"AZƏRBAYCAN QADINLARI" ZÜLEYXA SEYİDMƏMMƏDOVA



Züleyxa Mir Həbib qızı Seyidməmmədova (22 mart 1919, Bakı – 10 noyabr 1994, Bakı) — ilk azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı.


Züleyxa Seyidməmmədova Moskvada Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu.



Seyidməmmədova Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olmuşdur. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib.

Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Bayraq" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.



QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər