"AĞ SAÇLI ANALARDAN XOŞUM GƏLİR"

RADİOFM.az ŞƏHİD CAVİD SƏFƏRLİNİN ANIM GÜNÜNÜ DƏRİN HÜZUNLA YAD EDİR.


Baş leytenant Cavid Səfərli Xaliq oğlu 05.31.1993 cü il tarixində İmişli rayon Əliqulular kəndində anadan olub. 1999cu ildə R.Məmmədov adına Əliqulular tam orta məktəbində 1ci sinfə gedib. 2001ci ildə isə İmişli rayon N.Şirinov adına 5 saylı tam orta məktəbdə təhsilini davam edib. 2007-ci ildə C.Naxçivanski adına hərbi liseyə qəbul oldu. 2010-2014cü illərdə isə Heydər Əliyev adına AAHM-də (Azərbaycan Ali Hərbi Məktəb) təhsilini davam edib. 2014-2015 ci illərində isə TTM-də (Təlim Tədris Məktəbi) həm təhsilini davam edib həm də zabit kimi fəaliyyət göstərib. 2016-cı ildə Bakı.da n saylı korpusda Komandir olaraq fəaliyyətini davam etdirib. Cavid, Aprel döyüşlərində də yüksəklilərin alınmasında kəşfiyyatçı olaraq iştirak edir. Daha sonra snayper üzrə təhsilini davam edir. Səfərli Cavid vaxtından əvvəl Baş Leytenant rütbəsin alır. Səfərlinin snayper üzrə təlim keçdiyi əsgərlərindən biri Respublika üzrə 1ci yerə layiq görülmüşdür. Və buna görə Baş Leytenant 2017ci ildə sertifikatla təltif olunmuşdur. Daha sonra öz Şərəfli işini Qusarda "N"saylı hərbi hissədə Tabor komandiri müavini olaraq davam etdirir.

Baş Leytenant hər zamam daim qisas hissi ilə alışıb yanıb. Xocalı hadisələrin heç vaxt unutmurdu, unutdurmurdu.
Qisas hissi ilə alışıb yanan Cavid SƏFƏRBƏYLİK ƏMRİNİ səbirsizliklə gözləyir. 27 sentyabr 2020 ci ildə həsrətliklə gözlədiyi Vətən Müharibəsinə yollanır. Cavid şücaəti , qəhrəmanlığı, qeyrəti, igidliyi, qoçaqlığı ilə həmişəki kimi fərqlənir.. Üç gün mühasirədə qalırlar, Əsgərləri ilə birgə susuz qalırlar. Əsgərləri 2lt su tapıb gətirir, öz susuz əsgərlərinə su qabının qapağında içirdir, lakin özü içmirr. Əsgərlərinə deyir: siz için nə vaxt ki, su bol olacaq onda mən içərəmm. Öz yorğun əsgərlərinə qıymayan Baş Leytenant onları yuxusundan etmir, öz döyüş yoldaşı ilə erməni postuna hücuma keçir və işğaldan azad edir. Hətda ayıq olan öz əsgərlərindən birinə deyir ki, gördüz bizdən xəbər çıxmadı onda batalyonla gələrsiz. Daha sonra yaralı əsgəri üşüməsin deyə öz üst geyimini yaralı əsgərinə geyindirir. Hər şəhid olmuş dostunun qisasın 50-60 erməni öldürməklə alırmış. Döyüş yoldaşları deyir: Üç nəfərə erməni tağımını məhv edenələrdən olub. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının alınmasında qəhrəmancasına iştirak edib...
21 oktyabr 2020 ci ildə Xocavəndin Düdükcü kəndində Üç döyüş yoldaşı ilə Şəhidlik mərtəbəsinə ucalır. 17 noyabr 2020ci ildə İmişli rayon Əliqulular kəndində dəfn edilir.

CAVİDin atasi ilə axırıncı danışığı ..Ata ,narahat olma yaxşıyam ,hər şey yaxşıdı..İndi bu saat erməni postunu aldım 8 erməni öldürdüm ..Dovşan kimi qaçırlar hamısı..Ata da ,Cavidə dedi ki,bala o güllənin də birin mənə vurdun..Özünü qoru ,Cavid..CAVİD həmişəki kimi gülə-gülə ,ay Ata, Vallah hər şey yaxşıdı..Məndən arxayın olun.. İnşəAllah Bayrağımızı Şuşaya sancacam.

CAVİDin anası oğlu ilə bağlı xatirələri: Cavid balam ilk dəfə Naxçınanisqiyə gedəndə tozlu çəkmələri həyətdə qalmışdı. Mən o çəkmələri görəndə çox pis oldum. Ürəyimdən elə bil nəsə qırıldı düşdı ayağımın altına. Çəkmələri götürdüm tozlu- tozlu öpdüm bağrıma basdım. Dedim başına dönüm ay bala özün getmisən çəkmələrin qalıb. Sonra bu olanları Cavid tətilə gələndə qardaşı ona xəbər vermişdi, anam sənin tozlu çəkmələrini öpdü bağrına basdı. Söhbət əsnasında dedi:--ana düz deyir qardaşım? Sən mənim tozlu çəkmələrimi niyə öpmüsən? Mən sənin ayaqlarını öpməliyəm.Cənnət anaların ayaqları altındadı və bunu deyib dizini atdı yerə. mənim ayaqlarımın altından öpdü. Mən onda ürəyim pis oldu. Elə bil nəsə mənə ayan oldu. Çox kövrəldim.
Bir dəfədə Məhərrəmlik ayı idi. Saçımın rəngi getmişdi, rəng qoymamışdım. İmam Hüseynə əza saxlayırdım. Baxdı saçıma saçlarımı sığalladı dedi: -ana saçların nə qəşəng ağarıb. Belə mən birəz təəcüb elədim. Dedi: -ana ağ saçlı analardan xoşum gəlir. Onda da pis oldum sual verdim ki bala bəlkə anavın qara saçlarından baxıb şəhid analarının ağ saçlarından utanmısan. Bəlkə elə ona görə də deyirsən
Bir dəfə də Cavid mənə dedi ki ana sən Zabit anasısan, sən dözümlü olmalısan. Bu sözün mən fərqinə varmamışdım. yəni mən belə başa düşürdüm ki, çətin həyat yaşayır, tez- tez təlimlərdə olur, hərbi həyatı yaşayır, evlə əlaqə saxlaya bilmir, mən zəng edəndə hər dədfəsində danışanmır mən bu barədə başa düşmüşdüm. Amma sonra başa düşdüm ki, elə Cavi məni Şəhid anası olmağa hazırlayrmış.

Bir dəfə də bir nəfər Cavidə sual veribmiş ki, Cavid Müharibə olsa gedərsənmi? deyib bu nə sualdı verirsən.Vətənin bir Zabiti olasan, ölkəndə müharibə gedə, sən gedib döyüşməyəsən.Sualı verənə əsəbləşmişdi. Bax Cavid Vətənini belə sevib.
Allah Şəhidimin ailəsinə dözüm versin. Allah mənədə Şəhidlik Şərbətindən içməyi nəsib eləsin, AMİN...
QƏLƏMƏ ALDI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər