AZƏRBAYCAN QƏHRAMANLAR DİYARI FLORA KƏRİMOVA


"RADİOFM.az" AZƏRBAYCANIN İLK DÖYÜŞÇÜ QADINI VƏ AZƏRBAYCANIN İLK SÜRÜCÜ QADINI OLAN FLORA KƏRİMOVADAN YAZIR.
Flora Kərimova:

Kərimova Flora Ələkbər qızı (23 iyul 1941, Qutqaşen rayonu) — Azərbaycanın məşhur estrada, muğam və opera müğənisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1992) Milli Azadlıq Hərəkatı fəalı, görkəmli ictimai xadim. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, Xocalı şəhərinin Fəxri Vətəndaşı, Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı-nın fəxri üzvü.

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Əslən anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.

Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnmişdir. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir.


Flora Kərimova 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini sındırıb Qarabağa torpaq iddiası qaıdırıb Azərbaycan torpaqlarına qarşı hücuma keçən zaman Bakıda Azadlıq Meydanında etirazını bildirən ilk qadın döyüşçü olmuşdur. Daha sonra Flora Kərimova 1989–1992-ci il Azərbaycan Azadlıq Meydan Hərakatının ən fəal aktivistlərindən birinə çevrildi. Azərbaycan Respublikasının Müstəqilliyinin əldə olunması və İstiqlaliyyətinin bərqərar olunmasında Flora Kərimovanın əvəzsiz və xüsusi xidmətləri olmuşdur.

Flora Kərimova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus Sovet Ordusunun hücumları ərəfəsində küçələrə çıxaraq öz etirazını qorxmaz şəkildə ifadə etmişdir. Həmin vaxt Flarmoniyanın yanında toplaşan kütləyə rus sovet tanklarından biri qəflətən sürmüş hər kəs qaçaraq ətrafa səpələnmişdir, təkcə bir qadından başqa, kimki qollarını açaraq tankin düz önündə dayanmışdı və O Flora Kərimova idi. Bu cəsarətli hərəkəti ilə Flora Kərimova tankı durdurmuş və ikinci dəfə şəhərə daxil olmasının qarşısını almışdır.

Azərbaycan SSR əməkdar artisti (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар артисти) — 28 iyul 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan SSR-də incəsənətin teatr, kino və musiqi sahələrində fərqlənən incəsənət xadimlərinə verilirdi.

Repertuarında Azərbaycan bəstəkarlarının əksəriyyətinin (Tofiq Quliyev, Şəfiqə Axundova, Taleh Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Arif Məlikov, Tofiq Əhmədov (musiqiçi), Süleyman Ələsgərov (bəstəkar), Rauf Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Elza İbrahimova, İbrahim Topçubaşov, Vasif Adıgözəlov, Mobil Babayev, Hacı Xanməmmədov, Ramiz Mirişli, Aydın Əzim Kərimoğlu, Xəyyam Mirzəzadə, Qəmbər Hüseynli, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Telman Hacıyev (bəstəkar), Ələkbər Tağıyev, İbrahim Mirzəzadə, Nəriman Əzimov, Nadir Əzimov, Nəriman Məmmədov (bəstəkar), Ağabacı Rzayeva, İsrail Kərimov, Eldar Mansurov, Elçin İmanov, Faiq Sücəddinov, Əli Səlimi, Siyavuş Kərimi, Tahir Əkbər, Ruhəngiz Qasımova, Cavanşir Quliyev, Sevda İbrahimova, Hökümə Nəcəfova, Sevda İbrahimova, Sevinc Qasımova, Ətiqə Ələkbərova, Adil Bəbirov, Nazim Qəmərlinski, Şəmsi Kərimov, Tamilla Məmmədzadə, Aygün Səmədzadə, Xanım İsmayılqızı, Göhər Həsəsnzadə və b.) mahnıları yer tutur

Tofiq Quliyev, Şəfiqə Axundova, Oqtay Kazımov, Emin Sabitoğlu, Elza İbrahimova kimi bəstəkarların mahnıları ən çox Flora Kərimovanın ifasındadır.

Şairlərdən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Nəbi Xəzri, Məmməd İsmayıl, Nigar Rəfibəyli, Zeynal Cabbarzadə, Əli Kərim, Mədinə Gülgün, Hüseyn Arif, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Baba Vəziroğlu, Vahid Əziz, Dəmir Gədəbəyli, Paşa Qəlbinur, Zivər Ağayeva, Rəfiq Zəka Xəndan, Firuz Dilənçi, Ramiz Heydər, Süleyman Rüstəm, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Tudə, Mirvarid Dilbazi, İlyas Tapdıq və digərlərinin şeirlərinə mahnılar oxumuşdur. F. Kərimovanın yaradıcılığında İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Aşıq Alı kimi klassiklərin əsərlərinədə yer ayrılıb.

Xalq şairləri Musa Yaqub ("Bənövşə ətirli səs", "Sənin zanbaq səsin" adlı şeyrləri), Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli Flora Kərimova sənətinə şeirlər, məqalələr həsr etmişlər.

1993-cü ildə Flora Xəlilzadənin F. Kərimova haqda yazdığı "Bənövşə ətirli səs" adlı kitabı cap olunmuşdur.

1993-cü ildə Əjdər Ol-un Flora Kərimovaya həsr etdiyi "Səsindən tanınan" (publisistika) əsəri çapdan çıxmışdır.

2008-ci ilde Yazıçı-publisist Mehriban Vəzirin müəllifi olduğu Azərbacan tarixində "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" kitabına düşmüş 500 qadından biri Flora Kərimov olmaqla kitab çap olununmuşdur.

Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993–1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olmuşdur. Hətta, Türkiyənin ən əsas musiqi təqdimat verilişində (İlin Mahnısı) qonaq olmuşdur. O verilişdə adətən Türkiyənin ən öndə olan sənətkarları çıxış edirdi və xaricilər verilişin qonağı olmurdu.

Fora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsi oğurlanıb. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən xalq artisti Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövləti sənətkara ümumən 59 min 100 avro təzminat ödəməlidir.

Mükafatları
1955-ci il Azərbaycanının gəncər festivalın qalibi
1957-ci il Ali Sovetin fərmani ilə mükafat
1989-cu il 17 May Azərbaycan SSR əməkdar artisti
1990-cı il "Odlar yurdu" Baki-90 Azərbaycan populyar musiqi festivalı larureatı
1992 noyabr 17 Azərbaycan Respublikasının xalq artisti
1994-cü il ABŞ-nin Sülh və Demokratiya İnstitutu tərəfindən İnsan hüquqları Müdafiəsi Departamentinin "Ən mübariz müğənni" və "İnsan haqlarının müdafiəçisi" baş mükafatını almışdır.
1995 sentyabr 29 Flora Kərimova "Dərviş Marafonu" Xocalı şəhərinin Fəxri Vətəndaşı adı verilib.
1996-cı il Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı-nin fəxri üzvü
2004-cü il Ümum Dünya Sülh Fedorasiyasinin üzvü
2010 sentyabr 9 "HOLLYWOOD SMILE IN BAKU-2010"
2015 Dekabrın 25 Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı Borçalı Cəmiyyətinin təşkil etdiyi "Türklüyə Xidmət Mükafatı"
2018 Dekabrın 26 Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Dünya azərbaycanlılarının həmrəyliyi günüə həsr edilmiş "Şəms Milli Mükafatı"
2018 Oktyabrın 18-də "Şərəfli Ömür" mükafatı
2019 Martın 4-də Flora Kərimovaya "Golden People Awards" milli mükafatı
2019-cu il 9 Dekabr Beynalxalq Humanistika İnstitutu İB-nin Sülh Səfiri
2021-ci il 5 iyul "Xarıbülbül" mükafatı
2021-ci il 31 iyul "Şərəf" ordeni
2021-ci il 31 iyul Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
2021-ci ile 1 dekabr " Simruq 2021" mükafatı


Çəkildiyi filmlər
Qanun naminə (film, 1968)
Toyda görüş (film, 1970)
Həyat bizi sınayır (film, 1972)
Yollar görüşəndə... (film, 1979)
Arşın mal alan (2002)
Qayınana (film, 2018)

İştirak etdiyi filmlər
Payız konserti (film, 1962)
Abşeron ritmləri (film, 1970)
Toyda görüş (film, 1970)
Konsert proqramı (film, 1971) (I)
Mahnı qanadlarında (film, 1972)
Payız melodiyaları (film, 1974)
Nəğməkar torpaq (film, 1981)


Qadağalar
Azərbaycan Sovet Sosialist Respublikasına gələn ilk türk müğənnisi Nəsrin Sipahi (iyun 1970-ci il) Prof. İbrahim Topçubaşovun səriştəsi sayəsində baş tutsa da, İ. Topcubaşovun qəfil vəfatı (1970-ci ilin fevral ayı) ona bu arzusunu görmək nəsib olmur. Səfər və konsert ərəfəsində Flora Kərimova ilə görüşür və qarşılığında türk dövlət tərəfindən Türkiyəyə dəvət olunan müğənilər siyahısında olan Flora Kərimovaya son anda səfərin baş tutmayacağını elan edirlər. Səbəbi isə açıqlanmır.
1970-ci ildə Tibb Universitetindəki təhsilini yarımçıq qoymalı olan Flora Kərimova, universitetin rektoru Bala Məcidovun işə qarışmasından sonra (1971-ci ildə) diplomunu ala bilmişdir.
Növbəti qadağa Sovet dövründə İrəvanda keçirilən konsertdəki insidentə görə almışdır. Belə ki, Sara Qədimovanın "Qarabağ şikəstəsi"-nə, sonra növbəti çıxışı olan Flora Kərimovanın konsertin proqramında nəzərdə tutulmuş türk mahnısı olan "Atlı karınca" adlı musiqini ifa olunmasına etiraz edilib. Bu etiraza baxmayan sənətkarlar adı çəkilən öncədən nəzərdə tutulan mahnıları ifa edirlər, lakin bu adımı türkçülüyün təbliği kimi qiymətləndirilərək Bakıya qayıtdıqdan sonra Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırılır.
Həmin il, Flora Kərimovanın səsini öz filimində (O qızı tapın (film, 1970) səsləndirə bilməyən rejissor Həsən Seyidbəyli, çıxış yolunu Flora xanımın səsinin guya radioda oxunan mahnı kimi istifadə edir. Titrlərdə adı getmir.
1971-ci ildə ifa etdiyi Oqtay Kazıminin "Bayatılar" ("Naçaram"), "Köçəri quşlar" mahsına görə təbiq olunur. KQB Flora Kərimovanın mahnının sözlərində ki, "Yarı vəfasız görsəm, baş götürüb qaçaram" və "Gəzməyə qürbət ölkə" ifadəsinə görə Flora xanımın həyat yoldaşının (Prof. İbrahim Topçubaşov) itirməsi ilə əlaqədar anonim yazılan məktublarda həyat yoldaşından qalan mirasa sahiblənəcəyi, fürsətindən istifadə edərək Azərbaycanı birdəfəlik tərk edəcəyini ehtiyatlanaraq Flora Kərimovaya nəinki efir, ümumiyyətlə SSR sərhəddini keçmək qadağası qoyulur.
1972-ci illərdə Flora Kərimovanın məşhurluğu pik səviyyəsinə çatır. Həmin illərdə yeni bəstəkarın musiqiləri və bununla yanaşı film, tamaşa və cizgi filmlərdə ifa etmişdir. Azərbaycandan müğənnilər arasından seçilərək tək Flora Kərimova Moskovaya dəvət edilmiş, Yuri Silantevin rəhbərliyi ilə Ümümitifaq SSRİ Estrada Cazz simfonik orkestri ilə mahnılar ifa etmişdir. Bu dövrdə Flora xanım mahnıları ona oxumaqdan məhrum edilərək qadağan edilmişdir. Səbəb isə Flora xanımın ifa zamanı emosionallığı, tələbli ifa tərzi idi.
1972-ci ildə Moskvada "Sütunlu zal" konsert zamanı və konsertdən sonra çəkilən musiqili film, foto sessiyada və səhnəyə ilk dəfə şalvar geyindiyinə görə almışdır.
Həmin il "Qaytar eşqimi" adlı mahnısına görə qadağa edilmişdir. Belə ki Azərbaycan Teleradionun bədii rəhbəri Flora xanımın musiqini sərt və tələbli ifadə obrazı sovet qadınına xas olmadığını və üsyankarlıqdan uzaq çəkingənlik, yalvarış lazımdır qeyd edərək mahnını arxivləşdirilərək F. Kərimovanı qadağaya salınmışdır. Kamil Rüstəmbəyov və Tofiq Məmmədovun rejisorlugu ilə Mahnı qanadlarında filminə daxil edildikdən sonra mahnı işıq üzü görür.
Həmin illərdə Bakıya gələn Ümumumittifaq Lenin Kominist Gəncləri Birliyinin birinci katibi Boris Pastuxov Flora Kərimovanın çıxışına biganə qalmayaraq 1973-cü ildə Berlində keçiriləcək "Dünya Tələbələr və Gənclər Festivalı"na dəvət edilir, lakin bu dəvətə bəhanələr uydurularaq geri çevrilir. Flora Kərimovaya isə SSR sərhədindən kənar heç yerə gedə bilməyəcəyini qeyri-rəsmi elan edilir.
1973-cü ildə səhnədə olan digər müğənnilər və sənət adamlarının, eləcə də Azərbaycan Sovet hakimiyyətinin vəzifəli şəxslərinin intriqa və istəklərinə əks münasibət bildirməsi ucbatından, boynuna qoyulan "Azərbaycandan qacmaq" ləkəsini və qadağanın məcburən götürülməsi məqsədi ilə müvəqqəti olaraq Polşaya köçməyə qərara alır. Polşada daimi yaşamaq üçün məcburi uydurlulmuş nikah bağlayaraq bir müddət onu davamlı narahat edən insanlar və məsələlərdən uzaqlaşmışdır, amma yenidən qısa zamanda "getdim və qayıtdım" mesajı ilə Bakıya qayıdıb musiqili tele-tamaşalarda iştirak edərək, filmlər üçün mahnılar ifa etmişdir.
1974-cü ildə Fikrət Qocanın öz qızına yazdığı şeirə Ramiz Mirişli "Günayım" ("şıltaq qız") mahnısını bəstələyir. Bu mahnını F. Kərimovaya həvalə olur. Mahnı çıxdığı gündən sevilsə də, "Bədiyi Şura"nın F. Kərimova yaradıcılığına daha "həssas" yanaşmaları mahnının sonundakı sənətkarın emossiyası "ay nə şıltaqdır Günayım" bəndini "tamaşaçılara dil çıxarır" kimi qələmə verərərək aylarla tele-radio efirindən uzaqlaşdırılıdı.
1975-ci ildə Bədii Şura, Flora Kərimovanın ifa etdiyi film və cizgi filmlərini nəzərdən keçirilərək titrlərindən (Şahzadə-qara qızıl (cizgi film, 1974), Pıspısa xanım və Siçan bəy (cizgi film, 1974), Qeyri-adi ov (film, 1974), Alma almaya bənzər (film, 1975), Mezozoy əhvalatı (film, 1976) adı silinmişdir.
Ən uzun sürən qadağa Flora Kərimovaya "Azərbaycan SSR xalq artisti" adının verilməsini üçün təklif olunan şərtlərə etirazından sonra olub. Təklif olunan ikinci bir Sovet Respublikasının "Ermənistanın xalq artisti" adından imtina etməsi F. Kərimovaya heç bir ad verilməməsi ilə cəzalandırılır. 1989-cu ildə Bəxtiyar Vahabzadə, Bayram Bayramov, İsmayıl Şıxlı, Süleyman Ələsgərov o dövrün Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirovun qəbuluna düşərək Flora Kərimovaya birbaşa xalq artisti adının verilməsini tələb etmişdilər. Ziyalıların Ə. Vəzirovun otağında uzun sürən mübahisəsindən sonra Ə. Vəzirov "əməkdar artist" adını verilməsinə icazə vermişdir.
Sovet dövründə ən son qadağa isə 1989–1991-ci ildə olmuşdur. Flora xanım həmin dövrdə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunması mübarizəsində gedən siyasi ictimai fəallardan biri idi. Azərbaycan Televiziya və Radio Milli Musiqi Fondunda Flora xanıma məxsus olan musiqi səs yazı lent və görüntülərin kart nömrələri və bəzi hallarda original lentlər yandırılmış, üzərinə başqa materiallar yazılaraq məhv edilmişdir. Fiyaletova adına səs yazma studiyasında olan səs yazıları, Cəfər Cabbarlı adına Film studiyasında Flora xanıma məxsus olan tele-tamaşa, kino, sənədli film və tarixi konsertlərdən ifaları montaj edilərək çıxarılmış və ya başqa müğənnilərin eyni adlı ifaları ilə əvəz edilmişdir. Sovet hakimiyyəti zamanı ad verilməkdən məhrum olunsun maddəsinə bəraət verilərək Prezident Əbülfəz Elçibəy tərəfindən Flora Kərimovanı Azərbaycan Demokratik Respublikasının ilk Xalq artisti (1992) adına layiq görülmüşdür.
Flora Kərimova 1994-cü ildə razılaşdırılan atəşkəs ilə heç vaxt barışmayıb. 1995-ci ildən etibarən Qarabağın faciəsinə öz narazılığını ciddi şəkildə ifadə etmiş o dövr hakimiyyətin siyasi fəaliyyətinə qarşı çıxdığı üçün 1995-ci il may ayından etibarən efir qadağası almışdır.
2001-ci ildə "erməni soyqırımı"na ANS televiziyasının efirində etiraz edən ilk türk qadını kimi tarixə düşən Flora Kərimovaya bu addımına görə yenidən efirdən uzaqlaşdırılır.
2003-cü ildə prezident seçkilərindən sonra ona qoyulan efir qadağası 2004-cü ilin sentyabrında prezident İlham Əliyevin göstərişi ilə ləğv olunmuş və efirə qayıtması üçün bəraət almışdır.
2005-ci ildə Parlament seçkiləri zamanı Azadlıq blokundan 42 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürmüşdür. Qalib gəlsə də protokollar saxtalaşdırılaraq opponenti Hicran Hüseynovanın xeyrinə rəsmiləşdirilmiş və Flora xanımı səsi ləğv edilmişdir. 2006-cı ilin yayında Flora xanım səhhətində yaranan problemlərlə bağlı siyasətdən getməsi ilə bağlı rəsmi açıqlama yaymışdır. 2008-ci ildən etibarən Mədəniyyət Nazirliyi Flora xanıma bəraət qazandıraraq dövlət tərəfindən təşkil olunan bir sıra Proqramlarda iştirakına icazə verilmişdir. 2016-cı ilin avqust ayından etibarən Flora Kərimovaya qoyulmuş efir qadağası bəzi televiziya və radio tərəfindən aid olduqları qurumların rəhbərləri tərəfindən ləğv edilmiş və Flora Kərimova efirə qaytarılmışdır.
2017-ci ildə Soso Pavliashvilinin Bakıda konsert verməsinə görə etirazını bildirən Flora Kərimova yenidən ictimai qadağalara salındı və efirdən yenidən uzaqlaşdırıldı. Bu illər ərzində çətinliklə arxivdən bərpa olunaraq yaradılan rəsmi Youtube səhifəsi 2017-ci ilin mart ayında əsassız şikayətləri nəticəsində silinir. 2018-ci ilin fevral ayının birindən etibarən Flora Kərimovaya qoyulan qadağa bir sıra televiziya rəhbərlərinin şəxsi təşəbbüsləri sayəsində aradan qaldırılmış və Flora xanımın efirə çıxmasına icazə verilmişdir.

İki dəfə ailəli olub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur.

Onunla tanışlığı İ.Topçubaşovun Flora Kərimovaya mahnı verməsiylə başlayıb. F.Kərimova ilə ailə quranda onların 20 yaş fərqləri var imiş.
İ.Topçubaşovun ölümündən bir neçə il sonra Flora xanım qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub. F.Şəfiyev biznesmen olub. Flora Kərimova müsahibəsində qeyd edir ki, onunla evləndiyinə görə Faiq bəyi dəfələrlə həbs eləmək istəyiblər: “İbrahim kimi Faiqi də KQB-nin xalq nəzarəti komitəsinə, prokurorluğa çağırırdılar”.

Bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib. Xalq artisti iki nikahı barədə bunları deyib: “Həyat yoldaşımın biri ilə xoşbəxtliyimi başa düşmədim. Çünki çox gənc idim. O biri ilə xoşbəxtliyi duydum, amma əcəl əlimdən tez aldı”.

Flora Kərimovanın iki övladı – bir oğlu, bir qızı var. Qızı İngiltərədə, oğlu Almaniyada yaşayır”.
Flora Kərimovanın həyat yoldaşı Faiq Şəfiyev.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər