədiniz. İnanın tədbir başlayandan tam son dəqiqələrinə kimi mənim boğazımda bir qəhər düyünlənmişdi. Özümü səhnədə hönkürməkdən güclə saxlayırdım. Çünki biz bilirik ki, Zəfər bizimdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə çox möhkəm can salığı arzulayıram. Allah onları qorusun. Amma təbii ki, Zəfər elə- belə alınmır. Bu gün Zəfər, şəhidlər hesabına alınıb. Və o şəhidlər bizim qəlbimizdə daim göynəyən, sızıldayan, heç qaysaq bağlanmayan yaralarımızdı. Hər şəhid analarını gördükcə, hər şəhid yoldaşlarını, evladlarını, qardaşlarını, atalarını gördükdə bizdəki o yara bizi incidəcək. Hər dəfə biz kövrələcəyik. Hər dəfə bizim gözümüz yaşlı olacaq. Ona görə də tədbirdə mən çox qarışıq hisslər yaşadım. Həm qürur, həm kövrək hisslər, həm qəm kədər, həm fərəh. Bütün bu hissləri duydum. Əlbətdə ki, hamımız kimi mənim də qürur hissi, fərəh hissi daha çox ağuşuna alır. Çünki qələbə bizimdir, Vətən bizimdir. Biz tam bir bütöv Azərbaycanın artıq vətəndaşlarıyıq və bunun üçün sağol deyirik Ali Baş Komandamız Cənab Prezidentimizə, bunun üçün sağol deyirik bizim qəhrəman igid oğullarımıza. Nə yaxşı ki, onlar var, onlar bizim kimi ana- bacılarını qoruyurlar. Və biz sakitcə öz evimizdə, öz işimizdə fəaliyyət göstərə bilirik. Öz evladlarımızı böyüdürük. Mənim də, iki oğlum var. Mən də gələcəyin əsgərlərini böyüdürəm və əsgər kimi böyüdürəm. Bu bayram münasibəti ilə hər bir kəsi təbrik edirəm."

Erməni rolunu oynayan gəncimizlə həmsöhbətimiz.
-Özünüzü təqdim edin
-Əliyev Heydər, Sumqayıt Musiqi Kolleci 2- ci kurs tələbəsiyəm, Xanəndəlik fakültəsində oxuyuram.
-Bu gün Zəfərlə bağlı olan tədbirdə siz erməni rolunu oynadınız, bu rolu oynayarkən hansı hisslər keçirtdiniz?
-Həm kövrək hisslər idi, çünki qarşımızda şəhid anaları var idi, qazilərimiz var idi. Hamısı bizim üçün çox dəyərli və önəmlidir. İlk öncə mən onu deyə bilərəm ki, bu rolu oynamağımda məqsəd odur ki, onların nə qədər alçaq bir millət olduğunu göstərmək idi. Və bu alqışlar sayəsində inanıram ki, bu rolu ustalıqla göstərmiş sayılıram. Hisslər dildə deyə bilməyəcək qədər gözəl hisslər idi, yəni ki bu fikri izləyiciyə çatdırmağım idi, belə yəni...

-İzləyicilərə çatdırdınız, mən də bir izləyicin kimi onu başa düşdüm ki, ermənilər həmişə arxadan zərbəni vurur.
Siz orda gülməyinizlə, zərbəni arxadan vurmağınızla bir daha sübut etdiniz. Necə deyim? Bir düşmənin rolunu oynamaq sizə pis təsir bağışladımı? yəni hansı təsiri bağışladı? Niyə məhz xan rolunu deyil, erməni rolunu oynadınız?
-Çünki mən bilrdim ki, bu rolun da öhdəsindən gələ biləcəm, onların necə ikiüzlü necə yaltaq necə bir hiyləgər millət olduğunu çox gözəl bilirdim və müəllimə də mənə təklif etdi, nəzərə aldıq ki, baş üstə. Son iki məşq çox da yaxşı keçməsə də digər məşqlər də və tədbirdə göstərdiyim pərformans sayəsində gördüm ki, həqiqətən insan çox kövrək hisslər yaşayır. Çünki insan nifrət etdiyi bir milləti öz rolunda göstərmək çox kövrək bir hissdi amma sizin və alqışlarınız sayəsində bildim ki, çox gözəl keçdi.

-Özünüzü təqdim edin.
-Məmmədova Gülnarə Tofiq qızı. Sumqayıt Musiqi Kollecinin Nəzəriyə şöbəsində müəllimə işləyirəm.
-Siz bu günki tədbir də iki şəhidimizin şəkillərini təqdim etdiniz. Bilmək isdəyərdim ki, şəhidlərimizin şəkillərini çəkmək hissi sizdə necə oldu yarandı?
Mən demək olar ki, pandemiyada birdən- birə belə bir hiss gəldi mənə. Bilirsiniz heç özümündə başım çıxmır necə oldusa şəhidlərin şəklini 10 gün müddətinə başa çatdırdım. Heç özümdə inanmadım ki, qısa bir müddətə mənə elə bil ki, qanad verilmişdi, bilmirəm nə idisə yəni heç özümdə bimədim necə başladım necə qurtardım. Mənə sanki ruh gəldi. Hansısa bir qüvvə gəldi.
-İndiyə qədər neçə şəhidimizin şəklini çəkmisiniz?
-Hələ yeni başlamışam üçüncüsüdür.
-Rəssamlıqla bağlı ali təhsiliniz varmı?
-Xeyr. Bu sahədə yəni rəssamlıqla bağlı təhsilim yoxdu. Amma rəssamlardan dərs almışam kurs kimi. Natiq müəllim, Günel müəllimədən dərs almışam.
-Bu günki tədbirlə bağlı nə demək isdiyərdiniz?
Mən düzünü deyim çox kövrəldim. Gözümün yaşını saxlaya bilmədim. Çox möhtəşəm, çox gözəl bir tədbir keçirildi. Yenədə yaşasın Azərbaycan.

Təbii ki, qonaqlarla həm söhbətimiz davam edir. Bu səfərdə suallarımızı Nərminə xanımına ünvanladıq.
-Özünüzü təqdim edin.
-Qəribova Nərminə Davamlı Turuzim İnkişafı İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanın da İctimai Şuranın sədr müavini.
-Mən bura Rəşad m. tərəfindən dəvət almışam. Rəşad m. bizim təşkilatın nəznində yaradılmış Təbiət Keşiyində Gənclər Hərəkatının
komandanıdır. Deyəcəksiniz ki, necə olur bu. 44 günlük Vətən Müharibəsindən sonra hər kəs Vətən üçün nəsə eləməyə çalışırdı. Biz də öz növbəmizdə Vətənin hər qarışını qorumaq üçün belə bir Gənc hərəkat yaratdıq. Bu hərəkatda Rəşad m. bizə çox böyük dəsdəyi oldu. Gənclərin toplanmasında, həm hərəkatın disiplini və belə deyim ki, Rəşad m. tərəfindən gənclərə döyüş ruhu verilirdi. Ona görə də biz Rəşad m. hərəkatımıza komandan olaraq seçdik.
Rəşad m. harda varsa orda Vətən ruhu var. O harda varsa orda vətənpərvərlik ab- havası var. Tədbirin hər anında göz yaşlarımı saxlaya bilmirdim.

-Özünüzü təqdim edin
Mən Rəsulov Taleh. Musiqi kollecində vakaliz kimi çalışıram. Bu gün ki, gün bizə çox təsir gösdərdi. Bildiyiniz kimi Zəfər gününə aid "Qarabağnamə" kompozisiyamız baş tutdu. Mən də çıxış elədim. Nə qədər kədərli olsa da bir o qədər də qürur verici bir hiss idi.
-Amma mən sizi kövrələn gördüm. Hətta şəhid anasının əllərindən öpərkən ağlayırdınız. Siz hansı hisləri yaşayaraq kövrəlib o hisləri bizlərə yaşada bildiniz?
-Vallah belə deyim, əsər o qədər mükəmməl əsərdi ki, şəhidlərimizə aid yazılıb. Bildiyiniz kimi şəhidlərimiz, qazilərimiz, müharibə bizə o qədər acılar yaşatdırıb ki, artıq mən o əsəri ifa edəndə istər-istəməz şəhid olmuş qardaşlarım, onların ailələri hamısı yadıma düşdü. Orda yəni kövrəlməmək əldə deyildi. Mən düşünürəm ki, ən qəddar adam belə kövrəlməli idi. Sadəcə olaraq o hisslərə qapandığım üçün gördüyünüz kimi mahnı elə bitməmişdən mən artıq kövrəlmişdim.
-Sözləri və musiqisi kimə aiddi?
-Sözləri və musiqisi biz də gənc bəstəkar var "Lalə Əhmədova" ya aiddir, yeni əsərdi bu. Artıq ikinci çıxışımızdır. Çox gözəl qarşılanır ifa zamanı. Bu tətbirdən qabaq Sumqayıt Musiqi Kollecinin Orkestrlə birgə Flormoniyada böyük tədbirimiz baş tutmuşdu. Bu gün ki, tətbir çox coşqulu idi, çox yaxşı idi. Gələn qonaqlara da mən təşəkkürümü bildirirəm. Sizədə təşəkkürümü bildirirəm. Var olasınız ki, sizdə bu gün burda iştirak elədiniz və bizim kimi insanlara yaxınlaşıb bizim haqqımızda və bizim musiqimiz haqqında, tətbirimiz haqqında bizlərdən bunları soruşdunuz.
-Bir sualda vermək istəyirəm. Siz ikinci ifanız da əhval ruhiyyənizi necə oldu da ani bir anda dəyişə bildiniz? Yəni əvvəlki ifanızdan fərqli olaraq kövrəlməkdən əsər- əlamət qalmamışdı. Sanki düşmənin üzərinə yeriyirmiş kimi addımlayırdınız.
-Onu düz vurğuladınız əslində. Mən kövrələndən sonra qayıdıb bir dəqiqənin içində başqa mahniya keçməyim bu çox çətin bir prossesdi. Sadəcə olaraq görünüşüm elə idi. İçəri də isə şəhidlərimizin o qəmi - qüssəsi qalmışdı. Özümü məcbur elədim ki, köklənim ona ki, artıq biz qələbə qazanmışıq. Yəni nə qədər kövrəlsəkdə bir o qədərdə qürurluyuq. Qəlbimdə elə hislərə köklənmişdim ki, artıq bizə heç kim dəyə bilməz, biz qəhrəman ölkəyik. Bizim bütün işlərimiz hələ bundan sonra çiçəklənəcək İnşallah və elə də olur yavaş- yavaş.
-Əslində almaq istədiyim cavab, duymaq istədyim də elə bu cavab idi.
-Nə gözəl ki, mən də sizin istədiyiniz cavabı verdim.

Məlikov Nicat Sumqayıt Musiqi kollecində Qarmon müəllimi, həm də Yeni Azərbaycan Partiyasının kollec üzrə sədri. Tədbirlə bağlı təəssüratlarını bizimlə böldü. O həmsöhbət zamanı bütün müəllimlərlə birgə tədbirin gedişatının daha maraqlı keçdiyini bildirdi. Tamaşada erməni rolunu oynayan gənc haqqında bu rolun öhdəsindən gələ biləcəyini soruşanda bildirdi ki, "-mən əslində öz payıma düşünmürdüm ki, belə möhtəşəm oynaya. Mən şəxsən gözləmirdim. Ancaq uğuru çox böyük oldu."
Əslində bu tədbirdə məlumatımız oldu ki, 02. 11. 2023- cü ildə Sumqayıt şəhərində atıcılıq üzrə baş tutan yarışda birinciliyi Nicat Məlikov qazanmışdır. Onun üçün də birinci yerlə bağlı bilib- bilmədiyini sual verdim. Əvvəl ki yarışda birinci yeri tutduğunu bilsədə, tədbirdən öncə yəni bu gün ki, günü keçirilən yarışda birinciliyi qazandığından təbii ki, hamı kimi özünündə xəbəri yox idi. Bu yarış davam edəcək. Nicat bəyə və Sumqayıt Musiqi Kollecinin kollektivinə bu yarışda uğurlar arzulayıram.

Erməni rolundan söhbət açanda Rzayeva Mehriban Əzim qızı söhbətimizə əlavələr gətirdi. O, bizə tamaşanın qoyulmasının ilk günlərindən danışdı. "Birinci məşq bizim kollecimizin ikinci korpusunun zalında keçirildi. Və onda tələbələri yeni- yeni seçirdilər. Erməni roluna Heydəri seçdilər. Bir anlıq o çox pis olmuşdu.Əslində kefi pozulmuşdu ki, erməni rolunu oynamaq isdəmirdi. Özünə onu yaraşdırmırdı, alçaqlıq bilirdi. Bir neçə cümlədən ibarət rol verdilər, oynadı, ancaq inandıra bilmədi. Aktyor kimi bacarmadı. Sağolsun Xatirə m. Heydərin çıxışı üzərində çox çalışdı. Və istəyinə nail oldu. Nəticədə mən bugün onu səhnədə gördüm, gözlərimə inana bilmədim. O, qədər mükəmməl oynadı ki, rolunu hətta erməni roluna girmiş də olsa ermənilərin yaltaqlığını biruzə verə bildi. Bütün uşaqlar sağolsunlar rollarını gözəl nümayiş elədilər baxmayaraq ki, onlar aktyor yox musiqiçidilər."
Və sonda Mehriban xanım bu tədbirin təşkilatçılığında yükünü daşıyan "Rəşad Nəzərov"a və bütün kollecin müəllim, tələbə kollektivinə o cümlədən tədbirə gələn qonaqlara təşəkkürlüyünü bildirdi.

İnsan işlədiyi peşəsini sevməlidir. Və işini sevərəkdən, ərinmədən öhdəsindən gəlməlidir. Mən də, hər kəsin dilindən düşməyən Xatirə xanımı axdardım. Və artıq gecikmişdim. Müsahibə almaq istədiyim Xatirə xanım və aparıcımız məkanı tərk eləmişdilər. Təbii ki, də texnika öz sözünü deyir. Xatirə xanımla əlaqə saxladım suallarımı telefonda ünvanladım. Həmçinin də Akif bəyədə.
-Mən -Qəribova Xatirə Musiqi Kollecində Əruz vəzni və muğamlarla qarşılıqlı əlaqəsi, 30 iləyaxındı Aktyor və səhnə danışığı fənnini tədris edirəm.
-Xatirə xanım bu tamaşanın oynanilmasında sizin təşəbbüsünüz olub. Bu ideyanı necə oldu ki fikirləşdiniz və ərsəyə gətirdiniz?
Keçən il may ayında İ.Əfəndiyevin "Hökmdar qızı"əsərindən kiçik bir hissəni Rəşad m.və hərbi hissədən nümayəndə mənim tələbələrdən ibarət səhnəcik qurmamı xahiş etdilər. Lakin o tədbir alınmadı. Bu il mən artıq əsərdən daha böyük parçanı səhnələşdirdim. Rəşad m.deyəndəki səhnə tərtibatı və geyimləri təşkil edəcək daha da həvəsləndim. Əlbəttə, tamaşanın alınmasında səhnə tərtibatı, musiqi böyük rol oynayır. Tələbələrlər də bacardıqlarını oynadılar.
-Xatirə xanım erməni rolunu Heydərə vermək sizin fikriniz olub. Niyə başqa tələbə yox məhz Heydər?
Mən xanəndə kursuna dərs deyirəm. Heydər də o kursun tələbəsidir. Təklif etdim, ilk başdan razılıq olmasada sonradan sağ olsun, sözümdən çıxmadı. Cəsarətlə və çəkinmədən rolun öhdəsindən gəldi.

Növbəti zəng müsahibim tədbirdə aparıcılıq edən Akif bəy oldu.
Akif bəyə birbaşa tədbirdə hansı məqam ona daha çox isti, daha çox təsir bağışladığı sualını ünvanladım.
-Tədbir çox gözəl oldu. Hər şey öz qaydasında, öz qədərində idi. Amma mənə ən çox təsir edən, məni necə deyərlər daxilimi sirkələyən Rəşad m. çıxışı oldu. Onun kövrəlməyi məni də kövrətdi sözün düzü. O təsir elədi. Mənim üçün hesab edirəm o oldu. O tədbirində kuliminasiya nöqtəsini də hesab edirəm ki, Rəşad m. çıxışı vurdu. Tələbələrin də siyahılaşdırılmış səhnəciyi mən elə hesab edirəm ki, çox gözəl oldu. Bunu tamaşaçıların alqışı da sübut elədi. Nəzərə alaq ki, bunlar tələbədirlər. İncənət Universitetində Aktyorluq fakultəsində oxumurlar. Bunlar musiqiçi kimi yetişir amma bu da yenə də Rəşad m. və Xatirə xanımın böyük zəhmətinin nəticəsində ortalığa yaxşı bir şey çıxdı. Gözəl oldu. Gözəl də oynadılar. Gözəldə qarşılandı. Bilirsiniz tələbələrin orda çıxışı bir tərəfdən nə üçün yaxşıdı yəni bu tələbələr yəqin indiyə qədər tamaşada rol almayıblar ancaq buna baxmayaraq səhnədə o cür çıxış etdilər, tarixi faktları orda gösdərdilər. Bu oların həyatına yazılan gözəl günlərdən biri kimi oldu.

Akif m. sözünə qüvvət Rəşad m. kövrəlməyi deyərdim ki, bütün zalı kövrətdi. Biz komandirlə "ÇİLOV ADA" sında Şəhid Pərvinin anım günündə tanış olmuşduq. Müsahibə aldığım zaman ona çətin bir sual vermişdim. Nə qədər düzgün alınar, nə qədər düzgün alınmaz bilmirəm. Bəlkə də oxuyarkən indi yazacağım cümlədən inciyə də bilər. Sözün əsl mənasında sualımın qarşısında aciz qaldı. Sualım belə idi- siz özünüz döyüşə gedərkən sizə asan olurdu yoxsa tabeliyinizdə olan əsgərləri göndərərkən?
Təbii ki, sualım cavabsız qaldı. Cavab verə bilmədi. Hardasa 2-3 dəqiqə susqun qaldı. Lakin bu gün, bu tədbir də hər kəsin qarşısında "Şəhid mənim yaralı yerimdi. Mən Şəhid analarının gözlərinə baxa bilmirəm" deyə cavab verdi.
Sonuncu müsahibəmi Rəşad komandir oldu. Onu bilərəkdən sona saxlamışdım. Həm ev sahibi olduğu üçün bir növ ərk eləmişdim, həm də ümumiyyətlə tədbirlə bağlı hər addımını müzakirə etmək üçün. Məqsədimə nail oldum.

-" Silahlı Qüvvələrin veteranı. Müharibə iştirakçısı, 8- dəfə Qarabağ qazisi, ehtiyatda olan polkovnik Rəşad Nəzərov.
Ümumiyyətlə mən 1992- ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarındayam. Mən bütün cavanlığımı, gəncliyimi orduya həsr eləmişəm. Və bununlada qürur duyuram. Mən zabitəm. Mən öz peşəmi sevən bir insanam. Mən bu yaxınlarda bir alimin yazısını oxumuşdum. Alim deyirdi ki, insan gərək iki seçimi düzgün seçsin. Çünki bu iki seçimdə düzgün seçsə insan heç bir zaman peşman ola bilməz. Biri peşə seçimində, ikincisi də ailə quranda.

Mən bu gün fəxr edirəm ki, mənim peşəm hərbiçidi, zabitdi. Və fəxr edirəm ki, mənim xanımım məni hərbiçi kimi başa düşür. Qaldı ki, bu lahiyyə ilə bağlı sualınız. Bu lahiyyənin rəhbəri tək mən deyiləm. Əsas rəhbərimiz Azərbaycan Milli Konservatoriyasının Nəznində Sumqayıt Musiqi Kollecinin drektoru Səbinə xanımdı və bir də mənəm. Bayrama yaxın hardasa bir 15 gün əvvəl biz belə bir fikrə gəldik ki, qeyd eləyək. Düzdü 3 ildi ki, Zəfər günü qeyd edirik ancaq bu ilki Zəfər əvvəl ki Zəfərlərdən bir az fərqlənir. Çünki artıq Qarabağımızın hər bir yüksəkliklərin də 3 rəngli Azərbaycan Bayrağı dalğalanır və biz bununlada fəxr edirik.
Bunun üçün biz minnətdarıq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan İlham Əliyev Cənablarına.
Bunun üçün minnətdarıq Rəşadətli və mərd Azərbaycan Ordusuna. Sözsüz ki, minnatdarıq bizim xalqımıza. Niyə? Ona görə ki, bizim Azərbaycan xanımları dünyaya belə igid oğullar nəsib ediblər."

QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər