KÖNÜL XASIYEVA "RÖYAMDASAN" 10.01.2024


Xərçəng bütün dünyada ürək-damar xəstəliklərindən sonra ikinci ölüm səbəbidir və getdikcə daha da çox yayılır. Cəmiyyətin əsas sağlamlıq problemlərindən olan xərçəngdən ölüm halları ürək-damar xəstəlikləri ilə müqayisədə ölüm hallarını üstələyib. Əsasən ətraf mühitin təsirindən yaranan xərçəng xəstəliyinin qarşısının alınması üçün erkən diaqnoz böyük əhəmiyyət kəsb edir.

Təəsüflər olsun ki, sevdiklərimizlərin bir çoxu bu xəstəlikdən dünyasını dəyişir. Bir çoxları da bu xəstəlikdən əziyyət çəkir. Sözü keçən xəstəlikdən əziyyət çəkən Ustad sənətkarımız, Respublikanın Xalq Artisti adına layiq olan bizim sevilən, seçilən və o cümlədən seygahlarıyla hər kəsi göz yaşlarına bürüyən Könül Xasiyevadır.
"Radiofm.az" dəyərli sənətkarımız Könül Xasiyeva haqqında yazır.



Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur.

Xalqın sevimlisi olan Könül xanım, həmdə gənc yaşlarından da qonşuların sevimlisi olub. Könül xanım haqında mən gəlin köçdüyüm məhəllədən çox gözəl sözlər eşidirdim. Məhəlləni qız- oğul toylarına sevə- sevə gəlib həm iştirak edib, həm də sevimli mahnılarını oxuyub gedərdi. Qonaqlarda öz
növbəsində sənətkarımızla şəkil çəkdirər, onu sevdiklərini bir daha dilə gətirərdilər.

Könül Xasıyeva anadan gəlmə astma xəstəliyindən əziyyət çəkir: Mən , 43 ildir ki, bu sənəti astma xəstəliyi ilə yaşadım. Anadan gəlmə astma xəstəsiyəm. Boğulmalarım olur. Elə zamanlar olub ki, rayondan toydan qayıdanda avtomobilin işığında tibb bacısı mənim venama iynə vurub. Mən o vəziyyətdə məclislərdə, dövlət tədbirlərində də iştirak edirdim. Heç kim də bilmirdi, hiss etmirdi”. Qeyd edək ki bu sözləri Könül xanım verlişlərin birində qonaq olarkən deyib.

Könül xanım sözün əsil mənasında Muğam ustasıdır. Seygahı elə ifa edir ki, ağlamamaq mümkün deyil. Mən bir gənc nəsli olaraq Könül xanımın ifasına göz yaşlarımı saxlaya bilmirəmsə bir az orta, bir az yaşlı nəsillərə heç bir söz deyə bilmərəm. Xaricdə yaşayan qohumlarımdan bilirəm ki, Könül xanımı daha çox dinləyirlər.

Könül xanımın konsertinin baş tutmasına çox sevindim. Sənətkar xalqını salamladıqdan sonra, xüsusən şəhid ailərindən, qazilərdən üzür istədi, onlar başımızın tacıdır deyə vurğuladı və şəhidlərimizi bir dəqiqəlik yad elədi. Mən bu cümləni anlamasam da bu adət bütün tədbirlərdə davam edir. Hər kəsin anlamadığı bir məqam olduğu kimi mənim də anlamadığım məqam niyə məhz bir dəqiqə sükut? O sükutun yerinə şəhidlərimizin ruhuna bir salavat çəksək doğru olardı.

Könül xanımın konsertin əvvəlində Nərimanov rayonu Novruzov Qardaşları adına №36-li tam orta məktəbin direktoru C.Gülnarə xanıma xüsusi təşəkkürünü bildirdi. Gülnarə xanımın müəllim kolektivini bu konsertdə görmək doğrusu mənə də xoş oldu. Bu məktəb mənə çox əzizdi. Bu məktəbdə şəhidə və şəhid ailələrinə xusisi diqqət var. Bunun da səbəbi ən başlıca məktəb rəhbərinin düzgün şəkildə qoyduğu qaydalardan irəli gəlir. Həqiqətəndə təqdirə layiq bir hərəkətdi. Buna görə Gülnarə xanıma şəxsən öz adımdan təşəkkürlüyümü bildirirəm. Gülnarə xanım umumiyyətdə tədbirlərdə necə candan iştirak etdiyini dəfələrcə şahidi olmuşam. Şəhid ailələrinə və o cümlədən məktəbin aztəminatlı ailərinin bayram günlərində xüsusi diqqət etməsi, qayğı ilə yanaşması insanı keyfiyyətinin üstünlüyünü göstərir. Könül xanımın Gülnarə xanıma təşəkkür etməsi bir anlıq yenidən gözlərimin önündə canlandırdım.

Sözü gəlmişkən mənim biletimin təşkilinin də №36-li məktəbin ibtidai sinfin müəllimi olan, oğlumun sinif rəhbəri Rəhimova Svetlana müəllimə və həmin sinifin valideyinləri tərəfindən oldu. Fürsətdən istifadə edərək həm sinif rəhbərimiz Svetlana müəlliməyə həm valideyin kollektivimizə dərin təşəkkürlüyümü bildirirəm.
Kansert boyunca Könül xanımın başına gələn hadisələrdən danışıb insanların simasında gülüş yaratması zalda əyləşən qonaqlara xoş olduğu zalı bürüyən gülüş sədalarından bilmək olurdu. Konsetdə Könül Xasiyevanın qardaşının oğlunun kitarada ifa etməsi deyərdim ki konsertə rəng verdi. Ancaq qrup yoldaşı Məhərrəmlə "Qarabağ Şikəstəsi" ni birlikdə ifa etməsi zalı coşdurdu. O, qədər gözəl ifa etdilər ki, bir neçə həftəlik ruhumun dincəlməsinə səbəb oldular.

Təbiki də Ağalar bəyin şeirləri də öz yerini tuturdu. Hələ şeirin sonun da "oxu Könül oxu" deməsi sanki Könül xanıma bir subliminal mesaj verirdi. Yəni hər zaman oxu. Səsin hər zaman gəlsin kimi bir mesaj. Mən bu anlamda qarşıladım. Və Ağalar bəyin sözünə qüvvət oxu Könül oxu!

Könül xanım haqqında araşdırma apararkən bir çox məclislərə dəvət etməsələr də özünə borc bilib getdiyi yerlər də olub. Çağırmamaq o demək deyilki unudulub və yaxutda o məclisdə görmək istəməyiblər. Əsla bu düşüncə tərəfdarı deyiləm. Könül xanımın əziyyət çəkdiyini bildikləri halda qıymayıblar. Bunu necə bildiniz sualını versələr heç düşünmədən ev sahibinin kövrələrək göz yaşlarına hakim olmadəqlarından anlamaq mümkündü deyərdim.

Könül Xasiyevanın oğlu Kazım Turetto sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.


Ağır xəstəliyə tutulandan sonra Könül Xasıyeva dünyasını tez dəyişəcəyindən və oğlunun toyunu görə bilməyəcəyindən ehtiyat edərək az yaşlı oğlunun ad gününü toy kimi keçirmək qərarına gəlir. Məclisdə o, oğlu üçün vağzalı çaldırıb, boynuna şal, barmağına üzük taxır.

Biz də Allahdan dəyərli sənətkarımıza və oğlu Kazıma acil şəfalar arzulayırıq. Bu sənətin daim yaşamasını istəyirik. Xalqın sevimlisi olaraq hər zaman sevildiyinizi bilin. Könül xanım biz sizi sevirik!

Könül Xasiyevanın mükafatları.

"Azərbaycan Bayrağı" ali diplomu
"Ustad Sənətkar" media mükafatı
"Qızıl Qələm" media mükafatı
"Azərbaycan Respublikasının əməkdar artisti"
Azərbaycanın xalq artisti — 2014
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər