Tarixi gün: Xankəndidə “Qarabağ”-MOİK oyunu


Bu gün gecə saatlarında Bakının Koroğlu m/st. Piramidanın yanından Xankəndinə gedəcək nəqliyyatlar artıq yola düşdü. Bildiyimiz kimi bu gün tarixi bir gündü. Bu bizim sevincimizdi. Burda qazilər, şəhid övladları, azərkeşlər və media işçiləri də görmək mümkündü. Təbiiki diqqətimi çəkən və dəvət aldığım bir komanda ilə bu yolu gedəcəyik. Bu komanda idman könüllüləri və azərkeşlərdən ibarət olan "Atanur" un və Elnurun təşkil etdiyi əvvəlki "Sektur11", indiki "Göyqurdlar" komandasıdır.

Azərkeşlər yarışlara xüsusi maraq qatır. Onların məqsədləri həqiqətəndə Qarabağ komandasının motavasiyasını yüksək səviyyədə olmasını nəzərə alırlar. Onu da qeyd edim ki,İKA üzvü Atanurun və Elnurun komandasının təşkilatının xüsusi diqqəti də öz sözünü deyirdi. Uzun yol qət etdikdən sonra nəhayət çatdıq. Hər şey öz qaydasında idi.
Oyun başlamazdan əvvəl Zülfiyə Xanbabayevanın Azərbaycan mahnısı insanda bir qürur hissi yaratdı. Bu torpaqda "qurban olum Azərbaycan, bu müqəddəs torpağına" sözlərini musiqiylə eşitmək nə qədərdə ürək açan bir hisslərdi...

“Radiofm.az” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlət başçısı bildirib: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq”.
Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasındakı oyun başlamasına az qaldı...

“Radiofm.az” xəbər verir ki, Dövlət başçısı stadiona xanımı Mehriban Əliyeva ilə birgə gəldi.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan əvvəl Prezident İlham Əliyev çıxış edib.


Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!


Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

Prezident İlham Əliyev oyunöncəsi çıxışı zamanı stadionda qarşılaşmanı izləyənlər arasında şəhid ailə üzvlərinin də olduğunu bildirib. Daha sonra Ali Baş Komandan şəhid anası ilə görüşüb.

Prezident İlham Əliyev qarşılaşmanı şəhid övladları ilə birgə izləyir.



Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdü.



Bu gördüyünüz gözəl qız Gülarə İsmayılova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Azərbaycanın istedadlı gənclərindəndir. İKA üzvü Atanurun təşkil etdiyi komandasının üzvüdür. Futbol azarkeşlərinin könüllüləri arasında xüsusi hörməti olan bir xoreoqrafiyaçıdır. Hər yarışda bir azərkeş olaraq bütün həvəslə xoreoqrafiyanı çəkərək təqdim edir.
Əvvəlki oyunda çəkdiyi xoreoqrafiyanı sizə təqdim edirik.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər