Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

Dünyanı gözləyən böyük təhlükə

Baxış: 864
Tarix: 12-05-2013, 01:55
Elm adamları atmosferdəki karbondioksid nisbətinin 800 min ilin ən yüksək səviyyəsinə çıxdığını bildirib. Alimlərin fikrincə, kömür, neft və təbii qazdan istifadə nəticəsində 1950-ci ildən bu yana karbondioksidin miqdarı sürətlə artıb.

ABŞ Milli Okean və Atmosfer İdarəsi insan həyatı üçün kritik əhəmiyyət daşıyan qazın gündəlik nisbətinin milyonda 400 hissəcik səviyyəsini  aşdığını açıqlayıb. Elm adamlarının fikrincə, bu rəqəm dünyada xüsusilə qlobal istiləşmə daxil olmaqla mövsüm anormallıqlarına yol aça biləcək kritik nöqtədir.Keçdiyimiz ildə Şimal Qütb bölgəsində karbondioksid nisbətinin 400 hissəcik səviyyəsinə qalxdığı müəyyən edilib.

XIX əsrdə atmosferdəki karbondioksid nisbəti 280 hissəcik civarında idi. 1950-ci illərdə 300 səviyyələrinə qalxan nisbət, indi də  ciddi bir sürətlə artır. Elm adamlarının fikrincə, karbohidrat həcmi 800 min ildir belə bir səviyyəyə çatmayıb.

Mütəxəssislər tədbir alınması lazım olduğu haqda edir və  artım sürətinin belə davam edəcəyi təqdirdə XXI əsrin ortalarında karbondioksid nisbətinin milyonda 450 hissəcik səviyyəsinə çıxmasının mümkün olduğunu bildirirlər.
Share |