"AZƏRBAYCAN QƏHRƏMANLAR DİYARI" ELFAQ NAĞIYEV

RADİOFM. az "AZƏRBAYCAN QƏHRƏMANLAR DİYARI" SİLSİLƏSİNDƏN BU GÜN ŞƏHİD ELFAQ NAĞIYEV HAQQINDA YAZIR.




Şəhid Nağıyev Elfaq Azad oğlu 26.12.1996-cı ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub. 2003-cü ildə Parakənd kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2007ci ildən Baki şəhəri Sabunçu rayonu Zabrat1 qəsəbəsi 307 saylı məktəbdə 5ci sinifdən orta təhsilni davam etdirib. 9- illik orta təhsildən sonra 2012-ci ildə Şamaxı humanitar kollecində bədən tərbiyəsi müəllimliyi ixtisasına qəbul olub. 4- illik kollec təhsilindən sonra 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşüb. 1il 6 ay xidmətini başa vurduqdan sonra nə oxuduğu ixtisas üzrə, nə də digər təklif olunan işlərin heç birini istəmədiyini hərbiçi olmaq istədiyini bildirib. 2019-cu ildə istəyinə çatdı və gizirlik kursunu keçərək N saylı hərbi hissədə gizir kimi işə başladı. 2020-ci ilin iyul ayında nişanlanmışdır. Həmin ilin sentyabrında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, FÜZULİ, CƏBRAYIL, HADRUT qəsəbəsi, XOCAVƏND və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda böyük igidlik göstərmişdir.


Şəhid Nağıyev Elfaq HADRUT qəsəbəsinə ilk bayrağmızı sancmış, düşmanın xeyli sayda canlı qüvvəsini məhv etmiş və "QORXMAZ GİZİR" ləqəbi adına layiq görülmüşdür. 21 oktyabr 2020-ci ildə XOCAVƏND rayonunun alınması uğrunda gedən döyüşlərdə qəhramancasına Şəhid olmuşdur. 23 oktyabr 2020ci ildə Gədəbəy rayonu Parakənd kəndində dəfn olunub.

Şəhid Nağıyev Elfaq Azad oğlu Vətənə xidmətə görə 3-cü dərəcəli orden, Vətən uğrunda, İgidliyə görə, Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medallara layiq görülüb.


Şəhid Elfaq Nağıyeva məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir


Şəhid Elfaqın anası Aytəkin xanımın oğluyla bağlı xatirələri: Elfaq qeyriadi bir uşaq idi. Elə uşaqlığından. O məktəb illərindən onun müəllimləri harasa gedəndə uşaqları Elfaqa ehtibar edərdi. Sakitçilik yaratmağı, mülayimçilik yaratmağı.... Elə bil Elfaq böyüyüb və kiçilmiş bir bala idi həqiqətəndə. O vətənini çox sevirdi. Uşaq idi, bir gün gəldi ki , ana məktəbin qabağına bayraq asılıb mən onu öpdüm alnıma qoydum. xocalı hadisəsini hər il mənə xatırladırdı. Körpələrin başlarına gələnləri danışdıqca elə bil gözlərində qisas yanırdı, həyacanlı danışırdı. inşəAllah qisasımızı alaram deyirdi.
Bir gün burda küçəmizdə qonşu qızı var, onun dalıyca nəsə söz deyillər. Mən elə bir anda çıxdım ki, and ola Allaha küçə bir- birinə qarışıb. yəni elə qeyrətli oğlan olun Elfaq, özünə sığışdırmayıb ki, kimsə yoldan keçən bizim məhlədən keçə bizim bacımıza, bizim qonşumuza, bizim məhlənin qızına söz ata. Qonşular Elfaqı sakitləşdirənmirlərmiş. Elfaqın statuslarına ölümündən sonra baxmışıq ki, o qədəe\r Vətənlə bağlı sözlər paylaşıb ki... Oxuduqca beynim yatır. Balamın o qədər qəhrəmanlıqları var ki...məktəbdə, qohumlar arasında, qonşuluqda, hər yerdə. Elfaq seçilirdi.



QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər