"Göyqurdların" Azərbaycanın Milli Futbol Komandası ilə görüşü


Azərbaycanda ilk klub olan "Qarabağ" komandası son oyunlarda Azərbaycan xalqına həyəcanı yaşatmağı bacardı. Baxmayaraq ki, hakimin haqsızlığı və Elvin Cəfərovun qırmızı kart alması bizləri ruhdan sala bilərdi. Lakin həyacan davam edirdi. Elvin Cəfərovu Qurban Qurbanov kimi biz də təmkinlə qarşıladıq. Bu oyun Azərbaycan xalqı üçün və ən əsası Qarabağ komandasının azarkeşləri üçün bir qələbə idi.

Qarabağ komandasının azərkeşləri təkcə Azərbaycanda deyil Avropa ölkələrində də təşkil edir. Bu gün Göyqurdlar komandası Atanur və Elnur bəyin rəhbərliyi ilə Avropa daxil olmaqla Azərbaycanda da yer alır. Onlar komandamıza öz dəsdəklərini əsirgəmir, komandamıza motavasiya, stimul olaraq bəsdələr bəsləyib yüksək şəkildə musiqilər oxuyub, şüarlar səsləndirirlər.

Onu da qeyd edim ki, Azərbaycan azarkeşləri kollektiv olaraq tanınmasa da, hazırda komandanı əsas olaraq yanlız səfər oyunlarında "Milli Dəstə" azarkeş dəstəsi dəstəkləyir. 2013-cü ilə qədər Millini "Sektor11" azarkeş dəstəsi də dəstəkləyib. Və sonra Sektor11 azarkeş qrupu yenidən tribunaya qayıdaraq " qurd yuvaya döndü" şüarı ilə Göyqurdlar adı altında Millini dəstəkləyir.


Gördüyüm qədər onu da deyə bilərəm ki, futbolçularımız azarkeşlərimizi gördükdə, o şüarları eşitdikdə üzlərində gülüş əks olunurdu.


Azərbaycan milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Azərbaycan heç vaxt FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatında seçmə mərhələni keçməyə nail olsada təəssüflər olsunki, kbok qazana bilməyib. Azərbaycan milli futbol komandasının tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdur. O, 111 oyunda 5 qol vurub. Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran oyunçu — Qurban Qurbanovdur. O, 68 oyunda 14 qol vurub.

"Radiofm.az" xəbər verir ki, bu gün 21.03.2024 tarixin də Göyqurdluların rəhbəri Atanur bəy və Elnur bəy Azərbaycan milli komandasına dəsdək amaclı görüş təyin etmiş, azərkeşlər futbolçular ilə görüşmüş, futbolkalarını imzalatmış və onlarla xatirə şəkilləri çəkdirmişlər.
Görüş saat 17:00-da başlayıb 18:30- da bitdi. Əvvəlcə stadiona daxil olaraq futbolçuları gözlədilər və ardınca bəstələrini oxuyaraq şüarlar səsləndirdilər.


Azərkeşlər arasında gənclər daha çox idi. Bu gənclər müxtəlif universitetlərdə oxumaqla bərabər müxtəlif sahələrdə işləyərək həyatın enişli- yoxuşlu yollarını öyrənirlər. Azərkeşlər arasında təbiiki xanımlarımız da yer alırdı. Baxmayaraq ki, futbol deyən də məhs insanın ağlına təkcə kişi cinsi gəlir. Bu gün isə xanımları gördükdə anladım ki, futbol deyəndə artıq ağlımıza tək kişilər deyil xanımlar da gələcək. Hətta xanım azarkeşlərinin "Asenalar" qrup şəklində yer almaqdadır. Belə düşünürəm ki, bu "Asenalar" yəqin ki, zamanla böyük bir kütlə olacaq.

Hətta azarkeşlər arasında az yaşlılar da görmək mümkün idi.


Azərkeşlər arasında qıraqda məyus dayanan bir oğlanın əlində qara qələmlə çəkilmiş portretlər gördüm. Yaxınlaşdım, kaş Şahruddun Məhəmmədəliyevdən də imza ala bilərdim sözünü eşitdim. Təbii ki, də sakit qala biməzdim. Yaxınlaşdım avtobusa ( bəli artıq azarkeşlərə ayrılan görüş saatı bitmişdir. ) və Kamran Ağayevdən xaiş elədim bu gənc azarkeşimizlə Şahruddin bəyi görüşməsinə şərait yaradılsın deyə. Sağolsun Kamran Ağayev sözümü yerə salmadı şərait yaratdı və bu gənc həm çəkdiyi portreti imzalatdı, həm də xatirə şəkli çəkdirdi. Bir gəncin sevincinə vasitəçi olduq.
Azərkeşimiz Rövşən Əliyev İlyas oğludur.

İnteryer dizayner üzrə təhsil alır. 2010 cu ildən Qarabağ futbol komandasını izləyir və azarkeşlik edir. Əvvəlcədən yaşı çatmadığından valideyinləri stadiona qoymasalarda bir müddət böyüdükdən sonra valideyinləri icazə vermişdi və buna görə azarkeşimiz öz valideyinlərinə təşəkkür etdi. Bu sevgidən irəli gəlib şəkilləri çəkdiyini bildirdi. Qarabağ futbol komandasına aid ayrıca bir dəftəri olduğunu vurğuladı və hər oyunu qeyd elədiyini söylədi. Futbolçularımızın adlarını qeyd elədiyini və metro kartının üstünün yapışkanının belə Qarabağ komandasına aid olduğun vurğuladı.
O, azarkeş olaraq futbolçularımızın şəkillərini çəkərək onlara imzalatmağı arzulayırdı. Və bu gün o arzusuna nail oldu. Rövşən Əliyev çəkdiyi futbolçuların portretlərini özlərinə imzalatmasına hədsiz sevinirdi. 2020-ci ildən Şahruddini görmək arzusunda olub. Deyərdimki bu görüşü təşkil etməkdə Elnur bəy böyük səvaba girib. Əslində o portreti imzalamasaydı, xatirə şəkli çəkdirməsəydi həqiqətən də mən də məyus olacaqdım. Nə yaxşı ki, o görüşə getdim və nə yaxşı ki, mən bu azarkeşin əlində portret gördüm. Çünki portreti görməsəydim yəqin ki, mənim üçün sadəcə başqa azarkeşlər kimi sıradan bir azarkeş olaraq görəcəkdim.




Görüşdən fotolar təqdim edirik.





PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər