AZƏRBAYCAN QƏHRƏMANLARI RAMİL BABAYEV


Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub.
Vətən Müharibəsi şəhidlərindən biri də Ramil Taqət oğlu Babayevdir. O, 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb.

Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına hərbi liseyində təhsil alıb. Daha sonra təhsilini Ali hərbi akademiyada davam etdirərək, oranı bitirib və zabit rütbəsi alıb.
Ramil hərbi xidmətinə Goranboy rayonunda kəşfiyyatçı kimi başlayıb və xidməti boyunca vətənə layiqli oğul olub, dəfələrlə komandirləri tərəfindən mükafatlara layiq görülüb.
Baş leytenant Babayev Aprel döyüşlərinin də iştirakçısı olub. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da cəsur, vətənpərvər oğul kimi tanınıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.

Azərbaycan Prezidnetinin Sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları və “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif edilib.
Şəhidimiz ailəli idi, iki yaşında bir qızı və ölümündən on gün öncə dünyaya gələn bir oğlu əmanət qalıb.
Ramil yeni doğulan oğlunun anadan olmasından xəbərsiz şəhid oldu. Ailəsi isə yeni doğulan körpəyə elə şəhid Ramilin adını qoymaq niyyətindədir.
Şəhid ata ölümündən sonra Azərbaycan prezidentinin "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər