BAKİ BEYNƏLXALQ 9- CU KİTAB SERGİSİ 3-CÜ HİSSƏ


Bakı Beynəlxalq Kitab Sərgisi dediyimiz kimi 5- gün davam etməkdədir. Onu da qeyd edim ki.
Elimlər Akademiyası, Koroğlu və 28 May m/st -dan böyük avtobuslar təşkil olunub. Hər bir saatdan bura ödənişsiz gəlmək mümükündür.
Sərgidə Azərbaycan xalqını şeirləri ilə 1№ şairinə çevrilən Rövşən Ramizi görmək doğrudanda mənə xoş oldu.
Mən də xalqım kimi Ramiz Rövşənin şeirlərinin vurğunuyam. Ramiz Rövşən "Soğan soya- soya ağlayan qadın"
şeiri deyərdim ki, qadınların ürəyindən keçən cümlələrdi.
Sanki bəzi qadınların hiss elədiklərini qələmə alıb. Ramiz Rövşən sevənləriylə şəkil çəkdirməklə bərabər
imza saatı ayırmağı da unutmadı.

Bakı Beynəlxalq Kitab Sergisi Mədəniiyət Nazirliyi tərəfindən təşkil ediliib. Burda Mədəniyyət Nairliyinin könüllüləri sərginin
girişin də əllərində kitablarla gələm qonaqları müşayiət edirdilər.

Könüllülər arasında Elxan Elatlının görüşünün başlanmasına az qaldığını eşitdim. Eşidər- eşidməz elə məndə üz tutdum
Xudafərin zalına. Bəli, həmişəki kimi yanılmadım. Elxan Elatlının görüş yeri Xudafərin zalında keçiriləcəkdi.
Artıq zal oxucucuları ilə dolu idi. Çox insanlarda ayaq üsdə qalmışdı. Nəhayət çox gözləmədən, aparıcının yüksək səsilə
və zaldakı Elxan sevənlərin alqış səsindən anlamaq olurdu ki, yazıçı artıq səhnədədi.
Elxan Elatlı öz oxucularını salamladıqdan sonra sərginin bu ilki vaxtını Xankəndinin qələbəsi ilə əlaqələndirdi.
Xankəndinin az qala artıq əlimizdən çıxacaqdı kəlməsini vurğuladı. Ona görədə şəhidlərimizə Allahdan rəhmət dilədi.
Onlara borclu olduğunudə dəfələrcə dilinə gətirdi. Son yazdığı "Altervnativ Əməliyyat" və "Qazinin Ölümü" romanından
bəhs etdi. Qazinin Ölümü romanında 30- dan çox şəhid haqqında məlumat və onun döyüş fəaliyyatı haqqında yazdığını bildirdi.
Dekabırda satışa çıxacaq kitabından danışanda, bu kitabda da bir şəhidimiz haqqında yazdığınıda öyrənmiş olduq. Görüş davam
edirdi. Oxucular yazıçını sual atəşinə tutmuşdu. Təbii ki suallar eyni. Mən maraqlı sual duymadım. Yazıçı özü də eyni suallar olduğunu
dilə gətirdi.

Onu da qeyd edim ki, dedektev kitablarını çox sevirəm. Məndə Elxan Elatlının oxucularından biri idim. Hər kəsə
sual verən mikrafon uzadan bir şəxs kimi onu deyə bilərdim ki, bu səfər nə mikrafon uzatdım, nə də sual verdim.
Sadəcə həm oxucuları, həmdə görkəmli yazıçımızı dinlədim.
Sərgidə başqa ölkələrdən gələn qonaqlar qazilərimi gördükcə onlara yaxınlaşır, onları stentlərinə dəvət edir
və onlarla xatirə şəkilləri çəkdidirirlər.

Tədbirdə şahmant masası diqqətimizi çəkdi.Şahmat usdası olmasamda oynamağa cəhd gösdərdim. Qazı Taleh oyunda mənə
köməklik gösdərirdi, baxmayaraq ki, bu cığalçılığın əlamətlərindən biridi. Lakin oyuna daha maraq qatırdı. Xanım olduğum
üçün digər qazi qardaşım bilərəkdən uduzdu. Hər kəsn üzündə gülüş əks olundu.


Sərgi hər kəsin üzünə açıq idi. Burda istənilən ölkədən, istənilən bölgədən,istənilən qrumdan insanlar görmək mümkün idi.
Azərbaycanın ən pis vaxtında,Vətənimin ən dar günündə yəni 1992- ci ildə bəziləri silahı ilə bəziləri peşəsi
ilə döyüşən qadınlarımızda var idi. Gülnarə xanım, Ruxsarə Cumayeva,Müharibə Veteranlar qadınlarına ictimai birliyinin
rəhbəri Rada Abbas, həm şəhid bacısı həm Vətən müharibəsinin veteranı Səkinə xanımı görmək mümükin idi.

Bu gün sərginin sonuncu günüdü. Son gününü də bir az qələmə nələr alaram deyə işdən birbaşa Bakı Ekspo Mərkəzinə yollandım. İnsanların sərgiyə axını mənə çox təsir buraxan bir hiss oldu. Çünki gənclərimizin kitab oxumalarına bu qədər həvəs olması xoş bir nəticədi. Tarix yazan Çocuklar yazar fikrinin kimə aid olduğunu maraqlandım. Ahmet Ortadeveciyə ait olduğunu öyrəndim. Esma Karadağ bu projanin genel kordinaturudur. Kitablar arasında xüsusi olaraq Heydər Əliyevlə birgə 20 dahi şəxsiyyətlərimizdən yazdıqlarını söylədilər. Bu projanın davamı olacağını dedilər.
Sərgidən sonra

Türkiyədən gələm "Tarix Yazan Çocuqlar" projesinin ekipi ilə Şəhid İsmayılzadə Zaurun evinə getdik. Sevil ananı ziyarət elədik. Burda iki niyans insana xoş təsir və faktlara bağladım.
1. Şəhidin qapısı ziyarət evidir. istənilən vaxdı qapısı döyülə bilər, Saatına baxmadan ziyarət edilə biər cümləsi fakt-sübutuna yetdi.
2. Türkiyədən gələn qonaqların bizimlə bərabər şəhidin evini, anasını ziyarət etməsi anamızın qəlbinə bir balaca da olsa su səpmiş oldu.
Sonda Zaur İsmayılzadənin qonaqlarıyla birgə xatirə şəkli çəkdirdik.

QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər