ZƏNCƏFİLİN FAYDALARI

RADİOFM.az "MARAQLI MƏLUMATLAR" SİLSİLƏSİNDƏN ZƏNCƏFİLİN FAYDALARINDAN YAZIR.



Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Üç növ zəncəfil var: aptek zəncəfili (Zingiber officinale), alpiniya zəncəfili və kurkuma zəncəfil növləridir.
Göstərilən bu bitkilərin üçü də cənubi Asiyanın rütubətli tropik meşələrində bitir. Bunlardan: aptek zəncəfili Amerikanın münasib iqlimli rayonlarında çoxdan becərilir.

Zəncəfil bitkiləri çoxillik, orta boylu ot bitkiləridir. Hər üçünü də xoşagələn ətirli efirli yağı vardır. Kökümsov gövdələrində efirli yağın miqdarı daha çox olduğu üçün o, xammal kimi işlədilir. Bu bitkilərin efirli yağına xoş ətirli iy verən tərkibindəki seskviterpenlərdir [sineol, zinkiberol, kingerol və s.].

Zəncəfil yeyinti sənayesində ətirli ədviyyə kimi geniş istifadə edilir. Zəncəfilin eyni zamanda müalicəvi əhəmiyyəti də vardır. O, mədənin həzmetmə üzvlərinin fəaliyyətini artırır, mədə - bağırsağın iltihabının və çürüməsinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə - bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri vardır.

Şərqi Asiyada geniş yayılmışdır. Hindistan, Nigeriyada, Tayvanda becərilməkdədir. Təsüf ki, Azərbaycanda bitməyən bir bitkidir. Amma istixanalarda asanlıqla artırmaq mümkündür. Maraq xatirinə təzə zəncəfil kökünü ev dibçəklərinə əkib artıra bilərsiniz.

Zəncəfilin adı Qurani Kərimdə çəkilmişdir. Quranda zəncəfil haqqında İnsan surəsində 17-ci ayədə (orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək) ora deyəndə cənnət nəzərdə tutulur və cənnətdəki şərab insanı məst etməyəcək.

Zəncəfilin tərkibi
Zəncəfil köklərinin tərkibində 6-8% miqdarında oleorezin, 3% miqdarında efirli birləşmələr (hansıki zəncəfilə gözəl ətir verir bunlar kamfen, beta fellandren, 1,8 sienol, geranial),Monoterpenlərdən limonen, mirsen, borneol, qeraniol, linalol və sair. Seskiterpenlərdən 50-70 faiz beta-bisabolen, zingiberen, kurkumin.

Xalq təbabətində zəncəfil
Zəncəfil faydalarını saymaqla bitməz faydalara malik bir bitkidir. İnsan bədənində bütün toxumaları qan qidalandırırsa zəncəfildə qanı qidalandırır desək yanılmarıq. Çünki zəncəfil qanı daha rahat çalışdırır, zəncəfil içdikdən sonra qan toxumaların bütün hissələrinə çatıb onu tam qidalandıra bilir, qan dövranındakı pozğunluğu aradan qaldırır. Adicə kiçik bir misal çəkim əlləri, ayaqları daima soyuq olan insanlar gündə 3 dəfə bal ilə şirinləşdirilmiş zəncəfil çayı için nəticə mükəmməldir bunu özünüz görüb zəncəfilə qiymət verəcəksiniz. Bütün növ ürəkbulanmalarda istər hamiləlik, istər kimyəvi terapiyadan sonra, istər beyn mənşəli ürəkbulanmalarda, istər mədəbağırsaq mənşəli ürəkbulanmalarda zəncəfil əvəzsiz bir nemətdir . Ürəkbulanmalar zamanı təzə zəncəfil quru zəncəfildən daha faydalıdır. Bağısaq spazmalarında, yemək yedikdən yeməyin mədəyə yığılıb qalması, bağırsaqlarda köp olması hallarında zəncəfil çayının içilməsi bağırsaqların hərəki funksiyasını artırır. Zəncəfil mədə- bağırsaq divarının keyfiyyətini artırır. Uzun illərdən bəri xalqımız zəncəfil qarışdırılmış balı bədən zəifliyində, immunitet zəifliyində, halsızlıqlarda, baş gicəllnmələrdə istifadə etmişlər. Adət hallarının (aybaşı) pozulması zamanı daha çox adət hallarının gecikməsi zamanı zəncəfil çayının içilməsi faydalıdır. Zəncəfil çayından mütəmadi istifadə edən xanımlarda klimaks daha gec baş verir. Adət halında yubanmalar və tsiklin tez qurtmarası kimi pozğunluqlar olmur.

Zəncəfil tozunun bal ilə qarışımı xroniki öskürəklərdə çox faydalıdır. Zəncəfil tozu qarışımlı bal immun sistemi gücləndirməklə yanaşı allergik bronxit mənşəli öskürəklərin müalicəsində çox faydalıdır. Zəncəfildən arıqlmaq məqsədilə istifadə edə bilərsiniz.

Zəncəfil çayı oksidləşmə reduksiya proseslərini artırır, yəni piylərin əridilməsini sürətləndirir. Maraqlıdır ki, zəncəfil çayı həmdə iştah açır. Ona görədə arıqlamaq məqsədilə çayı yaxşı olar yeməkdən 1 saat sonra içəsiniz. Oynaq ağrılarında, əzələ ağrılarında, baş ağrılarında zəncəfil çayı əvəzolunmazdır. Revmatizmaların bütün növlərində zəncəfil həm müalicəvidir, həmdə ağrıkəsicidir. Zəncəfil çayı soyuqdəymələrdə, qriplərdə, tempraturun yüksəlməsində çox faydalıdır. Belə hallar olan zaman bəzən xəstələrimə gün ərzində 8-10 banka zəncəfil çayını zoğal mürəbbəsi ilə içməsini məsləhət görülür. Bəzən bu çayı tərləyənə qədər içməyi məsləhət görülür. Zəncəfil əla bir tərlədicidir. Təzə zəncəfii ət maşından keçirib bərabər miqdarda kartof əzməsi ilə qarışdırıb boyun osteoxondrozunda onurğa üstündəki ağrılarda, diz artrozlarında ümumiyyətlə bütün onurğa ağrılarında parçaya yaxıb təpitmə edib bağlayın, bunu bacardığınız qədər çox saxlayın. Belə hallarda mükəmməl bir ağrıkəsici rolunu oynayacaqdır.

İn vitro çalışmalarda zəncəfilin sulu ekstraktı kapilyar keçməməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir. Zəncəfil dəmləməsi həmdə qanda prostoqlandilərin blokatoru kimi təsir göstərmişdir. Deməli zəncəfil kapilyar qan keçriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromlu xəstələrdə, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir.
Antioksidant təsiri
Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələr lipid peroksidazasına qarşı qoruyucu olduqları sübut edilmişdir. İn vitro olaraq isə zəncəfil dəmləməsi OH2, O2, və ABTS sərbəst radikallarına qarşı təsri müəyyən edilmişdir. Sərbəst radikallara qarşı təsir isə xərçəng əleyhinə müalicəvi və profilaktik olaraq istifadə olunmaq deməkdir.
Antimikrob təsir
Zəncəfilin təsiri iltihabi xəstəlik olan revmatizmalı xəstələr üzərində araşdırılmışdır. Zəncəfil həm daxilə verilmiş həmdə oynaqlara yeridilmişdir. Oynaqlarda şişkinlik və ağrılar olan xəstələrə zəncəfil ekstraktını fizioterapiya aparatlartı ilə sorulmasını sürətləndirmiş sonda ağrılarda və iltihabı şişkinlikdə azalmalar olmuşdur. 30 xəstə üzərində aparılmış sınaqlar isə belə olmuşdur. Deməli xəstələr 2 qrupa bölünmüş bir qrupuna plasebo ( yəni içində təsirsiz maddə olan kapsullar) digərinə isə zəncəfil ekstraktlı kapsullar verilmişdir. Nəticədə yenədə zəncəfil qəbul edən xəstələrdə müsbət dinamika qeydə alınmışdır.
Hamilələrin zəncəfildən istifadəsi
50 hamilə xanım nəzarətə götürülmüş bunların 25-nə plasebo (yəni müalicə etməyən yalançı kapsul, digərlərinə isə zəncəfil ekstaktlı kapsul verilmişdir. 27 həftə davam edən müşahidədən sonra hamiləlik bitəndən sonra uşaqlara diqqət edilmiş zəncəfil qəbul edən anaların uşaqlarında heç bir qüsur qeydə alınmamışdır. Zəncəfil ürəkbulanmanı aradan qaldırdığından hamilə xanımlar rahat şəkildə istifadə edə bilərlər.

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər