Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

Azərbaycan kanallarına çıxmıram ki seviyyəm enməsin!!!

Baxış: 929
Tarix: 2-06-2019, 16:37






































Deyə vurğulayan Rübail Əzimov görəsən ona dəstək olub,ucaldan xalqı və öz ölkəsinin kanallarını niyə bəyənmədi.
Ötən gün Dünya televiziyasının ən baxımlı verilişlərindən biri olan Azəri stil şouya dəvət alan Rübail Əzimovu verilişdən uzaqlaşdıran aparıcılar danışdı.Verilişin aparıcıları Günay Tunar və Abdul Azəri radiofm.aza bildirdilər ki,"Ötən gün Rübail Əzimovu Azəri stil şou verilişinin çəkilişi üçün Quba şəhəri Nazlı bulaq ailəvi istirahət mərkəzinə dəvət etdik.Ondan öncəki gün isə Zahidə Günəş və növbəti bir müğənni dostumuzla efirimizi çəkmişdik.Çəkiliş günü Xudatlı müğənni Vüsalə Hacıyeva da qonağımız idi,qeyd edək ki,tez-tez efirlərə dəvət alır və çox da gözəl səsi və səhnə mədəniyyəti var.Rübail Əzimov çəkiliş məkanına çatdı və efirə təkcə çəkiləcəyini bildirdi.Müğənni xanıma qarşı böyük hörmətsizlik edən Rübail Əzimov hətta söylədi ki;
-Mən yutub və,sosial şəbəkədə ona görə qalıram ki,Azərbaycan kanallarına çıxıb səviyyəmi endirməyim!"
Aparıcılar onu da qeyd etdi ki,özündən çox razı olan müğənni tək çəkilməyi arzulayarkən verilişdən uzaqlaşdırılıb və Dünya televiziyasının bütün verilişlərinə dəvət olunmasına qadağa qoyulub.
Günay Tunar bildirdi ki;
-Mən Rübail Əzimovu bu qədər sayğısız bilməzdim.Ona hətta çəkilişdən öncə də dedim ki,səhnə bölüşəcəyiniz kəs çox talantli və savadlı bir Azərbaycan qadınıdır.Burdan ona bildirmək istəyirəm ki,sən özün guya kim olmusan? Bizim verilişimizə xalq artistləri əməkdar artistlər və bir-birindən dəyərli sənətkarlar gəlir.Bu gedişlə sadəcə özünü məhv edib gözdən salırsan.Televiziyaları bəyənməyən müğənniyə yəqin ki,televiziyaların qapısı açıq qalmaz.Bu qədər.!
Share |