ƏN QƏDİM TƏQVİM


Ən qədim təqvim Ay təqvimi olub. İlk Ay təqvimi Miladdan öncə III minillikdə tərtib edilib. Bu təqvimə görə, Ayın Yer ətrafında dövr etməsi vaxtı – 29 sutka 12 saat – əsas vaxt ölçüsü kimi qəbul edilir və bir ay adlanır. Bəlkə də, bir çox dillərdə “ay” sözünün həm səma cismi, həm də zaman vahidi bildirməsi bununla əlaqədardır. Ay təqviminə görə, bir il on iki aydan ibarətdir. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayıldı. Bu gün iyirmidən çox Şərq ölkəsi Ay təqvimindən istifadə edir.

Müasir dövrdə təqvimin geniş yayılmış növü Günəş təqvimidir. Bu təqvimin vətəni Qədim Misirdir. Misirlilər Nil çayında suyun nə vaxt bol olacağını əvvəlcədən bilməli və həmin vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin suyunu bəndləyib əkinlərə verməsəydilər, su axıb dənizə gedərdi və tarlalar susuz qalardı. Bütün ölkənin həyatı və abadlığı isə məhsuldan asılı idi.

Misir kahinləri gördülər ki, iyunun 22-də, ən qısa gecədən sonra günəş çıxmazdan əvvəl səmada parlaq Sirius ulduzu görünür. Elə həmin vaxt çayın suyu daşır. Onlar hesabladılar ki, Sirius ikinci dəfə görünənə qədər 365 gün keçir. Bu uzun müddəti hər biri 30 gün olan on iki mərhələyə böldülər. Artıq qalan beş günü isə ilin axırına caladılar. Beləliklə, Günəş təqvimi yarandı.

Bir neçə il sonra müşahidə etdilər ki, Sirius ulduzu “gecikir”! Təqvim üzrə il qurtarırdı, Sirius isə görünmək bilmirdi. Təqvim tələsirdi! Kahinlər başa düşdülər ki, vaxtı düzgün hesablamayıblar. Sən demə, il 365 gün və 6 saatdan ibarət imiş. Fərq o qədər də böyük deyildi, amma dörd ildə bir sutka edirdi.

Təqvimi çox sonra Roma sərkərdəsi Qay Yuli Sezar dəyişdi. Tarixə yulian təqvimi kimi daxil olmuş bu təqvimə görə, bəzi aylarda 30, bəzilərində 31, fevral ayında isə cəmi 28 gün vardı. Hər dörd ildən bir bu qısa aya bir gün əlavə edilirdi ki, təqvim irəli getməsin. Həmin ildə 366 gün olur, biz ona uzun il deyirik. Bizim indi istifadə etdiyimiz təqvim belə yarandı.

Lakin sonralar daha ciddi hesablamalar nəticəsində məlum oldu ki, bir ilimiz, əslində, 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir. Adama elə gəlir ki, il üçün 11 dəqiqə 14 saniyənin böyük əhəmiyyəti olmaz.

Lakin hesablamalar göstərir ki, bu kiçik zaman kəsiyi təqvimdə hər 400 ildə təxminən sutkanın artıq qalmasına səbəb olur. Bunu nəzərə alaraq, 1582-ci ildə Roma papası XIII Qriqori təqvimdə yeni düzəliş etdi. Onun göstərişi ilə təqvim 12 gün qabağa çəkildi.

“Təqvim” anlayışı ilə “il hesabı” anlayışını fərqləndirmək lazımdır. “İl hesabı” dedikdə ilin, tarixin başlandığı gün, hadisə nəzərdə tutulur.

Qədim və orta əsrlərdə ayrı-ayrı xalqlar müxtəlif il hesablarından istifadə edirdilər. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda il yazın gəlişi ilə başlanırdı.

Bəzi ölkələrdə ilin başlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi, bəzilərində paytaxt şəhərin əsasının qoyulması (Romada), Olimpiya oyunlarinin keçirilməsi (Yunanıstanda) və s. qəbul edilib.

Orta əsrlərdə Avropa ölkələri yanvarın 1-ni ilin ilk günü kimi qəbul etdilər. Bunu İsa Məsihin doğum günü ilə əlaqələndirirdilər. Ərəblər ilin başlanğıcı üçün Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (hicrət) gününü (miladi tarixlə 16 iyul 622-ci il) götürüblər. Müsəlman ölkələrində geniş yayılmış bu il hesabı “hicri tarix” adı ilə məşhurdur.

Azərbaycanda qriqorian təqviminə keçid və yeni ilin yanvardan başlanması 1918-ci ilə təsadüf edir.

Heç sual vermisinizmi ki, nəyə görə sevimli yay ayları hesab olunan iyul və avqust aylarında günlərin sayı bərabərdir? Axı digərləri növbələşmə ilə davam edir. Təkc fevral ayı ümumilikdə 28 gündən ibarətdir.

Biz qədim Romada tərtib olunan Qreqorian təqviminə əsasən yaşayırıq. Yuli Sezarın zamanında cüt aylar 30 gün, tək aylar isə 31 gün hesablanıb. Yuli Sezar öləndən sonra isə romalılar onun şərəfinə yay ayının ilkini İyul adlandırıblar.

31 gündən ibarət olan avqust ayı isə imperator Oktavian Avqusutun şərəfinə həsr olunub. Beləliklə iyul ayından sonra avqust ayı gəlib. Məhz siyasi düşüncəyə əsasən, bu aylar 31 gündən ibarət olub.

Təqvimin tərtib olunması zamanı tənzimləmənin uyğun gəlməsi məqsədi ilə bəzi aylardan tarixlər çıxardılıb. Məsələn, fevral ayı 28 gündən ibarətdir. Yeri gəlmişkən bu işdə də, Yuli Sezarın “əli” olub. Belə ki, illik təqvim Yer planetinin Günəşin ətrafında dövr eləmə müddətinə uyğun gəlməsi üçün uzun il , yəni hər dörd ildən bir günlərinin sayı 366 gün olan il sistemi tətbiq olunub.

Nəyə görə fevral ayı zərər çəkib? İş burasındadır ki, Roma qanunlarına görə, il yanvar ayında deyil, bizdəki kimi mart ayında başlanıb. Buna görə də, fevral ilin son ayı hesab olunub. Elə bu səbəbdən fevral ayı ən qısa ay hesab olunur.

QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər