Rafael Agayev Azərbaycanın idmançısı


Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub. Eyni zamanda Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları alışdırmışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti özünə çəkmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan "Budokan"da məşq etməyə başlamışdır.


Rafael Ağayev artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır.

Rafael Ağayev, karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. İdmanda atdığı ilk addımlarda Rafael Məmmədovun (məşqçi) rolu həlledicidir. Brüs Linin lent yazılarını seyr etmək Rafaeli ruhlandırırdı. Həmin vaxtı o uşaq idi və Brüs Linin məşq etdiyi kunq-fu idman növünü karate ilə səhv salırdı. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri onun karate ilə məşğul olmağına qərar verdilər. Valideynləri onu həvəsləndirirlər. Həmişə yarışdan əvvəl Allaha dua edir.
İtaliyanın "Yuventus" klubunun sadiq azarkeşidir.

2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ilə yarışlara qatıla bilmədi.

2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlamışdır.

Təhsili haqqında:
2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı güləşmə və onun metodikası karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirmişdir.

Ailə həyatı:
Rafael Ağayev 2016-cı ildə ailə qurub. Bir qızı, bir oğlu var.


Medalları:

Olimpiya Oyunları
Gümüş 2020 Tokio Kumite — 75 kq.
Avropa Oyunları
Qızıl 2019 Minsk Kumite — 75 kq
Gümüş 2019 Minsk Kumite — 75 kq

İslam Həmrəyliyi Oyunları
Bürünc 2005 Məkkə Kumite — 65 kq
Qızıl 2013 Palembanq Kumite — 75 kq
Qızıl 2017 Bakı Kumite — 75 kq

Dünya Çempionatı
Qızıl 2006 Tampere Kumite — 70 kq
Qızıl 2008 Tokio Kumite — 70 kq
Qızıl 2008 Tokio Kumite — açıq
Qızıl 2010 Belqrad Kumite — 75 kq
Gümüş 2010 Belqrad Kumite — komanda
Gümüş 2012 Paris Kumite — 75 kq
Qızıl 2016 Linz Kumite — 75 kq
Bürünc 2018 Madrid Kumite — 75 kq
Bürünc 2021 Dubay Kumite — komanda

Avropa Çempionatı
Qızıl 2004 Moskva Kumite — 65 kq
Qızıl 2005 Tenerife Kumite — açıq
Qızıl 2007 Bratislava Kumite — 70 kq
Qızıl 2007 Bratislava Kumite — açıq
Qızıl 2008 Tallin Kumite — açıq
Qızıl 2009 Zaqreb Kumite — 75 kq
Qızıl 2010 Afina Kumite — 75 kq
Qızıl 2013 Budapeşt Kumite — 75 kq
Qızıl 2015 İstanbul Kumite — 75 kq
Qızıl 2016 Monpelye Kumite — 75 kq
Gümüş 2008 Tallin Kumite — 70 kq
Bürünc 2008 Tallin Kumite — komanda
Bürünc 2009 Zaqreb Kumite — komanda
Bürünc 2010 Afina Kumite — komanda
Bürünc 2011 Sürix Kumite — 75 kq
Bürünc 2012 Tenerife Kumite — 75 kq
Bürünc 2012 Tenerife Kumite — komanda
Bürünc 2015 İstanbul Kumite — komanda

Dünya Oyunları
Qızıl 2013 Santa Klara Kumite — 75 kq
Dünya Döyüş Oyunları
Qızıl 2013 Sankt-Peterburq Kumite — 75 kq
Rafael Ağayev (4 mart 1985, Sumqayıt) — Azərbaycan karateçisi, 6 dəfə dünya çempionu, dəfə Avropa çempionu.

"Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının üç dərəcədə "Vətənə xidmətə görə" ordeni aşağıdakılara görə verilir:

— Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
— dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
— milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.
"Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.

"Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.


Hərbi xidmətdən sonra perspektiv idmançı kimi Azərbaycan Müdafiə Nazirliyinin idman klubuna keçirilmişdir.

Rafael Ağayev həmçinin fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb.

14 fevral 2024-cü ildə Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti təyin olunub.


Tanınmış karateçi, karatenin "Qara brilliant"ı Rafael Ağayev fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb.


PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər