MÜBARİZ İBRAHİMOV
Dərc olunub:
31-12-2023, 19:58
7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. 1994-cü ildə Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə getmiş, 2005-ci ildə oranı bitirmişdi. Elə həmin il Biləsuvar rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağrılmışdı. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. M.İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir.
Mübariz burada xidmət etmək istəmirdi. Yalnız ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur. Bir ay idi burada xidmət edirdi.
Gizir Mübariz İbrahimovu bu ön xətdə gətirən bir amal, bir istək idi. Vətən! Millət! Torpaq!.. Onun qəlbində bir müqəddəs fikir hakim kəsilmişdi: «Məzlumun dostu, zalımın düşməniyəm».
Zaman etibarı ilə bu, çox qısa bir vaxtdır. Ancaq bu qısa zaman kəsiyində Mübariz sözün əsl mənasında özünün zabitlərə, əsgərlərə sevdirə bildi. Bir sözlə hamının məhəbbətini qazandı.
Mübariz daxilən utancaq, az danışan, Vətəni sevən və Tanrıya bağlı bir insan idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı.
18 iyun 2010-cu il… Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazi.. saat 23:30-dur. Bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Həmişə səngərdə ayıq-sayıq dayanan Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verirdi.
Gizir Mübariz İbrahimov bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının həmləsini dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edir. Bu döyüşdə o, qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.
Biləsuvar rayonunda adına küçə və orta məktəb var.
Çaylı döyüşü
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə,[8] saat 23:30 radələrində məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, təkbaşına[9] 1 kilometr (0.62 mil) məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir.[6][10] İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşmüş və səhər saatlarında şəhid olmuşdur.[6] İlkin iddiaya görə, bu döyüşdə İbrahimov dörd erməni əsgərini öldürmüş[9] və daha dördünü yaralamışdır. Buna baxmayaraq, o, fərqli mənbələrə görə 45 və ya 140 erməni əsgərini öldürmüşdür.
Azərbaycan Müdafiə Nazirliyinin ilkin bəyanatına görə, Mübariz İbrahimov Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən şəhid olmuşdur. Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) rəsmiləri iddia etmişdir ki, təmas xəttində yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın 20 nəfərlik kəşfiyyat-diversiya bölməsi tərəfindən qəfil hücuma məruz qalmışdı. Qondarma DQR Müdafiə Nazirliyinin iddiasına görə, Mübariz İbrahimovun silah yoldaşları isə hissəsi geri çəkilərkən onun cəsədi təmas xəttinin ermənilərə məxsus tərəfində qalmışdı. Həm Ermənistan, həm də Qondarma DQR rəsmiləri bildirmişdir ki, bu, döyüşlərin Azərbaycan qüvvələri tərəfindən qızışdırıldığını sübut edirdi. Azərbaycan hökuməti bu iddiaları təkzib edərək döyüşdə sadəcə Mübariz İbrahimovun iştirak etdiyini bildirmişdir. Erməni Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, "Janes Information Services"in keçmiş hərbi analitiki Riçard Qiraqosyan döyüşün ya "ermənilərin cavabını yoxlamaq xarakteri" daşıdığını, ya da "Azərbaycan ordusunda komandanlıq və nizam-intizamın olmamasının əlaməti" kimi qiymətləndirmişdir. Tomas de Vaala görə, cəsədlərin erməni nəzarətindəki ərazidə olması döyüşün daha çox Azərbaycan tərəfinin hücumu olduğunu göstərir. Buna baxmayaraq, o, qeyd etmişdir: "əsl mənzərə yəqin ki, heç vaxt bilinməyəcək".
GİROVLUQ.
Döyüşdən sonra Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədinin qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, Ermənistan hökuməti bunun ardınca öz ilkin iddiasını təkzib edərək onun cəsədinin erməni tərəfində yox, neytral zonada qaldığını bəyan etmişdir. Bununla belə, 2 avqustda Rusiya saytlarının birində Mübariz İbrahimova aid olduğu iddia edilən şəkillər yayımlanmağa başlanmışdır. Azərbaycan ictimaiyyəti bu şəkillərə emosional reaksiya vermiş, Azərbaycan Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, bu şəkilləri yaymaqla Ermənistan tərəf beynəlxalq hüquq normalarına riayət etməyib. Qurum həmçinin bildirmişdir ki, Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədini Ermənistandan almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək. İtkin düşən və girovların, hərbi əsirlərin axtarışı üzrə beynəlxalq qrupun keçmiş koordinatoru Əvəz Həsənov da qeyd etmişdir ki, cəsədin geri qaytarılmaması Cenevrə konvensiyalarına ziddir. Azərbaycan hökuməti məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinə müraciət etmişdir. Burada şöbə müdiri olmuş İlahə Hüseynova bildirmişdir ki, onlar bu müraciəti İrəvan şəhərində yerləşən nümayəndəlik vasitəsilə Ermənistan hökumətinə çatdırmışdır. Komitənin Bakı nümayəndəliyi Mübariz İbrahimova aid olduğu iddia olunan şəkillərin internetdə yayılması haqqında məlumatı həm Cenevrədəki qərargaha, həm də İrəvandakı nümayəndəliyə çatdırmışdır. Azərbaycanlı politoloq Fariz İsmayılzadəyə görə, baş vermiş gərginlik müharibəyə gətirib çıxara biləcək səviyyədə idi.[23]
Qafqaz müsəlmanlarının XII Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill vasitəsilə Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginə müraciət edərək, bu işdə yardım etməsini xahiş etmişdir.[24] Sentyabrda II Qaregin Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüşdür. Bəzi politoloqlar və siyasətçilər hesab etmişdir ki, katolikos bu məsələdə yanlış adama müraciət etmişdi. Onlar iddia edirlər ki, II Qaregin Sarkisyanın əvəzinə Qondarma DQR-nin ovaxtkı prezidenti Bako Saakyana müraciət etməli idi. Ermənistanın müxalif İrs Partiyasının parlament fraksiyasının lideri Stepan Səfəryan bildirmişdir: "Ermənistan tərəfi heç olmasa başa düşməlidir ki, bu məsələ Ermənistan rəsmilərinə deyil, Dağlıq Qarabağın hakimiyyət orqanlarına ünvanlanmalıdır".[15]
Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi.
4 avqustda Biləsuvarda əksəriyyəti ağdamlı olan onlarla məcburi köçkün və Birinci Qarabağ müharibəsi veteranı Ermənistan hakimiyyətindən Mübariz İbrahimovun cəsədinin qaytarılmasını tələbi ilə aksiya keçirmişdir. Aksiyanı rayon sakinləri öz təşəbbüsləri ilə başlamışdılar. İştirakçılar 15–20 yüngül avtomobil və bir böyük avtobusla hərəkət edirdilər, əllərində Azərbaycan bayraqları, İbrahimovun fotoşəkilləri və üzərində "Hamımız Mübarizik!" yazılmış plakatlar qaldırmışdılar.
Mübariz İbrahimovun cəsədinin Ermənistanın girovluğunda olan dövrdə onunla bağlı çoxlu dezinformasiyalar yayılmışdır. Hüquq müdafiəçisi Əvəz Həsənova görə, həm Azərbaycan, həm də Ermənistan vəziyyətdən təbliğat üçün istifadə etməyə çalışmışdı. O demişdir ki, "Ermənistan mətbuatında Azərbaycanda hərbi ritorikanın güclənməsi" həmişə işıqlandırılırdı və "Azərbaycanın atəşkəsi pozmaqla bu ritorikanı gücləndirməyə çalışdığı"nı deyirdilər. Odur ki, Həsənova görə "Ermənistan mətbuatı belə bir faktı dünya ictimaiyyətinə göstərməyə maraqlıydı". O bildirmişdir ki, bu, daha çox ermənilərə lazımlı bir məsələ idi, çünki beləliklə, onlar deyə bilərdilər ki, "Azərbaycan sülh danışıqları aparsa da, onun əsgəri bizim dörd döyüşçümüzü cəbhə xəttində öldürür". Əvəz Həsənova görə, Ermənistan bu faktdan beynəlxalq təbliğat, Azərbaycan isə daxili təbliğat üçün yararlanmışdır.
DƏFN
27 oktyabr 2010-cu ildə Rusiyanın Həştərxan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində birgə bəyannamə imzalanmışdır. Bu bəyannaməyə görə, hərbi əsirlər dəyişdirilməli, ölənlərin cəsədləri isə ləngimədən qarşı tərəfə verilməli idi. Sənədin icrasına 4 noyabrda başlanılmışdır.
Mübariz İbrahimov və 4 sentyabrda Tərtər rayonu istiqamətində Ermənistan hərbçiləri ilə döyüşdə şəhid olmuş baş leytenant Fərid Əhmədovun cəsədləri[29][30] 6 noyabrda Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, Dağlıq Qarabağ təmas xəttində, neytral zonada Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu prosesdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri də iştirak etmişdir. Eyni zamanda, Azərbaycan tərəfi cəbhə bölgəsində ölmüş, keçmiş Ağdərə rayonu Suqovuşan kənd sakini, 86 yaşlı Qavruşa Arustamyanın cəsədini Ermənistan tərəfinə qaytarmışdır.
Növbəti gün Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədləri saat 12-də morqdan götürülərək Təzəpir məscidinə aparılmışdır və cəsədlər orada dini adət-ənənə ilə dəfnə hazırlanmışdır. Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyindən məscidə kimi cənazələri izdiham və müvafiq dövlət qurumlarının nümayəndələri, Dövlət Yol Polisinin avtomobilləri müşayiət etmişdir. Cənazələri Təzəpir məscidində şeyxülislam Allahşükür Paşazadə qarşılamışdır. Bundan sonra hər iki hərbçinin cəsədi Azərbaycan Müdafiə Nazirliyinə aparılmışdır və orada vida mərasimi keçirilmişdir. Mərasimdə hərbçilərlə yanaşı, xeyli sayda mülki şəxs də iştirak etmişdir.
Mübariz İbrahimov və Fərid Əhmədov 7 noyabrda Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda təntənəli şəkildə dəfn edilmişdir. Dəfn mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev iki şəhidin xatirəsini ehtiramla yad etmiş və Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli ilə bağlı təhdidlərini təkrarlamışdır. Onun sözlərinə görə, Azərbaycan "hər an hərbi yolla ölkənin ərazi bütövlüyünü bərpa edə bilər". O həmçinin, burada Ermənistanı "tarixi Azərbaycan torpaqları" adlandırmışdır.
11 noyabrda Təzəpir məscidində İlham Əliyevin adından Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir. Mərasimdə hərbçilərin valideynləri, yaxınları, qohumları, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Daxili İşlər, Müdafiə nazirliklərinin rəhbərliyi və şəxsi heyətləri, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.