QAZİ ORXAN QULİYEV VƏFAT EDİB.

QAZİ  ORXAN  QULİYEV VƏFAT  EDİB.

Vətən müharibəsi zamanı canını torpağa həsr edən igidlərimizdən birinidə bugün torpaq möhkəm qucaqladı. Bu qucaqlamaların sayı nədənsə çoxalır.
Torpağın gözü doymur deyirlər, deyəsən həqiqətən söz yerini tutur.
Bir zamanlar Orxana zəng edib səni çəkilişə gəlmək istədiyimi söyləyəndə əsla olmaz demişdi. Halbu ki yanımda böyüyən o balaca qara oğlanın sözümü yerə salacağını heç düşünməməmişdim. Təbiiki məcburiyyət deyə bir hiss yoxdur. Çəkilişlərdə çox qaçardı. Halbuki biz onun tanınmasını daha çox isdəyirdik. Orxanının ailəsinin illərdi tanıyıram. Orxanda bir çox şəhidlər kimi kasıb ailədə doğulub. Orxan Vətən müharibəsində ayağını itirın oğullar siyahısında idi. O da arzusu ürəyində qalan, yarım qalan oğullardan idi. Ağrılarını ailəsinə bəzən gizlətsədə, bəzən hiss elətdirə bildi. Bəlkədə bu dediyim ağır cümlə olacaq lakin dediyim odur ki, ağrılardan canı qurtardı. Dünən gecə saatlarda Orxanın haqqın dünyasına getdiyini duyduq. Bu qədər ağır bir xəbər olsada ailəsinə həm xalqımın adından həmdə "Radiofm.az" ın ailəsi adından səbr diləyirəm. Orxan bu torpağın igidlərindəndi. Kimsə səni unutmayacaq, yerin cənnət olsun Orxan!

Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, döyüşdə qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat edilib, sağalaraq 14 gündən sonra yenidən döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu il aprelin 18-də Milli Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib.

Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər