Bakıda daha bir hotel tikilir – ÖZƏL FOTO
Baxış: 897
Tarix: 9-05-2013, 21:30
Bakının Səbail rayonu ərazisində, Bayıl qəsəbəsində yeni hotel tikilir. Dövlət sifarişi əsasında tikilən hotel Qurban Abbasov küçəsi ilə yeni salınmış magistral yolun arasında yerləşir.
Dənizə, yeni bulvara, Bayraq Meydanı və "Crystall Hall”a yaxın olan və gözəl mənzərə ilə əhatə olunmuş binanın tikintisi böyük ölçüdə başa çatdırılıb. Hazırda 6 mərtəbəli binada üzləmə və daxili tərtibat işləri həyata keçirilir.
Son illərdə Bakıda hotellərin tikintisi işi geniş vüsət alıb. Səbəb isə paytaxtımıza çoxsaylı qonaqların gəlməsi, müxtəlif beynəlxalq tədbirlərin, konfransların, idman yarışlarının və s. keçirilməsidir.
Qarşıda isə Bakıda nəhəng idman yarışı – Birinci Avropa Oyunları gözləyir. 2015-ci ildə təşkil ediləcək həmin yarışlarda iştirak etmək üçün minlərlə idmançı, o cümlədə jurnalistlər, nümayəndə heyətləri ölkəmizə gələcək.