ŞƏHİD TƏRLAN KƏRİMOVUN XATİRƏLƏRİNDƏN q


Radiofm.az" 2 oktaybr Şəhid Kərimov Tərlan Daşqın oğlunun anım gününü ehtiramla anır.
Kərimov Tərlan Daşqın oğlu 8 avqust 1992-ci il tarixdə Şabran rayonunda anadan olub.

Azərbaycan Ordusunun Baş Leytenant Qərargah Rəisi olan Tərlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Kərimov oktyabrın 1-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhdiin qardaşının xanımı Aytən xanımın qaynı Şəhid Tərlan haqqında xatirələri olduğu kimi yazırıq.

Böyük oğlum Ağakərimi çox istəyirdi, xoş xatirələr çoxdu Ağakərimlə bağlı olan bir iki xoş xatirəni dilləndirmək istərdim, düzdü ki, hər gün hər an gözümüzün önündə canlanır bütün xatirələr.Tərlan həyat dolu idi, müasir Azərbaycan hərbçisi kimi həyatını nizamlı şəkildə idmanla, mütaliə etməklə əsgərlərinə, qardaş kimi həmişə isti münasibətdə idarəçiliyi aparırdı. Deyib-gülməyi sevirdi, ətrafındakıların üzündə həmişə təbbəsüm yaratmağı bacarırdı. Ondan ötrüdür ki, bu gün hər kəs onun rəsmlərinə uzun-uzadı baxıb, fikrimizcə qalan o günlərin həsrəti hər kəsi qəhərə boğur.

Ağakərim körpə ikən narahat olanda ağlayanda əmisi oynayarkən nəyi isə göstərərək ağlamasın deyə fikrini yayındırmaq üçün tez-tez "bax, bax" sözünü işlədirdi sonra, elə uşağ 1 yaşı olardı yoxsa yox ilk sözü "bax" olmuşdu,çox gülməli gəlmişdi ki , Tərlan onu oynayaraq bax-bax deməsindən o sözü deyə bilmişdi körpə,

Hər zaman aparardı parka gəzdirərdi, evdə də qayın kimi deyil ailənin hər bir vəziyyətini çox yaxından başa düşən hər vəziyyətdə özünü yetirən, çox doğma, fədakar insan, imanlı insaflı dost, dünyapərəstlikdən xudbinlikdən çox-çox tamamilə uzaq bir qardaş, çox güvəndiyimiz hər kəsin hər vəziyyətə dair köməyinə yetişən hər kəsə dayaq olmağı bacaran qardaş..

Ìş yoldaşlarının dostlarının dilindən də dəfələrlə eşitdiklərinə dair əlavə etmək istəyirəm ki, vəzifəcə yüksək olduğu insanlarla rəftarı və görülən işlərə dair çox sadə qəlbli idi. Düzgünlük və ədaləti sevən insan ədalət uğrunda canından keçməyə hər zaman hazır olduğunu vurğulayırdı və bunu General Polad Həşimovun şəhadəti xəbəri ilə yaşadığı sarsıntı ilə dönə-dönə hətta göz yaşları ilə bildirmişdi. Bu yoldan dönməz igid bir qəhrəman kimi şəhadətə ucaldı.

Bir bacı kimi mənim xətrimi çox yüksək hörmətlə saxlayırdı,qardaşının övladları bütün varlığı ilə sevirdi.

Birlik və bərabərlik uğrunda şəhid olan qardaşım birlik olmağı sevirdi, hər dəfə məzuniyyətə gələndə kabab çəkərdi, bütün qohum qardaşı toplayardı başına. Deyib gülərdilər birlikdə.

Onun özündən canından çox sevdiyi iki can dostu var idi,

AHM birlikdə oxuyurlar sonra TTM oxuyurakın də ayrılmırlar bir evdə qalırlar. Yay tətillərini bir yerdə keçirirdilər,ailələrinin çətinliklərindədə bir olub hər bir xəstəliyin,hər bir çətinliyin öhdəsindən gəlirdilər. Onların dostluqları bütün imtahanlardan çıxdı, hətta ölümə belə qalib gəldilər onları sözün əsl mənasında ölüm belə ayıra bilmədi. Bir-birlərinin şəhid xəbərini alan dostlar düşmənin üzərinə qisas hissi ilə ilə yürüdürlər ki,ölümün gözünün içinə dik baxdılar.
30 sentyabrda dostu Ramil Babayev şəhid olur, 1 oktyabr Tərlan şəhid olur digər dostu Cavid Səfərli də hətta səs yazısında var ki, iki dostum var idi ki İkisidə şəhid olub onların qisasını alıb şəhid olacam deyir və oda Tərlan dan sonra şəhadətə ucalır.
Deyirlər dostunun adını de deyim sən kimsən onların dostluğu elə idiki, üçünündə baxış tərzi eyni idi, eyni dildə danışmağı bacarırdılar, bəzən elə olur ki, eyni ailə də olan övladlar ayrı-ayrı xasiyyətlərdə olur, amma onları dost eliyən üçünün də qəlbinin eyni döyünməsi insanlığın ali dərəcəsində olmaları idi.
Allah yaradılışının mahiyyətini dərk edən gəncləri ilə fəxr edər onları mələklərinə tərif edər, bizim bu qardaşlarımız məhz o gənclərdən idi ki, bütün insanlıq aləminin və göy əhlinin pərəstişkarları çevrildilər.

Allah bütün şəhidlərimizə rəhmət etsin bu gün aldığımız hər bir nəfəsi onların xəyallarını qurub yaşaya bilmədikləri yarım qalan gəncliklərinə borcluyuq.
Tərlanın qəlbi Allahın sevgisi ilə o qədər zənginləşmişdiki o bəlkə də zəmanəmizdə çox insanlar etməzdi onun bir çoxlarına etdiklərini özünün dilə gətirmədiyi yaxşlığlarından bir ikisini insanların onu daha yaxından tanıması üçün bildirmək istərdim:

Evi yanan dostunun evini yenidən bərpa edə bilməsi üçün yüksək miqdarda kredit yolu ilə yardım etməsi, öhdəliyiində hərbçilərlə əsgərlərlə fərdi söhbətlər aparar hamısın prablemləri ilə yaxından maraqlanır əlindən gələn köməkliyi qətiyyən əsirgəmirdi.
Sevilən oğul idi .Ağır itgidi birdə Tərlandan olmayacaq.

Allah rəhmət eləsin.

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər