Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

İlham Əliyev sərəncam imzaladı - 3 milyon manat ayrılsın

Baxış: 704
Tarix: 7-08-2015, 13:24
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
radiofm.az sərəncamı təqdim edir:

"1. Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Dini mədəniyyətin inkişafı” fonduna 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
Share |

New York apostille. Apostille services. Birth certificate apostille.
------------->