XANKƏNDİ İDMAN KLUBU FƏALİYYƏTƏ BAŞLADI

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi -Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatıdır.


Kikboksinq — idmanı müxtəlif texnikaların birləşdiyi müdafiə idmanıdır. Tamamilə fərqli olan 2 idman növünün-Karate və Muay Tay idman növlərinin birləşməsindən əmələ gələn gücə və texniki biliyə əsaslanan idmandır. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur. Bu idman təkcə hücum üçün deyil eyni zamanda müdafiə üçündür. Təpik və yumruq eyni vaxtda işləndiyi üçün xüsusi əlcək, kask və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir.

Radiofm.az hər zaman idmançılarımız haqqında düzgün informasiyanı və əldə elədiyi uğurları haqqında yazmaqdadır. Bizim idmançılarımız bilirik ki, Azərbaycanın bayrağını bütün ölkələrdə dalğalanması üçün əllərindən gələni eləməkdən yorulmurlar. Sözün əsl mənasında həzz alırlar. Və gənclərimizi, körpələrimizi müxtəlif peşakar idman növləriylə məşğul olmağa dəvət edirlər.

2020- ci ildə Ali Baş Komandanın siyasəti və Rəşadətli ordumuzun gücü naminə torpaqlarımız düşmən tapdağından azad edildi. Uzun illər keçsədə bu sevinci bizlərə yaşatdıran şəhidlərimizə və onların ailələrinə, qazilərimizə, veteranlarımıza borcluyuq. Şəhidlərimizin qanı bahasına və qazilərimizin, veteranlarımızın canı bahasına alınan torpaqların hər qarışında onların qanı var. Şəhidlərimizin səpələndiyi qanlarının yerinin hər mislinə indi güllər , çiçəklər bitir. Qayıdan torpaqlarımızdan qayıtmayan igidlərimizi bir millət olaraq hər zaman xatırlamalı ruhuna Fatuhə oxumalıyıq. Çox şükür bu qara yazı alnımızdan silindi. Artıq başımız dik gəzirik. İgidərimiz Azərbaycanı bütün dünyada tanıtdı.

Bu gün bilirsiniz ki, ölkədə idmana dövlət səviyyəsində böyük diqqət var. Prezident İlham Əliyevin idmana olan qayğısı və diqqətini hər zaman hiss edirik. Qazanılan bütün uğurlara görə federasiyanın keçmiş fəxri prezidenti, hal -hazırda Suraxanı rayonunun icra başcısı olan Adil Əliyevin Azərbaycan Kikboksinq Federasiyasının inkişafında böyük xidməti var. Adil Əliyev hər zaman şəhid ailərinin yanında olub. Qazi və veteranlara maddi və mənəvi dəsdək olub və hər zaman şəhid evladlarına xüsusi diqqət, qayğı göstərməkdədir. Onun təşkilatçılığı ilə federasiya böyük uğurlara imza atıb. Bu gün onun qoyduğu missiyanı Orxan Əliyev davam etdirilir. Orxan Əliyev yarışlardan öncə idmançılarımmızla görüşür onların uğurla qayıdacaqlarını inandığını söyləyir. Hər zaman idmançılarımıza dəsdək olur.

Bu gün alınan torpaqlarımız da fabriklər, sexlər, məktəblər, baxçalar və idman klubları fəaliyyət göstərir. O cümlədən də Azərbaycan Kikboksinq Fedarasiyası Xankəndi İdman Klubu da artıq Xankəndində öz yurdunda, doğma diyarda fəaliyyət göstərəcək. Bu sevindirci və qürurverici bir haldır. Qeyd edim ki, Xankəndi İdman Klubu Bakı şəhərində fəaliyyət göstərir. Klubun fəaliyyət göstərməsin də Azərbaycan Kikboksinq Fedarasiyasının Fəxri Prezidenti Suraxanı rayonunun icra başçısı Adil Əliyevin tapşırığı ilə yaranmışdır. Xankəndi İdman Klububun drektoru Ehram Məcidov, baş məşqçi Əli Cəfərov və klubub məşqçi Xəyal Nəcəflidir.

Biz hər zaman idmançılarımıza getdiyi yolda, qatıldığı yarışda qalib gələcəyinə inamışıq. Yenə də inanırıq ki Xankəndin də açılan Xankəndi idman klubunda peşakar idmançılarımız yetişdiriləcək və dünyanın müxtəlif ölkələrində bayrağımızı dalğalandırılacaq. Orxan Əliyevin dediyi kimi "Kikboksçular yarışlardan yüksək əyarlı medallarla qayıdacaq"

Bizdə Radiofm.ailəsi adından klubun açılışında əməyi keçən hər kəsə təşəkkürlüyümüzü bildirirk.
QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər