“Təhsildə qısa müddətdə uğur əldə etmək çətindir”



“Təhsil olmadan innovasiyanın olması sual altında qalar. Təhsil sisteminin nailiyyətləri uzunmüddətli vaxtda innovasiyasının inkişafına təkan verir”.

“RADİOFM.az” xəbər verir ki, bunu Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir: “İnsan zamanla yetişir, onları zamandan sürətli yetişdirmək metodu isə yoxdur. Təhsildəki nailiyyətləri əldə etməyə zaman lazımdırsa, qısa və səmərəli yollarla nələri həll edə bilərik sualına cavab tapmaq lazımdır. İnnovativ yanaşmalar məktəb vaxtlarından daha çox bağça yaşlarından başlamalıdır. Qısa yol isə ali təhsil müəssisələri ilə əlaqəlidir. Odur ki, bu işdə tədqiqat məsələsi vacibdir. Yeni bilik yaratmaq və idarə etmək isə başqa mövzudur”.

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər