XTQ-İN KƏŞVİYYATÇI- SNAYPERİ ELÇİN HÜSEYNOV

"RADİOFM.az" şəhidimiz Elçin Hüseynovun anım gününü böyük ehtiramla anır.
Elçin Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbində başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakültəsini bitirib. Evin ilk oğlu idi. Subay idi.


2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanması barədə komnadanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alaraq onu "N" saylı hərbi hissəyə köçürür. Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində döyüşərək, yaralanır. Yaralansada döyüşə davam etmiş,"Mübariz" postundan digər posta adlayarkən qəhrəmancasına həlak olmuşdur.
Qarabağ müharibəsində Vətən uğrunda döyüşlərdə böyük şücaəti ilə fərqlənərək şəhid olan Elçin Hüseynov ölümündən sonra 2022-ci il, 8 noyabr tarixində "Zəfər günü" münasibətilə ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Rəşadət ordeni" ilə təltif edilmişdir.

Elçin Hüseynov 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

- Kəşfiyyatçıların dediyinə görə, Elçin şəhid olanda iki dəfə güllə yarası alıb. Birinci güllə başının arxasından dəyib, komandiri elə bilib ki, Elçin şəhid olub. Lakin bir müddətdən sonra onun sağ olduğunu görüblər. Uzandığı yerdən qalxıb, komandiri Elman Əzizli ona rabitə ilə geri qayıtmaq əmrini verib. Amma Elçin qayıtmayıb komandirə “gözləyin” deyib. Düşmənlə üzbəüz dayanıb, ikinci güllə dəyməmişdən özündə güc tapıb ermənini nişan alıb, vurub. Sonra ikinci güllə başından dəyib. Uzandığı yerdə bir neçə saniyəyə zirehini çıxarıb, içindəki bayrağı cibinə qoyub, silahını qucaqlayıb və həmin yerdə də şəhid olub”.


Şəhidin nəşini götürmək üçün bütün kəşfiyyatçı yoldaşları əllərindən gələni ediblər. Yalnız 11 gündən - düşmən arxaya çəkiləndən sonra Elçinin cəsədini ərazidən götürmək mümkün olub.
Mətanət xanım deyir ki, Elçin hələ uşaq yaşlarından çox saf, qeyrətli, humanist, mehriban övlad olub:
"Elçin hələ balaca olanda onu özümlə bazara aparırdım. Bazarda yaşlı insanların nə isə satdığını görəndə deyirdi ki, "ana, gəl qoca nənə-babalardan alaq, tez satıb evlərinə getsinlər. Onlar qocadılar, yazıqdılar, hava da soyuqdur". Elçin imkanı daxilində ya da imkanından xaric ehtiyacı olan hər kəsə əl tutmağa çalışırdı. Hərbçi dostunun uşağı gözündən əməliyyat olunmalı idi, maddi cəhətdən gücü çatımdı. Elçin bankdan öz adına 5000 manat pul götürüb dostuna verib ki, "apar uşağın gözünü əməliyyat etdir. Uşaqları çox sevirdi, heyif ki, özünə uşaq atası olmaq qismət olmadı. Subay idi, evlənmək haqqında heç fikirləşmirdi. Fikri ancaq işğalda olan torpaqları azad etmək idi".
Şəhidin anası Mətanət xanımın oğlu ilə bağlı xatirələri:


Şəhidin anası deyir ki, Elçin gənc yaşda olmasına baxmayaraq çox gözəl əməlləriylə yaddaşlara həkk olub:
"Qrup yoldaşları danışırlar ki, bir dəfə Elçinlə şəhərdə gəzintidə olublar. Yolda işlənmiş ətçəkən maşın satan yaşlı qadın görüblər. Elçin qadına yaxınlaşaraq soruşub ki, "maşını neçəyə satırsan?" O, "5 manata"-deyə cavab verib. Elçin ətçəkən maşını alıb, qadından uzaqlaşandan bir xeyli sonra onu bir səkinin üstünə qoyub, yoluna davam edib. Dostları soruşublar ki, "niyə maşını ora qoyursan, oğurlayarlar axı. Evə aparaq qoyaq, sonra gəzərik". Elçin cavab verib ki, "evdə ətçəkən maşınımız var, ehtiyac yoxdur. Maşını ona görə aldım ki, bəlkə o yaşlı qadının çörək almağa pulu yoxdur deyə satır. Yol qırağına da ona görə qoydum ki, kimin ehtiyacı varsa, aparıb istifadə etsin".
Uzun illər hərbidə tibb sahəsində xidmət edən Mətanət Hüseynova Elçinin onun həssas olmasını nəzərə alaraq döyüşlərdən heç bir şey danışmadığını deyir:
"Elçin keçdiyi döyüş yolundan mənə heç nə danışmırdı, bilirdi ki, çox həssasam. Fikir edəcəyəm, narahat olacağam. Elçin şəhid olandan sonra dostları mənə danışırlar ki, bir dəfə Elçin kəşfiyyata gedəndə, necə olubsa, düşmən hiss edib. Elçin də quru samanların altında düz bir həftə ac-susuz gizlənib. Nəhayət, 1 həftədən sonra düşmən həmin ərazidən uzaqlaşıb. Elçin də çıxıb öz planlarını yerinə yetirərək, xidmət etdiyi hərbi hissəyə qayıdıb".

Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edən Elçin Hüseynov Suqovuşan uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. Belə ki, onlar "Mübariz" postundan növbəti posta adlayarkən güllə başının arxasından dəyib. Komandiri əvvəlcə onun şəhid olduğunu zənn edib. Bir müddətdən sonra döyüş yoldaşları silahdaşlarının sağ olduğunu biliblər. Elçin başının arxasından yara alandan sonra uzandığı yerdən qalxıb. Komandiri Elman Əzizlinin "geri qayıt" əmrinə baxmayaraq "gözləyin" deyərək irəli getməyə başlayıb. Elçin Hüseynov ikinci dəfə düşmən tərəfindən hədəfə alınmamış özündə güc taparaq daha bir ermənini vurub. Bundan sonra ermənilər onun başından nişan alıblar. Başına tuş gələn güllə onu yerə yıxıb. Yerə yıxılan Elçin əynindəki bronjiletini çıxararaq kənara qoyub. Üstündə olan bayraq düşmən əlinə keçməsin deyə götürərək şalvarının cibinə qoyub. Bronjiletini də səliqə ilə bükərək yanına qoyub. Ən sonda ona aid olan snayper tüfəngini qucaqlayaraq şəhidlik zirvəsinə yüksəlib.
QƏLƏMƏ ALDIı: PİYALƏ BAYRAMQIZI.

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər