RADİOFM.AZ saytı LERİKdə...


RADİOFM.az saytı xəbər verir ki, 03.09.2023 tarixində "CIDIR TOURISM" şirkəti tərəfindən hazırlanan tur təşkil olunmusdu. Turda internat məktəbinin muəllimləri, media işciləri və Vətənimizin bütövlüyü uğrunda canını sipər edən qardaşımız Qazi Tural bəy də istirak edirdilər.



RADOFM.az rəhbəri Piyalə Bayramqızının dediklərini sizlərə olduğu kimi çatdırırıq.
İ
"Turun direktoru Samirə xanım olduqca çox mehriban, gözəl, gülərüz və o cümlədən turda istirak edən bütun istirakçıların ürəyini xoş edəcək qədər onlarla deyib gülüb, oynamağı ilə yaddaşlarda xoş bir xanım kimi qaldı. O cümlədən "CIDIR TOURISM" turunun təsisçisi Firəngiz xanım turda iştirak edən hər bir şəxslə şəxsən maraqlanıb, onların istəklərlərini razı salmağa çalışırdı. Tur gəzintisi olduqca çox maraqlı keçdi. Müəllimələr də çox gözəl iştirak etdilər. Dedilər, güldülər, oynadılar. Şəxsən mənə çox xoş təsir bağşladı, onların səmimiliyi".



""CIDIR TOURISM" şirkəti hər gedişlərində iki şəhid ailə üzvlərindən, məhdud imkansız ailənin övladlarından (heç bir zaman gəzməyə imkanları olmayan) və o cümlədən məhdud imkanlı qazilərimiz bu turda iştirak etmələrini təmənnasız qarşılayır. "CIDIR TOURISM" şirkəti özlərinin gəzdirdikləri Azərbaycanın gözəl güşələrindən rahat gəzmələrinə səbəblərini Şəhidlərin qanı, qazilərimizin canı bahasına olmalarını xusisi vurğulayır. Və mən də onların sözlərinə qoşularaq əlavə etmək isdəyirəm ki, bəli veteranlarımızı da unutmayaq, onlarda bu Vətən muharibəsində dönüşü ola da bilər, olmaya da bilərdi deyərək xususi istirak ediblər".

"CIDIR TOURISM" sirkəti keçən tur gəzintisində Şəhidimiz Rəhimov Ruslan Tanrıverdi oglunun övladlarını və xanımını təmannasız gəzintisini təmin etmişdi. Buna görədə mən öz təşəkkürümü bildirirəm. Yenə də deyirəm, xüsusi olaraq vurğulayıram ki, diqqət çox önəmlidi. Biz şəhid övladlarına nə eləsək azdı. Belə lahiyələrin çox olmasını daha çox istəyirəm. Hər kəs bacardığıni, əlindən gələni eləsə ölkəmiz rəngarəng olar, bölgələrimiz kimi.



LERİK gəzintisində Şəhidlər abidəsinin qarşısinda avtobusu saxlayaraq hər kəs bir nəfər kimi Şəhidllərin abidəsinin qarşısına keçərək onların ruhuna salavat zikir edib, fatihə oxumaları diqqətimi çəkdi.



Tur da qazimiz Tural Gülməmmədov istirak etməsi bizlərə daha çox xoş oldu. Gülməmmədov Tural Vetən muharibəsində könüllü iştirak edib və topçu vəzifəsində olub. Muharibə zamanı sosial səbəkəlrdə topu ataraq yanında əlləri ilə bası tutan oğlan idi. Yəni qorxmayaraq, hec bir yerə qaçmayaraq cəsarətini göz ilə görməyi bizə və bizdən sonrakı nəsillərə gösdərən ogullardan biri idi.



Qazimizə xususi diqqəti elə ilk növbədən Lerikdə "QALA RESTORAN"ın sahibi Tural bey göstərdi. Getdiyimiz "CIDIR TOURISM" təşkil etdiyi turda istirak edən hər kəsin ödənişini Qazimizə görə təmannasız qarşılanması Qazimizə diqqətli olmasının gösdəricisi idi. Şəxsən təqdirə layiq bir hərəkətdi idi. Çünki restoran sahibi heç bilmirdi ki, orada jurnalistlər də qonaq olacaq Tural bəylə yanaşı.



RADİOFM.az saytını rəhbəri Piyalə xanım sözünə belə davam edir:


"Pisi deməyə nə var ki, ən azından yaxşını qələmə almağı da bacarmaq lazımdır. Hər kəs hər zaman diqqətsizliyi həmin dəqiqə saytlarda, sosial platformalar da paylaşırlar, amma diqqəti paylasmaq nədənsə heç kimin yadına da düşmür, bəlkə də işinə yaramır. Amma mən Bakıya qayıdan kimi ilk iş günümdə bütün təəssuratlarımı qələmə almağı düşündüm. Çünki mən gördüklərimi dana bilmərəm. Hələ yaxşılığı hec dana bilmərəm. Şərt o, deyil ki, mən və burdakılar pulsuz yedi, mənə maraqlı məqamı Qazimizə göstərilən diqqətdi. Vəzifəsindən asılı olmayaraq Vətənə canını sipər edən bir insana diqqətlə yanasması insanı kövrəldir. Masadarların xidməti də goz oxşayan idi. Diqqətcil olmaları insana xususi rahatlıq verirdi. Qala Restoranın sahibi Tural bəyə şəxsən öz adımdan minnətdarliğımı bildirirəm. Necəki mən ondan razı qaldım əməlinə görə, Allahda ondan razı qalsın.



Tur gəzintisində qonaqlar arasında "REALNEWS.AZ" saytının rəhbəri Zaur Qafarov da var idi. Zaur Qafarov təbiətin hər xırdalığına diqqət edən, heç bir şeyi nəzərdən qaçırmayan, gizlin çəkilişlərdən zövq alan birisinin öz hobbisini gözəl şəkillərlə, həm də limitsiz çəkilişlərlə, professsional şəkildə çəkilişi bizə hədiyyə etməsi bu özünün vəzifəyə düşgün olmamasının gösdəricisidir. Zaur bəy yol boyu zarafat dolu sözləriylə, gülüşü ilə tura maraq qatırdı. Diqqətimdən yayına bilməzdi və təşəkkür etməyə də bilməzdim.



Qonaqlar arasında ANT press-də offocer vəzifəsində işləyən, dəfələrlə şəhid tədbirlərində iştirak edən Təbrizli Mansur Samadi bəy də var idi. Onun ləhçəsi xüsusi şirinlik verir danışıqlarına. Bizə gülməli gəlsədə özü də bilir ki, biz onun danışıqlarına məxsərə şəklində anlayaraq gülmürük, sadəcə şirinlik qatdığı üçün gülürük. Mansur Samadini çoxdan tanıyıram. Çox mədəni insandı. Şəhidlərimizi dünyada tanınmasına birbaşa dəstək göstərir. Həm qururverici bir hissdir, həm də əziyyəti çoxdu. Hər gün təbdirlərdə iştirak eləmək, bəzən əsəb, bəzən stres, bəzən də göz yaşı ilə gününü keçirmək insana xoş olmasa da, peşəsini sevərəkdən layiqincə yerinə yetirən bir insandı, Mansur bəy.


Hələ sürücümüz maşaAllah olsun çox səliqəli sürürdü, həm təmkinli, həm də səbrli idi. Buna görədə həm mən öz növbəmdə, həm də elə "CIDIR TOURISM" şirkəti adından "EE TRANSPORT" şirkətinin direktoru olan Elnur bəyə minnətdarlığımı bildirirəm. Komandasına belə rolu düzgün şəkildə idarə edə bilənləri ğötürməsinə görə. Sürucü olmaq səbrini idarə eləmək deməkdi. Bizə yönləndirdiyi sürücü Həbib bəy də səbr yiyəsi idi. Allah səbrini bol eləsin.



Sonda samovar çayının gəlisi daha bir xüsusi gözəllik verdi süfrəmizə. Buna görədə ayrıca təsəkkür edirəm. Samovar çayı mənim vazkeçilməzimdir. O var mən hər şeyi unduram. Mən bu diqqəti necə qeyd eləməyə bilərəm ki? Belə insanlarımız olduqca yaşamağa daha çox həvəsi olur insanin.


PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər