"ÖMRÜMÜN KÖÇ GÜNLÜYÜ" ƏNTİQƏ RƏŞİD


Bu ilin 19 noyabrı   kitabsevərlər üçün əhəmiyyətli gün kimi yadda qaldı. Beləki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbayel rayon şöbəsində tanınmış jurnalist  Əntiqə Rəşidin  "Ömrümün köç günlüyü" adlı kitabının təqdimat mərasimi keçirildi.


 Dövri mətbuatda ardıcıl olaraq aktual problemlərlə, cəsarətli çıxışlarla, yazılarının məğzini  maraqlı baxış və düşüncələrlə rəngarəng edən, satirik və yumoristik  çalarlarla fikrini oxucuya çatdıran,  axıcı yazı üslubu ilə özünə oxucu kütləsi qazanmış yazarı həm də  Vətənini sevən biri kimi yaxından tanıdığım üçün bu tədbirdə iştirakım vacib idi və özümü tədbirə çatdırdım!

Demək olar ki, qiyabi- əyani tanıdıqlarımın bir çoxu burada idi. Təqdimat mərasimi şəhidlərimizi bir dəqiqəlik yad etməklə, himnimizi canlı oxumaqla başladı. Yeri gəlmişkən, himnimizin canlı oxunması bir ayrı abu-hava yaratdı. Son  bənddə 3 dəfə "Azərbaycan" deyiləndəhamının üzündən-gözündən bir qürur hissi yağırdı!


Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimi Birliyinin sədri, müharibə veteranı Rada Abbas tədbiri açıq elan etdikdən sonra yeni çapdan çıxmış "Ömrümün köç günlüyü" kitab haqqında məlumat vermək üçün sözü müəllifə verdi. Ə.Rəşid bildirdi ki, 1993-cü ildən köçkün olaraq , bir qarabağlı kimi həyatımızın ən çətin, sınaq illərini yaşadıq:"O illərdə  bir yazar olaraq, soydaşlarımın həyatından, işğalda qalan torpaqlarımızın bərəkətində, təiətinin gözəlliyindən, adət-ənənələrimizdən, şəhidlərimizdən, qazilərimizdən , yurddan uzaqda keçirdiyimiz günlərin ağrı-acısından  kifayət qədər məqalələr yazmışdım. Həmin əsərlərimi oxuyanlar , bunları kitab şəkilində ortaya qoymağı məsləhət edirdilər. Kitabımda hansı janrda istəsəniz yazı tapa  bilərsiniz: Müsahibə, reportaj, esse, araşdırma, səfər xatirələri, hətta bədii əsərlərimdən də kitaba daxil etmişəm. Oxucularım üçün maraqlı olacağına əminəm"

Söz bu dəfə tədbir iştirakçılarına verildi. Yeri gəlmişkən, tədbir o qədər səmimi ortama düşmüşdü ki, artıq hamı bir ailənin övladları qədər bir-birinə doğma, mehriban münasibət göstərirdilər. Sözün açığı, səmimiyyətnə, sadəliyinə  bələd olduğum Əntiqə xanımın  tədbiri də eyni səmimiyyət və sadəliyi özündə əks etdirirdi. Bu cəsarətli, sözü üzə dik deyən xanımın ilk dəfə bax, elə bu məclisdə bir xüsusiyyətinə də bələd oldum. Onun işığına yığışanlar, onun xarakterinə, yanğı ilə yazdığı məqalələrə xoş münasibət bildirən dostlarının sözlərini utancaqlıqla dinləyir, başını aşağa dikərək, xəfifcə qızararaq təşəkkür edirdi.

 Xüsusən, sosial şəbəkədən yazarın məqalələri ilə tanış olub,  oxuyub, bəyənib, problemləri müzakirə edən, fikir bildirən Ağdamda hamının "mühəndis İlham" kimi tanıdığı İlham  Novruzovun çıxışı hamını mütəəssir etdi:"  Əntiqə xanımın hansı yazısını oxuyursan oxu, orda bir yanğı görəcəksən! Onun yazdığı məqalədə onun yanan ürəyi var, vətənə, xalqa, el-obaya, şəhidə, qaziyə, yurdun lap, çınqılına-daşına yanır. Onunlailk dəfə  bir şəhidin dəfn mərasimində tanş oldum. Belə məclislərdə o yanğı artıq  yanaqlarından süzülürdü. Mikayıl Müşviqin dediyi kimi, gözdən yaş çıxarmı ürək yanmasa.. Bax mən hər yazarda, hər jurnalistdə görmədiyim o yanğını Əntiqə Rəşidin yazılarındada  xarakterində də kəşf etdim və elə o gündən oxucusuyam!"

Araşdırmaçı jurnalist Orxan Zakirolu isə qeyd etdi ki, Əntiqə qazilərimiz, şəhidlərimiz  haqqında ətraflı, dəqiq publisistik  məqalələr yazan azsayda  jurnalistlərlərdən biridir: "Demək olar ki, Əntiqə hansı şəhiddən, qazidən yazırsa, o obrazları oxucunun beyninə həkk edir. Bir-birindən fərqli həyat hekayəsi olan insanların dərdini, kədərini, ağrı-acısını, sevincini yaşaya-yaşaya yazır. Onun bir şəhid haqqında yazısı vardı. Bayram Həmidov.  Əntiqənin təqdimatında o şəhidin həyat hekayəsi  kino lenti kimi gözümün qarşısında canlandı. Sanki bir bədii filmə baxırdım. Mən o yazını neçə dəfə oxudumsa,
elə bir o qədərdə göz yaşlarına boğuldum. Yazarın bədii təsvir gücü  çox möhtəşəmdir"

Aparıcı - Radə xanım  2020-ci ildə 44 günlük Vətən müharibəsi dönəmində  Əntiqə Rəşidi yeganə qadın jurnalist olaraq mərmi yağışı altında Qarabağ bölgəsində reportajlar hazırladığını da dilə gətirdi:" Azyaşlı  oğlunu və yaşlı anasını Qarabağ savaşı uğrunda yarımcan olan qazi  həyat yoldaşına- İsmayıl Novruzova  əmanət edib cəbhəyə gedib. Görün , bu qız Vətənə nə qədər vurgun bir insandır ki, nə özünün ölməsi , nə də  həyatları ondan asılı olan anasının, oğlunun, həyat yoldaşının  başsız , qalması umrunda olub. Çoxu yaxşı yazar ola bilər, çoxumuz kifayət qədər peşəkar jurnalist tanıyırıq. Amma Əntiqə kimi vətəni şəxsi həyatından, ailəsindən çox sevən ikinci bir qadın jurnalist görmədim"

Səmimi məcrası ilə davam edən tədbirdə hamı söz demək istəyir,. Amma bir də tədbirə gəlmək istəyib də gələ bilməyənlərin təbrikini yazara çatdırmaq missiyam var. Qarabağ qazisi, hazırda gəmidə işləyənvə uzaq səfərdə olan  Gülpəri Əhmədovanın  qucaq dolusu salam və təbrikini  oxucusundan müəllifinə daşıya bildim.

 Bu arada Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin Ekologiya kafedrasının dosenti Dürdanə Şirinova söhbətində isə ürəyimizdən keçənləri dedi:" Əntiqə xanımı sosial şəbəkədən, məqalələrindən tanıdım dedi. Onun yazılarında nədənsə özümü, çılğınlığımı gördüm. 16 yaşımdan Bakıda yaşayıram. 50 ildir. Deyirlər ki, insan harda ömrünün çox hissəsini yaşayırsa, elə oralı sayılır. Amma mən bu 50 ildə Bakılı ola bilmədim . Elə hey Ağdamlı olaraq qaldım. Əntiqənin bütünyazılarında , xüsusən  Yaylağ köçlərlə bağlı povestini oxuyanda  o, balaca vaxtı yaşadığım o həyatı yenidən yaşadım.Çünki atam uzun illər fermada müdiri işləyib. Biz o yaylağa köç həyatını yaşamışıq. Ümumiyyətlə, mənim yazmaq istədiyim, amma yaza bilmədiyim hər şeyi  Əntiqə xanım yazırdı. Əntiqə xanım yazılarında mən nələri gördüm.... Əntiqə xanımın başdan- ayağa bir Vətəndir! Biri var insan həyata gəlir özü üçün yaşayır. Biri də var ki, kimlər üçünsə yaşayır. Vətən üçün yaşayır. Əntiqə xanım məhs Vətən üçün yaşayanlardandı. Son vaxtların siyasi araşdırmlar haqqında yazdığı çox xoşuna gəldiyini söylədi. Hər bir jurnalist köklü araşdırmalar apara bilmir ancaq Əntiqə xanım bunu xüsusi araşdırır və faktlarla yazır. Bunu görməmək mümkin deyil".  ,

Dürdanə xanım qiymətli fikirlərini yekunlaşdırandan sonra fizika-riyaziyyat elmlər Doktoru, professor Adalat Kerimov ,  İtkin şəhidi Abbas Behbudovun bacısı, Qarabag Itkin Aileleri IB sədri Könül Behbudovanın Qazi Seymur Ismayilov , Sərxan Mehdiyev, mayor Bakir Abdullayev, ictimai fəal Nəzakət Məmmədova, tanınmış jurnalistlər  Rövşən Kəbirli, Zəminə Cavadlı, Könül İsayeva, həkim- terapevt Lətifə Mikayilova,   bir sözlə, bütün iştirakçılar , Əntiqə Rəşid yaradıcılığının vurğunlarının hamısı öz səmimi ürək sözlərini söylədilər. 



Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov isə çıxışında daha fərqli bir fikrə imza atdı:" Sənin varın yox, dövlətin yox! Amma sənin var-dövlətdən də ağır, sanballı namusun var , qeyrətin var, əqidən var, bax buna görə, səni doğmam qədər çox isdəyirəm!Xətrin mənə əzizdir. 

 Publisist -yazar  Sevda Səfərli  bir neçə kitabın müəllifidir. Bir kitabın yazılmasında nə qədər əziyyət çəkilir,  onu bilir:" Cəsarətli, inadkar, mərd jurnalistimiz! Eyni zamanda səmimi , Vətən dərdini ürəyində gəzdirən, çiyinlərində daşıyan kövrək, Vətən nisgilli və özünüzün yazdığınız kimi " bu dərdi gözlərinin didəsində saxlayan" Əntiqə xanım. Yenə də, hörmətli Aqil Abbasın kitabınızı ön sözündə yazdıqlarını xatırlatmaq istərdim: 44 günlük müharibədə " təkər daşıdı, şpal daşıdı, səngər qazdı. Döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə...OD PARÇASIDI, "dəyirmanın gözünə ölü salsan, diri çıxar. TANRI ona istedad da verib, cəsarət də... Yurd yuvası dağılıb, əzizləri şəhid olub, gəncliyini itirib. Bir xoş gün görməyib bu dünyada.. XOŞBƏXTLİYİ üç şeydə görür: ailəsində, azad olunmuş Ağdamında, və bir də yazmaqda" Mən Sizə elə bu üç xoşbəxtliyi arzulayıram, əziz bacım. AİLƏ xoşbəxtliyi, AĞDAMLI günlər, YAZIB-YARATMAQ!!!"
Qazi İsmayıl Novruzovla mini-müsahibə yerinə düşdü

Əlimə fürsət düşmüşkən, vaxtı ilə müsahibim olmuş Əntiqə Rəşidin həyat yoldaşı, Qarabağ qazisi  İsmayıl Novruzovla da ayaqüstü bir müsahibə götürməyi qətiləşdirirəm. İsmayıl bəy Bakılıdır. 1992-ci ildə Ukraynada əsgəri xidməti zamanı Xocalı faciəsiniteleviziyadan eşidib  və xidmətini  yarımçıq qoyub Azərbaycana gəlib.Vağzaldan birbaşa hərbi komisarlığa gedib. Döyüşə getmək istəyini bildirib.Sədərək rayonunda kəşfiyyat qrupunun komandiri kimi   döyüşlərə qatılıb. Bir dəfə qrupu ilə ( 3 nəfər) kəşfiyyata gedərkən neytral zonada erməni diversantlarla qarşılaşırlar. Atışma düşür və minalı zonadan keçmək istərkən minaya düşürlər. Bir kəşfiyyatı həlak olur 2-si isə yaralanır. İsmayıl bəyi isə ölümcül xəstəxanaya çatdırırlar. Özü demiş, taleyində şəhid olmaq yox imiş deyə həkimlərin sayəsində sağalır , amma 2-qrup əlil kimi xidmətə qayıda bilmir. 

-İsmayıl bəy,  Əntiqə xanımın həyat yoldaşı olmaq sizə çətin deyil  ki? Azad fikirli, sözü üzə dik deyən, dediyindən dönməyən, eyni zamanda heç kimdən qorxmaması, çəkinməməsi  aildə problem yaratmır ki? 

-Əsla!  O çox fədakar insandı. Mənimlə ailə qurmağa da mənə aşiq olmağına görə yox, sırf Qarabağ əlili olduğuma görə  razılıq verdi. Bəlkə də o həyatımda olmasaydı mən ruh düşkünlüyü, can ağrısı, brokratik əngəllərlə baş edə bilməzdim. Çoxdan həyatıma son verərdim. Təsəlliyə, dəstəyə ehtiyacım olanda dostum oldu, "pristuplarım" tutanda ana kimi, baçı kimi çarpayımın qarşısından çəkilmədi. Səhərə qədər başımın üstündə  "qaraul" çəkdi. Həkimə apardı, iynələrimi vurdu, yeməyin yağlı, dadlı hissəsini mənim qarşıma qoyurdu. Ana kimi! Hələ bir dəfə:  gözümün üstündə qəlpə vardı, gözümün qapağın ağırlıq edirdi. Göz qapağım gözümün qarşısını kəsirdi, görə bilmirdim. Ən yaxşı həkim tapdı, əməliyyat etdirdi, bir ay qulluq etdi, tam sağaltdı məni. Mən onun fədakarlığından kövrələndə, deyirdi ki, mən ərə qulluq eliyəsi adam deyiləm e, sadəcə sən Qarabağ qazisisən, sənə qulluq etmək, elə vətənə qulluq etməkdir!  

- Vətən müharibəsi başlayanda dedi ki, "gedirəm". Müharibə görmüş adamsınız, bilirsiniz ki, orada hər dəqiqə , hər hadisə ola bilər. İraq olsun, Əntiqə xanım orada həlak olada bilər. Bəs niyə icazə verdniz o getdi? 

-  Düz 7 il Əntiqə xanımın arxasınca gəzmişəm. 14 ildir də bir yerdəyik. Xasiyyətin əlimin içi kimi bilirəm. "Getmə" desəm də,  gedəcəkdi.  Ümumiyyətlə, anası ona ağlaya-ağlaya yalvarandaki, qızım ora qadın yeri deyil getmə, heç anasını dinləmədi. Mən bilirəm ki, Qarabağ adı olan yerdən Əntiqəni heç bir qüvvə saxlaya bilməz. Ona görə, dedim getmək istəyirsən get!  Mən özüm müharibəyə Ukraynadan gəlmişəm.Bilirəm, insan  can atır ki,  Vətənin darda olduğu an əlindən gələni eləsin.

- Əntiqə xanım ev işlərini , kulinariyanı bacarırmı? Sualımı səhv anlamayın, sadəcə özünüzdə gördünüz ki hamı "qaqa" deyə müraciət edirdi.

- Çox əla. Həm xanım kimi həm dost kimi, həm ana kimi, mən çox razıyam. Yeməyinidə özü bişirir, qabınıda özü yuyur. Ev işlərini bəli özü görür. Dedim axı fədakardır. Qəzetin yazılarını saat 6-7 radələrinə qədər işləyir . O tək jurnalist deyil ki...Həm evinin qadınıdır, anadır. Ondan sonra evin nə işi var görür.  Bəzən gecə saatlarına qədər, yuxusuna haram qatır, amma evin, pal-paltarın təmizliyini axsatmır.Evdə evinin xanımı yox qulluqçusudur. 

İsmayıl bəylə sağollaşıb, tədbirimizin yenkununa  yaxınməqaləmə  bir neçə cümlə də əlavə edirəm .


Əntiqə xanımın  sosial şəbəkədən tanıdığı və illərdi dosluğunu davam elədiyi "ruh əkizim" dediyi bir dostu var:Kəklik İsmayılova. Baxırsan simasına Əntiqə xanım qədər sevincli olduğunu duyursan. Tədbirə gətirdiyi tortuyla sanki məclisə əlavə bir şirinlik qatıb. Bəli, əslində hamımız Əntiqə Rəşidin üzündəki - gözündəki sevincdən  pay götürmüşdük... İşığa yığışan pərvanələr kimi... 
[center]

Sonda Əntiqə xanıma xoşbəxliyiniz, fədakarlığınız, sevinciniz, sevginiz, işığınız davamlı olsun, deyirəm. Hər zaman uğur olsun! Pərvanələriniz işığınıza yığışsın!

[/center]

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər