Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi



Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk matçlar baş tutacaq.

Xəbər verdiyimiz kimi, bu gün “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan və Monqolustanın futbol üzrə milli komandaları üz-üzə gəlir.

“Radiofm.az” ın məlumatına görə, milli komandaların start heyətləri bəlli olub:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Coşqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev

Baş məşqçi: Arif Əsədov

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka

Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

Qarşılaşma start götürüldü.

"Göyqurdlar" yenə öz fəaliyyətindən geri qalmırlar. Şüarlar və alqışlarla dəsdəkləməkdə davam edirlər. Hətta başqa sektorda oturan azarkeşləri belə öz komandaları ilə bir oxumağa maraq yaratdılar. Necə deyərlər: əllərindən gələni eləməkdən çəkinmədilər. Bütün bunlara baxmayaraq ilk hissə qolsuz başa çatdı.

Fasilələr zamanı bəstələr təkrarlandı, şəkillər çəkilirdi. Təbiiki, şəkillərə görə Elçin bəyə təşəkkürümüzü bildiririk. Elçin bəy yorulmadan könüllü olaraq azarkeşlərin və futbolçuların şəkillərini çəkirdi.
Əslində azarkeşlər hərəsi bacardığı bacarıqları nümayiş edirlər. Kimisi futbolçuların şəkillərini çəkməklə, kimisi sözlər yazmaqla, kimisi də bəstələməklə.
Fasilə zamanı azarkeşimiz Nurcan Qurbanlı baraban çalmağa həvəs yaradıb hələ məşq eləməyi də özünə borc bildi.


Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə ikinci hissə başladı.

Bəhlul Mustafazadə 90+1-ci dəqiqədə hesabı açdı: Azərbaycan - Monqolustan 1:0.

Qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azarkeşlərimizin üzündə gülüş görmək doğrudanda insana xoş təsir bağışlayır.




Onuda qeyd edim: 31200 tamaşaçı tutumuna malik Tofiq Bəhramov stadionunda keçiriləcək , 3954 bilet satılıb.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər