Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

(R) Hyundai-dan trendlərə uyğun hədiyyə kampaniyası

Baxış: 844
Tarix: 9-05-2013, 21:25
Hyundai-ın ən trendi modelindən trendləri izləyənlərə hədiyyə var! İyunun 15-dək Hyundai Veloster avtomobili alanlara Samsung Galaxy S4 telefonu hədiyyə ediləcək. 

Veloster idman stilli üç qapılı kupedir. Qeyri-adi və bir o qədər də aqressiv görünüşü onu gənclər arasında populyar edən cəhətləridir. Sürücü tərəfdə bir, arxa tərəfdə isə iki qapıya malik Veloster sinfinin ilk və tək asimmetrik avtomobilidir. İçərisinin genişliyi və Hyundai-ın ən son modellərinə tətbiq etdiyi texnologiyalar Veloster-in həm sürücüsü, həm də sərnişinləri üçün rahatlığı təmin edir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da Hyundai-ın bu modelini bir avtomobildən nə istədiyini çox yaxşı bilənlər alır. Veloster avtomobili olmasını yox, fərqli avtomobili olmasını istəyənlərin seçimidir. 

Qeyd edək ki, Hyundai brendini ölkəmizdə Auto Azərbaycan şirkəti təqdim edir. Avtomobil bazarında 17 illik təcrübəsi, yüksək servis standartları və orijinal ehtiyat hissələri, təqdim etdiyi avtomobillər və brendlər Auto Azərbaycan şirkətinə möhkəm etibar qazandırıb.
Share |