ZƏFƏR ABDÜRRƏHMANOV MMA DÖYÜŞÇÜSÜ


"Radifm.az" bu gün ki yazısın da Quba rayonun Aşağı Atuc kəndindən olan MMA döyüşçüsü Zəfər Abdürrəhmanov haqqında yazır.
16 ildən çoxdur idmanın müxtəlif növləri ilə məşğul olan 23 yaşlı Zəfər bu günə qədər dünyanın bir çox ölkəsində keçirilən yarışlarda adını birincilər sırasına yazdırmağı bacarıb.

2023- cü il Azərbaycanın “ASED FC” liqasının və “Əhməd” klubunun MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirib.
Təmsilçimiz aprelin 29-da Tbilisidə “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyasında Ermənistan idmançısı Narek Qalstyan ilə qarşılaşıb. Onun rəqibi erməni döyüşçüsü Naker Qalstyanı elə birinci raundda məğlub etmişdi. Zəfərin niyyəti şəhidlərimizin ruhuna görə yarışın 44-cü saniyəsində və yaxud 44-cü dəqiqəsində qalibliyi əldə etmək olsa da yarışın 37- ci saniyəsin də erməni rəqibinə ardıcıl qüvvətli zərbələr endirərək məğlub etməyi bacarır. Və bununla MMA turnirlərində 3- cü zəfərini əldə edir.

Vətənə qayıdan idmançımız təntənəli qarşılanıb. Qubalılar da həmyerlisini təntənəli qarşılayıb.



Zəfər Abdürrəhmanov “AFC-13” turnirində son döyüşündə qələbə qazanaraq bu görüşdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.


Qeyd edək ki, MMA turnirlərində 3-cü qələbəsini əldə edən Zəfər Abdürrəhmanov daha əvvəl “IFC” liqasında mübarizə aparıb. O, karyerası ərzində cəmi bir dəfə məğlub olub.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər