Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi.


Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib. Allah rəhmət eləsin!

Ustad sənətkar, virtuoz kaman ifaçısı , duzlu-məzəli lətifələri, yumoristik hazırcavablığı ilə hər zaman sevilən , Azərbaycan SSR Xalq Artisti Habil Mustafa oğlu Əliyevin bu gün anım günüdür. Vəfatının 8-ci ildönümündə xatirəsini ehtiramla yad edib, sayqı və rəhmətlə anırıq. Ruhu şad məkanı cənnət olsun.

Frederick
Frederick от 26 октября 2026 00:34
References: Minimum deposit payid pokies australian payid pokies
Darci
Darci от 26 октября 2026 13:29
References: Pokies sites that take payid riflesoil54.werite.net
Flora
Flora от 26 октября 2026 15:51
References: Real money payid online pokies dragonpajama67.werite.net
Vern
Vern от 26 октября 2026 16:51
References: Direct bank transfer payid pokies https://hedgedoc.envs.net
Mildred
Mildred от 27 октября 2026 07:00
References: Neosurf casino sites australia casinos that accept neosurf australia
Conrad
Conrad от 1 ноября 2026 02:08
Bank transfer at Australian online casinos is straightforward and direct. Bank transfer is supported by all APRA-regulated Australian banks, including the Big Four (Commonwealth, Westpac, NAB, ANZ) and hundreds of smaller regional and online banks. Instant bank transfer gambling Australia sites market this option widely, however, banks in some countries may not allow mobile casino wire transfer australia transfers to and from casinos. Instant direct transfer deposit casinos offer numerous advantages.
Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər